"Biz belə günlərdə "Bir millət, bir dövlət oluruq" - SABİQ SƏFİR DANIŞDI

"Türkiyəmiz əsrin fəlakətini yaşamaqdadır. Bu günə qədər dünyada görülməmiş bir zəlzələ ilə qarşı-qarşıya qalmışıq. 13 milyon insanın yaşadığı 10 vilayəti əhatə edən zəlzələ böyük dağıntılara səbəb oldu. 35, 500 min adam həyatını itirib, 100 minə yaxın insan isə yaralanıb". Bu fikirləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Hulusi Kılıç bildirib ki, zəlzələnin əhatə dairəsi çox böyük idi: "Zəlzələ baş verən ərazilər Türkiyənin iqtisadi və turizm sahəsi baxımından əhəmiyyətli bölgələr hesab olunur. İxracatın 100-də 10 faizi bu bölgələrdən edilir. Qazantep, Kahramanmaraş, Hatay və Adana sənayə şəhərləridir. Burada minlərcə insan işləyirdi. Lakin hazırda həmin şəxslər işsiz qalıb. Dünya dövlətləri baş verən proseslərlə Türkiyənin böyük fəlakətlə qarşı-qarşıya gəldiklərini görürlər. 60-dan çox ölkə Türkiyəyə yardım əlini uzadıb. Bunlardan əlavə olaraq beynəlxalq təşkilatlarda Türkiyəyə yardım edirlər. Lakin onların arasından Azərbaycan dövləti çox fərqlidir".

Sabiq səfir qeyd edib ki, Azərbaycan xalqı Türkiyənin acısını yaşayır və Azərbaycanın hər bir bölgəsindən Türkiyəyə yardım etməyə çalışırlar: "İlk gündən etibarən Ali Baş Komandan, cənab Prezident İlham Əliyev, Birinci-Vitse Prezident Mehriban xanım Əliyeva öz xalqını yardım etmək üçün müraciət etmişdir. Bu müraciətə də Azərbaycan xalqı sürətli bir şəkildə yerinə yetirdi və nəticə etibari ilə yüzlerce tır Türkiyəyə göndərilmişdir. Qardaş Cümhuriyyətlər hesab edilən Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan dövlətlərdə Türkiyəyə öz qardaş əlini uzatdılar. Bu yardımlar Türkiyənin qısa müddətdə düşdüyü çox çətin bir vəziyyətdən qurtulmaq üçün həyata keçirilir. Minlərcə ev dağıldı buna görə də bınlerce insanların evlərini təmin etmək məqsədi ilə minlərcə yeni evlər tikilib, vətəndaşlarımızın istifadəsinə veriləcək. Türkiyənin yardıma ehtiyacı var. Bu səbəbdən ölkəmizə olunan yardımların gəlməsi çox normaldır. Buna bənzər bir hadisə hansı ölkənin başına gəlsəydi, dünya dövlətləri yenə də yardım edəcəkdir. Mən can Azərbaycanın göstərdiyi həmrəylik və əməkdaşlıq üçün təşəkkür edirəm. Allah bizə belə bir acı yaşatmasın. Bilirəm ki, Türkiyənin acısı Azərbaycanın acısıdır. Biz daima bu fikri səsləndiririk. Biz belə günlərdə Bir millət, bir dövlət oluruq. Yaşasın Türkiyə-Azərbaycan əbədi qardaşlığı".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə