"Prezidentin verdiyi təkliflər böyük əhəmiyyət daşıyır" - DEPUTAT DANIŞDI
"Qoşulmama Hərəkatının Bakı Zirvə görüşü artıq tarixə çevrildi. Qəbul edilən qərarlar, söylənilən təkliflər bu təşkilatın daha da inkişaf etməsi, dünyada daha da nüfuzlu bir təşkilata çevrilməsində böyük rol oynayacaq. Ölkəmizin 2019-cu ildən bəri Qoşulmama Hərəkatına sədrlik etdiyi dövr bu təşkilatın ən yüksək zirvəyə qalxan dövrü oldu. İstər dünyadakı nüfuz, istər verilən təkliflərin humanistliyi baxımından təşkilat olduqca tarixi bir dövr yaşadı". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev bildirib.
Onun sözlərinə görə, Prezidentin təklifi ilə Qoşulmama Hərəkatında həm parlament, həm də gənclər şəbəkəsi yaradıldı. Bu da təşkilatlanmada çox böyük rol oynayacaq: "Cənab Prezidentin zirvə görüşündə verdiyi təkliflər olduqca böyük əhəmiyyət daşıyır. BMT-nin nizamnaməsinə yenidən baxılması, bu təşkilatda Qoşulmama Hərəkatına daimi üzvlük statusunun verilməsi, BMT-də veto hüququnun məhdudlaşdırılması kimi təkliflər də gələcək planlarda mühüm rol oynayacaq. Məhz cənab Prezident İlham Əliyevin bu hərəkat qarşısında böyük xidmətləri nəzərə alınaraq, Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq Azərbaycanın sədrlik müddəti iki il daha uzadıldı. Bu isə yenidən üzvlərin Azərbaycanın fəaliyyətindən olduqca razı olduqlarını göstərmiş oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB