Nərimanovda akademik Zərifə Əliyevanın 100 illiyi qeyd olunub - FOTOLAR
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli oftolmoloq, akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzində baş tutan görüşdə ilk öncə Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru dos. dr. Asiman Həsənov bildirib ki, akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı olaraq mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Asiman Həsənov həmçinin vurğulayıb ki, Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, traxomanın müalicəsində daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotiklərdən-sintomitsindən istifadə olunmasına həsr edib. 1968-ci ildən başlayaraq, Zərifə Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayıb. Zərifə xanım Əliyeva bir sıra orden və medallara, mükafatlara layiq görülüb, Elmlər Akademiyasının akademiki seçilib, “Əməkdar elm xadimi” fəxri adını alıb. O, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə böyük şöhrət qazanıbdır.
Daha sonra çıxış edən Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, t.e.d., professor Paşa Qəlbinur Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən bəhs edib. Alimin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd edib.
Tədbirdə çıxış edən həkim-oftalmoloq İradə Fərzəliyeva bugün, görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğu vurğulayıb. Bildirib ki, akademikin çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur.
Tədbirin sonunda böyük xidmətləri, çoxillik elmi-tədqiqat işləri ilə zəngin həyat yolu keçirmiş Zərifə Əliyeva haqqında hazırlanmış video çarx izlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB