“Fransa qərəzli olaraq Azərbaycana qarşı kampaniya aparır” - DEPUTAT DANIŞDI

“Fransa qərəzli olaraq Azərbaycana qarşı kampaniya aparır” - DEPUTAT DANIŞDI

“Fransanın Azərbaycana qarşı həyata keçirdiyi qərəzli yanaşma nə olimpiya oyunlarının fəlsəfəsinə, nə də beynəlxalq prinsiplərə uyğundur. Əslində, bu ondan xəbər verir ki, Fransa birmənalı şəkildə qərəzli olaraq Azərbaycana qarşı kampaniya aparır, ikilistandartlar tətbiq olunur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Fransa tərəfindən olimpiya prinsiplərinə və öhdəliklərinə əməl edilməsi vacibdir: “Azərbaycan beynəlxalq prinsiplərə və hüquqa hörmətlə yanaşan, müstəqil ölkədir. Qərəzli bəyanat və açıqlamalara baxmayaraq Azərbaycan öz haqq işini davam etdirir. Növbəti dövrdə də Azərbaycanda iqtisadiyyatın inkişafı, sosial təminatın gücləndirilməsi işləri həyata keçiriləcək. Bu səbəbdən də Azərbaycan öz haqq işini davam etdirəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə