“Bizim xalqımızın mahiyyətində hər zaman xeyirxahlıq olub. Biz daima bizə olunan pislikləri unudub, onları da bir xalq kimi sayırıq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, hər zaman olduğu kimi, ermənilər öz əməllərindən əl çəkmirlər: “Çünki onların genetikasında murdarlıq, yaltaqlıq, xainlik var. Daima ermənilər böyük dövlətlərə yaltaqlıq edib, öz məqsədləri üçün həmin ölkələrdən istifadə ediblər. Siyasi nöqteyi-nəzərdən Türkiyədə baş verən zəlzələ nəticəsində onlara dəstək olmaq üçün öz heyətini göndərən Ermənistan öz xislətindən əl çəkməyib oğurluq edirlər. Ermənistanda küçə sorğusu edənlərin 90 faizi bildirirdi ki, biz nəyə görə zəlzələdə yaralanan insanlara kömək etməliyik. Onlar unudurlar ki, Spitak zəlzələsində Türkiyə onlara dəstək oldu, Azərbaycan yardım əlini uzatdı. Həmçinin həmin hadisələr zamanı 50 milyon ton taxılı Türkiyə Ermənistana göndərdi. Ermənilər heç vaxt öz əməllərindən əl çəkməyəcəklər. Mən birmənalı şəkildə onlara heç vaxt inanmamışam”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB