"Türkiyədəki zəlzələdən sonra biletlərin qiyməti artıb" - CEYHUN MƏMMƏDOV

"Türkiyədə baş verən zəlzələ nəticəsində biletlərin qiyməti artıb". SİA xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov bu gün keçirilən Milli Məclisin plenar iclasında bildirib.

Onun sözlərinə görə, qiymətlər artdığı üçün azərbaycanlı tələbələr vətənə qayıda bilmir: "Türkiyədə baş verən hadisələrdən dolayı təhsil distan formada təşkil olunacaq. Azərbaycanlı tələbələr bir sıra səbəblərə görə çətinlik çəkirlər. Ölkə rəhbərliyinin təhsilimizə böyük diqqət və qayğısı var. Tələbələrimizin müəyyən çətinlikləri var ki, o da qurumlarımız tərəfindən həll olunmalıdır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə