Hər bir ölkənin inkişafında dövrün tələblərinə uyğun islahatların aparılması əhəmiyyətli rol oynayır. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşır. İslahatları qaçılmaz edən qarşıya qoyulan vəzifələr, müəyyənləşdirilən hədəflərdir. Qanunverici orqanın da islahatlar prosesindən kənarda qalmaması üçün Yeni Azərbaycan Partiyası 2019-cu ilin sonlarında parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 9 fevral 2020-ci il tarixdə keçirilən növbədənkənar parlament seçkiləri Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir səhifəni yazdı. SİA xəbər verir ki, bu fikirlər İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin 9 fevral-növbədənkənar parlament seçkiləri ilə bağlı münasibətində vurğulanıb.
Bildirilib ki, Azərbaycan ilk gündən demokratik inkişaf yolunu tutub. Demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir. Ölkəmizdə bütün demokratik təsisatların inkişafı üçün zəruri imkanlar yaradılıb. Seçkilərin, ümumxalq səsverməsinin demokratikliyini təmin edən Seçki Məcəlləsi dövrün tələbinə uyğun olaraq mütəmadi təkmilləşdirilir. Son illər ölkəmizdə demokratiyanın inkişafı istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri məhz çoxpartiyalı parlamentin formalaşmasıdır. Növbədənkənar parlament seçkiləri ölkəmizdə demokratiyanın növbəti təntənəsi oldu. 19 siyasi partiyanın iştirakı ilə yeni parlamentin formalaşması, Milli Məclisin, həmçinin komitələrin rəhbərliyində müxalifət nümayəndələrinin təmsil olunması ölkəmizdə siyasi sistemin daha da təkmilləşdiyini təsdiqlədi. Azərbaycan dünyaya təkmil demokratiya təcrübəsini təqdim edir.
O da qeyd edilib ki, cəmiyyətin idarə olunmasında qanunlarımız əhəmiyyətli rol oynayır. Hər bir sahənin inkişafına xidmət edən qanunlar kompleks şəkildə ölkəmizin hərtərəfli inkişafına dəstəkdir. Yeni tərkibdə formalaşan parlament daha təkmil qanunların qəbulu ilə ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr, islahatlara təkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB