Azərbaycan-Serbiya münasibətləri hansı səviyyədədir? - POLİTOLOQ DANIŞDI
“Azərbaycan və Serbiya münasibətləri 2021-2022-ci illərdə daha da inkişaf etdi. Biz əslində 44 günlük müharibəyə qədər iki ölkə arasında münasibətlərin çox zəif olduğunu qeyd edə bilərik”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
Politoloq qeyd edib ki, elə bunun da nəticəsi olaraq həmin dövrdə Serbiyadan Ermənistana minomyotların göndərilməsi və Ermənistanla münasibətlərində istilikdən istifadə edərək bu dövlətə müxtəlif beynəlxalq təşkilatlarda müəyyən dəstək verdiklərini də görməkdə idik: “Ancaq Azərbaycanın xarici siyasətindəki uzaq görənlik və rasionallıq ondan ibarətdir ki qarşımızda olan və yaxud bölgə ilə bağlı tam olaraq siyasətin formalaşmadığı dövlətləri yanımıza çəkməyimiz üçün əlimizdən gələni edirik.
Azərbaycan və Serbiya münasibətləri bu gün qarşılıqlı dostluq və qardaşlıq, eyni zamanda tərəfdaşlıq baxımından örnək olunası münasibətlərdir. Bunun da nəticəsidir ki, 2022-ci ildə Azərbaycan Prezidentinin Serbiyaya səfəri baş tutdu. Daha sonra Serbiya tərəfindən ölkəmizə müxtəlif səfərlər olundu. Həmçinin Serbiya və Azərbaycan beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməyə davam etdilər, həmçinin iki ölkə arasında enerji layihələri sahəsində alternativ enerji sahəsində artıq yeni layihələrin baxılmasına start verildi. Tezliklə təbii qaz məsələsində artıq Serbiyanın Azərbaycan təbii qazının bir alıcısına çevrilməsi də iki ölkə arasında olan iqtisadi əlaqələrin inkişafının siyasi məsələlərə də təsirsiz ötüşməyəcəyini bilirik. Azərbaycan müharibədən sonraki xarici siyasətinin ən keyfiyyətli amillərindən biri ondan ibarətdir ki, biz Şərqi Avropa ölkələri ilə münasibətlərin inkişafı üçün əlimizdən gələni etməyə çalışırıq. Qara Dənizin qərbində olan ölkələri ilə Albaniya, Ruminya və s. kimi ölkələr daxildir ki, bunlarla xarici siyasətin möhkəmləndirilməsi istiqamətində məsələlər öz həllini tapır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB