Xankəndi şəhərində naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şahid Sabir oğluMəmmədovun meyitinin qalıqları Şəki rayonunun Zəyzid kəndinə gətirilib. SİA-nın məlumatına görə, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Şahid Sabir oğlu Məmmədov1974-cü il sentyabrın 9-da Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub. O, 1993-cü il Ağdərə rayonunun Mehmanə kəndi istiqamətində itkin düşüb.
Ş.Məmmədov Zəyzid kənd qəbiristanlığında dəfn olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə