"Türk dövlətləri daha bir əməkdaşlığa addım atdılar" - Aydın Mirzəzadə

"Türk dövlətləri daha bir əməkdaşlığa addım atdılar". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclası zamanı deputat Aydın Mirzəzadə deyib.

O, eyni zamanda hər kəsi Milli Qurtuluş Günü münasibətilə təbrik edib: "Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi. Bütün dünyada Azərbaycanın beynəlxalq nüfuzu var. Həm də dünən Prezidentin sosial müavinətlərlə bağlı imzaladığı sərəncam mühüm əhəmiyyətə malikdir. Ona görə, deputat kimi cənab Prezidentə təşəkkür etmək istəyirəm. Bu, müstəqilliyimizin, getdiyidimiz yolun müsbət nəticələridir".

Bütün xəbərlər Facebook səhifəmizdə