“Bu günlərdə Türkiyədə baş verən zəlzələ və onun nəticəsi çox ağır bir problemdir. Lakin Türkiyə bu problemi həll etmək qüdrətindədir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, tarixən Türkiyə xalqının qarşısında böyük problemlər olub, lakin onlar hər zaman problemlərini həll edə biliblər: “Çünki türk xalqının güclü iradəsi və qətiyyətli əzmi var. Həmçinin bu gün Türkiyənin yanında onun problemini həll etmək istəyən Azərbaycan və digər türkdilli dövlətlər var. İnanıram ki, Türkiyə bu ağır problemini həll edəcək. Artıq bu günlərdə belə problemin həlli istiqamətində işlər görülür. İnsanlar dağıntılar altından çıxarıldı və onların müvəqqəti qalması üçün sığınacaqlar verildi. Dağıntıların aradan götürülməsi üçün müvafiq mühəndis işləri görülür. Həmçinin gələcəkdə insanların yaşaması üçün tikilməsi nəzərdə tutulan binaların əsası qoyulur. Cənab Prezidentimizin zəlzələdən sonra Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət etməsi, Azərbaycanın Türkiyəyə hər cür köməklik etməyə hazır olmasını bildirməsi bu gün Türkiyənin diqqətindədir. Türkiyə cəmiyyəti Azərbaycanın ilk yardım edən dövlətlərdən olduğunu, eyni zamanda, onlara daima yardım etməkdə hazır olduğunu bildirirlər. Azərbaycan tərəfdən Türkiyəyə 2 səhra tipli hospital quruldu. Müvafiq dərmanlar göndərilərək, insanların ilkin yaşaması üçün isti paltarlar, ev əşyaları göndərilib. Həmçinin yüzlərlə Azərbaycan xilasediciləri dağıntılar altında qalan insanların tapılması və dağıntıların yığışdırılması istiqamətində fəaliyyət göstərirlər. Türkiyə güclüdür və qüdrətlidir! Türkiyəsiz dünya yoxdur!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB