Zəfər tariximizdə həmrəylik nümunəsi ŞƏRH

Zəfər tariximizdə həmrəylik nümunəsi ŞƏRH

1989-cu ildə Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürüldü. SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərlər söküldü. İlk dəfə olaraq Arazın hər iki tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.

Bu günü Azərbaycan xalqı böyük qürur və sevinc hissi ilə qeyd edir. Cünki sözün əsl mənasında azərbaycan xalqı Vətən müharibəsində həmrəylik nümayiş elətdirərək, azərbaycan ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, xalqımzın güclü dəstəyi ilə zəfər yürüşü edərək torpaqlarımız işğaldan azad olundu və tarixi ədalət bərpa olundu. Dəmir yumruq kimi birləşərək Azərbaycan xalqı öz qüdrətini, həmrəyliyini bütün dünyaya göstərdi.Ölkəmizin qeyri-hökumət təşkilatları, 50 siyasi partiyası, cəmiyyətimizin bütün təbəqələri eyni mövqedən çıxış edərək beynəlxalq aləmə Azərbaycan xalqın qüdrətini nümayiş elətdirdilər.

44 gün 200 il ərzində aparılan mübarizərə son qoydu. Vətən müharibəsində bütün nəsillərdən olan vətəndaşlarımızın əziyyəti var. Ancaq əsas missiya gənc nəslin üzərinə düşdü. Həyatın şirinliyini dadmadan ömrünü dastana çevirən 15-20 ilin gəcləri bizə Zəfər şərbətini içirtdi bizə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əsl həmrəylik bayramını bəxş etdilər bizə.

İki ildir ki, biz 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qürurla qeyd edirik. Cünki bu həmrəyliyi 44 günlük müharibədə bir daha gördük. Dünyanın hər yerində yaşayan həmyerlilərimizin rəşadətli ordumuza göstərdiyi maddi və mənəvi dəstək bu həmrəyliyi nir daha nümayiş etdirdi. Məhz həmrəyliyin nəticəsidir ki, bü gün biz azərbaycan xalqı güclüyük. Artıq 31 dekabr dedikdə gözümüzün önünə 44 günlük müharibə, azərbaycan xalqın həmrəlliyi, azərbaycan xalqın Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməsi, Böyük Zəfər gəlir.

Dünya Azərbaycanlılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm!

Yaşasın Qüdrətli Azərbaycan Dövləti!

Yaşasın həmrəy Azərbaycan xalqı!

Yaşasın Müzəffər Ali Baş Komandanımız!

Biz birlikdə güclüyük!

Şəhla Xəlilova

YAP Yasamal rayon təşkilatının AMEA Fizika İnstitutunun ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə