“Xocalı Soyqırımı bəşər tarixinin qanlı səhifəsidir. Torpaqlarımız işğal altında olduğu illərdə biz Xocalı Soyqırımı günündə Bakıda yerləşən abidəni ziyarət edərək şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək ehtiramımızı ifadə edirdik. Amma indi torpaqlarımız, o cümlədən Xocalı azaddır. Bu baxımdan Xocalı Soyqırımı Memoroial Kompleksinin məhz azad Xocalıda ucaldılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncam çox əhəmiyyətli və vacib məsələdir”. Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov SİA- ya açıqlamasında deyib.
Onun sözlərinə görə, biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq: “Xocalıda ucalacaq abidə kompleksində ermənilərin xalqımıza qarşı törətdiyi etnik təmizlənmə siyasətinin təsvirlərini canlandıracağını düşünürəm. Bu da bizə xalqımıza qarşı törədilmiş cinayətlərini abidəni ziyarət edəcək insanlara çatdırmağımıza imkan verəcəkdir. Xocalı Soyqırımı Memoiral Kompleksinin ucalması buranı bir ziyarət yerimizə çevirəcəkdir. Xalqımız ermənilərin bizə qarşı törətdikləri vəhşilikləri heç vaxt unutmayacaqdır. Məhz Xocalı Soyqırımı Memorial Kompleksi erməni vəhşiliklərini gələcək nəsillərə ötürülməsi üçün bir məktəb rolunu oynayacaq. Kompleksi məktəblilər, gənclər, qonaqlar ziyarət edəcəklər və o ağır illərdə dünyada olmayan gələcək nəsillərimiz memorial komplekslər, abidələr, kitablar vasitəsilə tariximizi öyrənəcəklər və belə tarixi yerlər xalqımızda vətənpərvərlik ruhunun yüksəlməsində əhəmiyyətli rol oynayacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə