Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri noyabrın 18-də Gürcüstanla bağlı müzakirə aparacaq. SİA xəbər verir ki, məlumatı Aİ Şurası yayıb. Bildirilib ki, ittifaqın ali nümayəndəsi Cozep Borellin sədrliyi ilə keçiriləcək Xarici İşlər Şurasının iclasında 26 oktyabr parlament seçkiləri fonunda Gürcüstanda vəziyyətə dair fikir mübadiləsi aparılacaq.
İclasda həmçinin Ukraynada müharibə müzakirə olunacaq. Müzakirəyə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa videokonfrans formatında qoşulacaq.
Şuranın iclasında gündəliyinə Aİ-ABŞ münasibətləri, Yaxın Şərqdəki vəziyyət də daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə