"Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı edilmiş hücumu şiddətlə qınayırıq". SİA xəbər verir ki, bu sözləri millət vəkili Fəzail Ağamalı bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq cinayət işinə başlanılıb: "Düşünürəm ki, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti haqlı olaraq cinayət işi açıb və cinayət işinə başlanılıb. Biz İranla olan bütün əlaqələrimizi sonlandırmalı və əlaqələrimizi kəsməliyik. İran artıq bizə qarşı bütün kartlarını açıq şəkildə oynayır. Biz də onlara qarşı bütün münasibətlərimizi ortaya qoymalıyıq. İran biz qarşı müharibə elan edib. Məhz bu da cavabsız qalmamalıdır".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB