Peskov “qərar hələ verilməyib”, deyir
“Rusiya prezidenti Vladimir Putinin Bakıda keçiriləcək BMT-nin iqlim konfransında iştirakı ilə bağlı qərar hələ qəbul edilməyib”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Rusiyanın mütləq şəkildə təmsil olunacağını vurğulayıb.
Noyabrın 11-22-də Bakıda COP29 iqlim konfransı keçiriləcək. İyulda ŞƏT-in sammitində Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın bütün rəhbərlərini, o cümlədən Vladimir Putini konfransa dəvət edib. Ümumilikdə tədbirdə 198 ölkənin nümayəndələrinin iştirakı gözlənilir.
SƏBİNƏ
Bütün xəbərlər Facebook səhifəmizdə