"Fransa silah qarşılığında Ermənistana belə bir şərt qoyub" - MÜNASİBƏT BİLDİRİLDİ
"Mənə belə gəlir ki, Ermənistanın KTMT-də iştirakını dondurması daha çox son günlər hərbi Qərb ittifaqı ilə yaxınlaşması səbəbindən baş verir. Paşinyanın Qərblə yaxınlaşması və Rusiyadan uzaqlaşması prosesi yeni proses deyil. Lakin diqqət çəkən məqam bu hadisənin Fransa ilə hərbi sazişin imzalanması ərəfəsinə təsadüf etməsidir. Bu artıq Ermənistanın NATO-ya, Qərbin hərbi blokuna yaxınlaşması deməkdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, Fransa İrəvana yeni silahlar verəcəyini vəd edib: "Yəqin ki, bunun qarşılığında Paşinyana KTMT-dən tədricən uzaqlaşmaq şərti qoyulub. Mən belə başa düşürəm ki, bunlar arasında bir əlaqə ola bilər, əlbəttə ki, bunu Ermənistanın birdən birə etməsi də real görsənmir, çünki bu ölkədə hələ də rəsmi şəkildə Rusiya hərbi bazaları mövcuddur. Lakin hesab edirəm ki, Ermənistanın KTMT-dən uzaqlaşıb NATO-ya yaxınlaşmaq planını hardasa görmək olur, lakin buna hansı zamanda nail olacaqlar və ya ümumiyyətlə nail ola biləcəklərmi bunu indi proqnozlaşdırmaq biraz çətindir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB