Apteklərdəki dərmanlar çox bahalı, həm də keyfiyyətsizdir - RAZİ NURULLAYEV

Apteklərdəki dərmanlar çox bahalı, həm də keyfiyyətsizdir - RAZİ NURULLAYEV

"Ölkəmizdə dərmanların satış qaydaları və keyfiyyəti şok vəziyyət yaradır. Əgər bu belə olmasaydı, insanlar “Filan aptek yaxşıdır" deyib həmin apteki axtarmazdılar. Bizim apteklərdəki dərmanlar həm çox bahalı, həm də keyfiyyətsizdir. Belə ki, dərmanları qəbul edirsən, amma nəticə yoxdur".

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, alman apteklər şəbəkəsi var ki, burada dərmanlar çox bahalıdır: "Soruşanda da deyirlər ki" "Alman istehsalıdır və ona görə bahalıdır". Niyə vətəndaşları aldadıb onların cibinə girirlər? Dərman ətir deyil ki, deyəsən "Zövq məsələsidir və mən fransız ətri istəyirəm". Yaxud dərman avtomobil deyil ki, deyəsən "Lada yox, Mersedes istəyirəm". Mən alman apteklərinin əleyhinə deyiləm, vətəndaşların aldanmasına qarşıyam.

Qidanın da keyityyətsiz olması vətəndaşların həyatını zəhərləyir. Onlar bu keyfiyyətsiz qidalara görə olan-qalan pulunu da aptekdə dərmanlara xərcləyirlər. Bəzi şirkət kolbasalarının tərkibində ətdən əsər-əlamət yoxdur. Bu nə biyabrçılqıdır?! Ət adı altında onlar nə satırlar?! Belə də zülm və amansızlıq olarmı?! Bu cür saxtakarlıqlıar ölkəmizin adına ləkə gətirir. Düşmən ölkələr də bundan istifadə edir. Hər kəs bunun bir cəzası olduğunu bilməidir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə