Naxçıvanın 100-cü ildönümünə həsr olunan konfrans keçirilir - FOTO

Naxçıvan şəhərində "Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində rolu" mövzusunda konfrans təşkil olunub. SİA-nın məlumatına görə, konfrans iştirakçıları tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib.

Konfransdan əvvəl Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş sərgiyə baxış olub.

Konfransda rəsmi çıxışlar, muxtar respublikanın 100 illiyinə həsr olunmuş videoçarxın nümayişi, Naxçıvan Dövlət Universitetinin Tələbə teatr studiyasının təqdimatında kompozisiya, Naxçıvan Dövlət Universitetinin Simfonik orkestrinin konserti nəzərdə tutulub.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə