Sahib Məmmədova daha bir müşavir TƏYİN EDİLDİ

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) yeni təyinat olub. SİA-nın məlumatına görə, Konfederasiyasının sədri Sahib Məmmədova yeni müşavir təyin edilib.

Bu vəzifəyə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin keçmiş sədr müavini Elkiyar Ziyadov gətirilib. O, bir neçə gün əvvəl Agentlikdəki işindən ayrılıb. Elkiyar Ziyadov "Yüksəliş" müsabiqəsinin qalibidir.

Xatırladaq ki, bundan əvvəl Cəmaləddin Quliyev də Sahib Məmmədova müşavir təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə