"Qərbi Azərbaycanlılarla bağlı məsələnin Azərbaycanın dövlət siyasətinin mühüm istiqaməti kimi rəsmi bəyan edilməsi tarixi əhəmiyyətli hadisədir". Bu sözləri SİA-ya açıqlmasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu müstəqil Azərbaycanın diplomatiyasında, xarici siyasətində demək olar ki, keyfiyyətcə yeni bir mərhələnin başlanğıcından xəbər verir. Qərbi Azərbaycanlıların İcması ilə bağlı Azərbaycanın dövlət siyasəti heç bir dövlətə qarşı ərazi iddiası kimi yozula bilməz. Bu birinci növbədə tarixi, hüquqi, siyasi və humanitar məsələdir. Qərbi Azərbaycanlılarla bağlı məsələnin Azərbaycanın dövlət siyasəti istiqaməti kimi təsdiqlənməsi Ermənistanın Azərbaycana qarşı təcavüzkar sifətinə və ərazi iddialarına qarşı tutarlı bir əks mövqeydir. Çünki bütün dünya bu siyasətimizin sayəsində biləcək və artıq bilir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının heç bir əsası olmadıqı halda, ancaq Qərbi Azərbaycanlıların Ermənistan ərazisindən qovulması tarixin böyük və ədalətsiz hadisələrindən biri idi. Bütün dünya bilməlidir ki, Qərbi Azərbaycanlılar Ermənistan dövlətinin təcavüzkar siyasəti nəticəsində öz torpaqlarından qovulub və bu gün Ermənistan dövlətinin özünə bir sətrlik dövlət yaratdığı ərazilər, tarixən Azərbaycan türklərinin məxsus olub. Bizim Qərbi Azərbaycan dediyimiz məkanın özəyini təşkil edib. Bu mənada Qərbi Azərbaycanlılarla bağlı Azərbaycanın dövlət siyasəti bir neçə hədəfə malik olan ciddi bir istiqamət kimi nəzərdən keçirilməlidir. İlk əvvəl dediyim kimi Ermənistanın təcavüzkar və ərazi iddialarına, eləcədə revanşist siyasətinə qarşı Qərbi Azərbaycanlılarla bağlı Azərbaycanın başlatdığı prosses bir əks hücum və müdafiə konsepsiyasıdır. Ona görə ki, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına qarşı sübut etməklə bərabər, eyni zamanda 1 milyondan artıq Qərbi Azərbaycanlının Ermənistanda ata-baba yurdunun qaldığını dünya görməlidir. Bütün bunlar sonda onunla nəticələnəcək ki, kimin təcavüzkar, kimin təcavüz qurbanı olduğunu dünya bir daha görəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB