“Ermənilər hələki Rusiya sülhməramlılarının xidmətlərindən istifadə edirlər” - SİYASİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ
“Düşünmürəm ki, ekofəalların səyləri nəticəsizdir. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik. Çünki Azərbaycanın mübarizəsi sivil mübarizədir. Bz strateji yolu sivil yolla nəzarətə almışıq. Hələ ki, Qarabağdakı ermənilər Rusiya sülhməramlılarının xidmətlərindən istifadə edirlər. Lakin artıq onu da başa düşürlər ki, bu da onlara çətin başa gəlir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, əslində ekofəalların mübarizəsi reinteqrasiya prosesinə öz töhfəsini verəcəkdir: “Ermənilər başa düşəcək ki, Azərbaycanın Qarabağda yaratdığı xidmətlərdən istifadə ən optimal yoldur. Təbii ki, qısa zamanda nəticə gözləmək doğru deyil. Bu müddət ərzində müəyyən nəticələr əldə olunub. Artıq Qarabağdakı erməni icması ilə Azərbaycanın səlahiyyətli nümayəndəsi arasında Rusiya sülhməramlılarının iştirakı ilə bir dəfə görüş baş tutdu, indi bu görüşləri davam etdirmək lazımdır.
Rəsmi İrəvan bu prosesi pozmağa çalışır, lakin bu Azərbaycanın daxili məsələsidir. Ermənistan ordusu öz hərbiçilərini ərazilərinə çəkib sərhədlərin müəyyənləşməsinə və Zəngəzur dəhlizi məsələsinə töhfə verməlidir. Laçın dəhlizində təxribat törətmək Azərbaycanın bu istiqamətdə apardığı mübarizəyə əngəl ola bilməyəcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB