“Azərbaycan əraziləri 1991-ci ilin yanvarın 1-dən başlayaraq işğal olundu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə "Xocalı" soyqırımı adlandırılan cinayət törədildi. BMT-nin İnsan Hüquqları Komissiyasının və onun nəzdində olan məhkəmənin qərarı ilə soyqırım cinayəti ilə tanımalı idilər. Bəs nəyə görə tanımadılar? 1920-ci ildən sonra Qərbi Azərbaycan ərazisində yaradılan Ermənistan Çar Rusiyasından, daha sonra onu əvəz edən SSRİ-dən, sonra isə indiki Rusiya Federasiyasından daim hərbi-siyasi yardım alıblar”. Bu sözləri AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, onların bilavasitə iştirakı ilə həyata keçirilib: “Yəni bu cinayəti onlar bir yerdə törədib. Bu cinayəti Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları tanımalı idi. Amma tanımırlar, çünki özləri törədiblər. Xristian dünyasını Cənubi Qafqazda nəyin bahasına olsun qoruyub saxlamaq istəyirdilər. Bu il artıq cinayətin 33-cü ili tamam oldu. Amerikanın 18 ştatı və bir sıra dövlətləri bu cinayəti tanımalıdır. Həmçinin bu cinayəti BMT-nin Beynəlxalq cinayəti tanımalıdır. Əksər ölkələrin birləşdiyi Avropa ölkələri bu müharibə başa çatandan sonra 2021-ci ilin mart ayında təcavüzkar ölkəyə 2 milyard avro yardım göstəriblər. Hazırda isə Avropa ölkələri, o cümlədən Fransa Ermənistanı fasiləsiz sürətdə silahlarla təchiz edirlər. Belə olan halda bu cinayəti tanıyacaqlarmı? Təbii ki, tanımayacaqlar”.
Cəbi Bəhrəmov həmçinin bildirib ki, bu cinayətin törədilməsinin əmrini verən Rusiya Federasiyanın birinci prezidenti Boris Yeltsin olub: “1992-i il iyun ayının 9-da keçirilən məxfi müşavirədə "bu şəhərin yer üzündən silinməlidir" ifadəsini işlətdi. Bir həftə sonra isə fevral ayının 25-dən 26-na keçən gecə 366-cı alayı 1890 nəfər kontingenti və erməni quldurları ilə bir yerdə şəhərin əhalisini məhv ediblər. Burada dini, milli mənsubiyyətə görə, insanların məhv edilməsi cinayətdir. Ondan sonra Rusiya Federasiyanın prezidenti Yeltsin sərəncamına əsasən, Çingiz Mustafayev və digər şəxslər tərəfindən çəkilən görüntülər Rusiya Federasiyasında göstərilməsi qadağan edildi”.
Bütün xəbərlər Facebook səhifəmizdə