Seçkilərdə QHT təmsilçilərinin aktiv iştirakını görürük - Cəsarət Hüseynzadə

Seçkilərdə QHT təmsilçilərinin aktiv iştirakını görürük - Cəsarət Hüseynzadə

“Sentyabrın 1-də baş tutacaq Milli Məclisə seçkilərin təşviqat prosesi uğurla davam edir. Namizədlərin və bütövlükdə seçki prosesində iştirak edənlərin arasında vətəndaş cəmiyyəti institutlarının təmsilçilərini görmək çox sevindiricidir”. SİA xəbər verir ki, bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, Qht.az xəbər portalının baş redaktoru Cəsarət Hüseynzadə deyib.

QHT sədri bildirib ki, seçkilərdə QHT təmsilçilərinin aktiv iştirakı müşahidə olunur. Bu isə ölkəmizdə demokratik və rəqabətyönümlü mühitin olmasını sübut edir: “Seçkilərin demokratik mühitdə keçəcəyinə inanıram. Bu seçkilərin Azərbaycanın seçki tarixində önəmi böyükdür”.

Bütün xəbərlər Facebook səhifəmizdə