“Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” - YENİLƏNİR - FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə tədbir keçirilir. SİA xəbər verir ki, konfrans Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Tədbir “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusundadır.
Konfransa başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra isə Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirə giriş nitqi ilə YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov başlayıb.
Bundan əlavə konfransda bir sıra nazir və deputatlar da iştirak edir.
Qeyd edək ki, konfrans Heydər Əliyev Mərkəzində keçirilir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB