“Ümummilli Lider Azərbaycanın siyasi və ziyalı elitasını yetişdirdi“ - SƏDR DANIŞDI

“Ümummilli Lider Azərbaycanın siyasi və ziyalı elitasını yetişdirdi“ - SƏDR DANIŞDI

“Ulu Öndərin Azərbaycan üçün gördüyü işlər haqqında danışmağa günlər lazımdır. İntellekt səviyyəsi imkan verən hər kəs, Ulu Öndərin Azərbaycan üçün gördüyü işlərin mahiyyətinə varır”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev deyib. Onun sözlərinə görə, Ulu Öndər hələ 1969-cu ildə Azərbaycanı ən geridə qalmış ölkə vəziyyətindən çıxarıb, müstəqilliyə gedən yolun əsasını qoydu: “Ümummilli Lider böyük bir təzyiq altında Azərbaycanın siyasi və ziyalı elitasını yetişdirdi. Çünki Ulu Öndər Heydər Əliyev bilirdi ki, müstəqil Azərbaycana güclü intellektə, təhsilə sahib insanlar lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə