Azərbaycan XİN 2022-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib - YENİLƏNİB - FOTOLAR
27 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində 2022-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında Xarici İşlər Nazirliyinin rəhbər heyəti, yerli media nümayəndələri, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici jurnalistlər iştirak edib. SİA xəbər verir ki, mətbuat konfransında çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, 2022-ci il üzrə xarici siyasətimizin əsas istiqamətləri və əldə olunmuş nəticələr ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verib.
Azərbaycan Respublikasının bir çox dövlətlər ilə diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümünün qeyd olunduğu 2022-ci il ərzində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində tədbirlərin görüldüyü bildirilib. Bu xüsusda, həm qonşu ölkələrlə, həm də digər dövlətlər ilə siyasi, iqtisadi, mədəni, humanitar və s. sahələr üzrə səmərəli əməkdaşlıq münasibətlərinin inkişafının diqqət mərkəzində saxlanıldığı qeyd olunub.
Azərbaycanın il ərzində beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), Türk Dövlətləri Təşkilatı (TDT), Avropa İttifaqı (Aİ), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və s. təşkilatlar çərçivəsində aktiv fəaliyyət göstərdiyini bildirən nazir Ceyhun Bayramov, beynəlxalq sülh, təhlükəsizlik və inkişafın bərqərar edilməsi istiqamətində səylərə verilən töhfələrdən bəhs edib.
Regionda, o cümlədən dünyada iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə həyata keçirilən layihələrin təşəbbüskarı və iştirakçısı kimi Azərbaycanın rolunun artdığını bildirən nazir Ceyhun Bayramov, qlobal enerji təhlükəsizliyinin təmini, regional nəqliyyat və kommunikasiyalar sahəsində fəaliyyətin inkişafı istiqamətində görülən işlər, o cümlədən Azərbaycanın beynəlxalq səviyyədə humanitar yardım və inkişafa dəstək fəaliyyəti barədə konfrans iştirakçılarını ətraflı məlumatlandırıb.
Post-münaqişə dövründə diplomatik fəaliyyət, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması, sülh gündəliyinin təşviqi istiqamətində görülən işlərdən geniş bəhs edən nazir Ceyhun Bayramov, ölkəmiz tərəfindən bölgədə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, ərazilərimizdə aparılan qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması, münaqişədən sonra regionda yaranmış vəziyyət haqqında dünya ictimaiyyətinin məlumatlandırılması, beynəlxalq məhkəmələrdə Ermənistana qarşı hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi işlərinin davam etdirildiyini bildirib.
Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində il ərzində İraq və Suriyadan 54-ü uşaq və 14-ü qadın olmaqla, ümumilikdə 68 vətəndaşımızın repatriasiyasının, Ukraynadan isə 16 mindən çox şəxsin təxliyəsinin həyata keçirildiyi diqqətə çatdırılıb.
İl ərzində Xarici İşlər Nazirliyi tərəfindən “Şuşa İli” çərçivəsində tədbirlərin keçirildiyi, xarici siyasətin informasiya təminatı ilə əlaqədar “Diplomatiya Aləmi” jurnalının “Şuşa İli”nə həsr olunmuş xüsusi buraxılışının nəşr edilməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərə xarici jurnalistlərin mətbuat turlarının təşkil edildiyi vurğulanıb.
Nazir Ceyhun Bayramov, Xarici İşlər Nazirliyinin kadr potensialının inkişafı məqsədilə mərkəzləşdirilmiş qaydada müsabiqə prosesinin təşkil edildiyini, 500-ə yaxın ümumi namizəddən bütün imtahan mərhələlərini uğurla keçən 67 namizəddən 38 nəfərin işə qəbul olunduğunu, digər namizədlərin yaxın aylarda diplomatik xidmətə qəbulunun nəzərdə tutulduğunu bildirib.
Daha sonra, nazir Ceyhun Bayramov, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



