Rusiya Latviyanın səfirini ölkədən çıxarır?

Rusiya Baltikyanı və Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyaya qarşı hərəkətə keçdiyini əsas gətirərək yeni sanksiya qərarı verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Latviyanın Estoniya ilə həmrəyliyi çərçivəsində fevralın 24-dən etibarən Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına gəldikdən sonra Rusiya Latviyanın Moskvadakı səfiri Maris Riekstinsi ölkəni tərk etməyə çağırıb. "Latviyanın səfiri Maris Riekstinsə ölkəni tərk etmək üçün 2 həftə vaxt verilib", - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Nazirlik əlavə edib ki, Latviyanın iki ölkə arasında münasibətləri aşağı salmaq qərarının nəticələri olacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə