Putin COP29-da iştirak edəcəkmi?

15 Oktyabr 2024 13:39 (UTC+04:00)

Peskov “qərar hələ verilməyib”, deyir

“Rusiya prezidenti Vladimir Putinin Bakıda keçiriləcək BMT-nin iqlim konfransında iştirakı ilə bağlı qərar hələ qəbul edilməyib”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Rusiyanın mütləq şəkildə təmsil olunacağını vurğulayıb.

Noyabrın 11-22-də Bakıda COP29 iqlim konfransı keçiriləcək. İyulda ŞƏT-in sammitində Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın bütün rəhbərlərini, o cümlədən Vladimir Putini konfransa dəvət edib. Ümumilikdə tədbirdə 198 ölkənin nümayəndələrinin iştirakı gözlənilir.

SƏBİNƏ