"Azərbaycan tərəfi adekvat addımlar atır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan tərəfi adekvat addımlar atır" - POLİTOLOQ ŞƏRH ETDİ

“Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi-siyasi təxribatları uzun müddətdir ki, davam edir. Təxribatlara cavab olaraq Azərbaycan tərəfi də adekvat addımlar atır. Məhz silsilə şəklində davam edən təxribatlar həm də Azərbaycanın adekvat addım atmasına gətirib çıxarır. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın hərbi təyinatlı yük maşınının Şuşa şəhəri ətrafında minaya düşməsi, Azərbaycan ərazisinə qeyri-qanuni yüklərin, silahların daşınması fonunda Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Həkəri çayı üzərində nəzarət buraxılış məntəqəsini qurdu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, bu Vətən müharibəsindən sonra Azərbaycanın qazandığı növbəti tarixi nailiyyətdir: “Çünki nəzarətin Azərbaycanın əlində olması həm üçtərəfli birgə bəyanata uyğundur, həm də Azərbaycanın regional müstəvidə hərbi-siyasi təhlükəsizlik nöqteyi nəzərdən praktik formada doğru addım atdığını bir daha büruzə verir. Eyni zamanda əsas fundamental məsələ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı Ermənistana son variantı təqdim etdikdən sonra onlardan heç bir cavab gəlməmişdir. Bu isə sülh danışıqlarını bir qədər də çətinləşdirir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə