Prezident Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır

Ulu Öndərimiz Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi cənab Prezident İlham Əliyevin uğurlu fəaliyyəti bir daha onu sübut etdi ki, Azəbaycan regionda öz sözünü demiş güclü dövlətdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. İqtisadi, siyasi müstəvidə gedən uğurlu işlər nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı və bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sayı çoxaldı. Xalqın irəlidə Ulu Öndərdən sonra taleyini etibar etmək istədiyi lider isə yalnız İlham Əliyevdir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Diplomatik məharəti hesabına cənab Prezident bütün dövlətlərlə apardığı uğurlu əməkdaşlıq danılmazdır. Dövlət başçısının milli iqtisadiyyata təkan, neft-qaz sahəsində və energetikada gedən islahatların nəticəsində Azərbaycan dünyanın 10 ölkəsindən biri olaraq dəyərləndirilmişdir. Azərbaycan Prezidenti mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. Ölkəmiz MDB məkanında ən qabaqcıl ölkələr sırasındadır. Bütün bunlar hamısı, təbii ki, İlham Əliyevin rolu nəticəsində baş verib. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib. Xalqın hər zaman inam və etibarını qazanan cənab Prezident İlham Əliyev həmçinin dünya dövlətləri arasında böyük nüfuza malikdir. Artıq reallıqdır ki, ölkə başçısı Azərbaycan dövlətinin uğurlarının qarantıdır.

Ölkə başçımız coxşaxəli fəaliyyəti ilə bir çox təltiflər, ordenlərə, fəxr elmi adlara, idman təşkilatlarının mükafatlarına layiq görülmüşdür. Amma dövlət başçımızın özünün də bildirdiyi kimi onun fəaliyyətinə verilən ən yüksək dəyər Azərbaycan xaqlqının səmimi sevgisidir. İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə güclü iqtisadi inkişaf dərin məzmunlu sosial siyasətlə tamamlanır. Bütün ölkəboyu təhsil, səhiyyə infrastrukturunun ən yüksək standartlar səviyyəsində yenidən qurulması, paytaxtda və bölgələrdə müasir idman obyektlərinin istifadəyə verilməsi, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin miqyasının ilbəil genişləndirilməsi Azərbaycanın sosial dövlət kimi mənzərəsi göz önündədir və ölkəmiz möhtəşəm nailiyyətlərə imza atır. Həyata keçirilən bu və ya digər islahatlar yeni şəraitdə ölkəmiz üçün böyük inkişaf perspektivləri vəd edir. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə daha çox özünü göstərəcək.

Bir sıra görülən işlərlə bərabər həmçinin şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi onlara diqqət və qayğı dövlət başçısının siyasətinin ana xəttidir. Şəhid ailələri və müharibə əlillərini xüsusi qayğı ilə əhatə edən dövlət başçısının fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilib, onlara yönələn sosial ödənişlərin də son illərdə ardıcıl şəkildə artırılması və mənzillə təminatı proqramı danılmazdır.

Prezident İlham Əliyevin uğurlu, səmərəli və nümunəvi ordu quruculuğu siyasəti nəticəsində silah-sursat, texnika ilə təchizat, döyüş qabiliyyəti baxımından Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasına daxil oldu və öz sözünü döyüş meydanında dedi və 44 günlük Vətən müharibəsinə gedən yolda atılan hər bir addım Azərbaycanın tarixi Qələbəsinə , möhtəşəm Zəfərinə etibarlı zəmin formalaşdırdı. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi müstəqillik illərində həyata keçirilən uğurlu və ardıcıl strateji kursun məntiqi nəticəsidir. Azərbaycanın haqq işində qətiyyətli və birmənalı mənəvi-siyasi dəstək qazanılması baxımından xüsusi əhəmiyyətə malik oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın güclü olmaqla yanaşı, həm də ölkə başçısı cənab İlham Əliyevin möhkəm, uğurlu, dəmir siyasətinin məntiqi nəticəsidir.

Xalqı ona görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və hakimiyyətdə olduğu illər ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqımız əmindir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarımız regionun ən gözəl məkanına çevriləcək. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə həyatın bərpası, infrastrukturun qurulması, böyük lahiyələrə atılan imzalar Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətdən xəbər verir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” soydaşlarımızın öz yurdlarına dönməsi üçün hazırlanmış mühüm proqramdır və daim Prezidentimizin diqqətindədir. Ölkə Prezidentinin bərpa siyasətinin bu istiqamətdə göstərilən birgə səylərlə uğurlu nəticələri milli birliyimizin daha bir əyani təcəssümünə çevriləcəkdir.

Vəfa Dərgahquliyeva

YAP Pirallahı rayon təşkilatının fəalı

Bütün xəbərlər Facebook səhifəmizdə