"Etiraz aksiyası kifayət qədər ciddi bir prossesdir" - POLİTOLOQ DANIŞDI
"Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, vətəndaş cəmiyyəti fəallarının, könüllülərin iştirakı ilə Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası kifayət qədər ciddi bir prossesdir. Məlum olduğu kimi, sülhməramlıların rəhbərliyi ilk olaraq müvafiq qurumlarımıza həmin ərazilərdə monitorinq aparmaqla bağlı razılıq versə də, daha sonra bu prossesə mane oldular". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov qeyd edib.

Politoloq bildirib ki, nəticə etibarı ilə Rusiya sülhməramlıları və separatçıların birgə təxribatı nəticəsində həmin monitorinqin aparılmasının qarşısı alındı. Buna cavab verilməli idi və verilən cavab da kifayət qədər uğurludur. Nəticənin nə olmasından asılı olmayaraq bu aksiya verilmiş mesajlarla artıq öz məqsədinə nail olub.
Birincisi, aksiya iştirakçıları Ermənistanın Rusiya sülhməramlılarının dəstəyi ilə ərazilərimizdə ekoloji terror törətdilkərini bütün dünyaya çatdıra bildi. İkincisi, hər kəs gördü ki, Rusiya sülhməramlı kontingenti öz üzərinə düşən vəzifəni yerinə yetirmir. Əslində missiyası sülh olan kontingent açıq şəkildə anti-Azərbaycan mövqeyi nümayiş etdirir və tək işləri separatçı rejimi qorumaqdan ibarətdir. Ekoloqlarımızın, rəsmi qurumlarımızın monitorinq aparmasına şərait yaradılmaması, dinc Azərbaycan insanının, QHT təmsilçilərinin qarşısına ağır silahlarla silahlanmış hərbçiləri düzmək və bütün çağırışlara, tələblərə baxmayaraq Rusiya sülhməramlılarının rəhbəri Volkovun aksiya iştirakçıları ilə görüşməməsi onu sübut edir ki, Rusiya prosesdə konkret tərəf olaraq çıxış edir. Eyni zamanda separatçıların rahat şəkildə qanunlarımızı pozması, ərazilərimizdəki təbii sərvətləri talan edə bilməsi üçün əlndən gələni edir. Rusiya sülhməramlıların komandanı Volkovun hələ də aksiya iştirkçıları ilə görüşməməsi, daha dəqiq desək rəsmi Moskvadan hələ də bununla bağlı göstərişin gəlməməsi onu deməyə əsas verir ki, Ermənistan kimi Rusiya tərəfi də həmin ərazilərdə monitorinqin aparılmasından çəkinir. Çünki onlar Azərbaycan sərvətlərinin talan olunmasında birgə iştirak edirlər və bu faktların açılması “sülhməramlıların” ərazilərimizi qeyd-şərtsiz tərk etməsi üçün əsas ola bilər.
Ermənistanın və ya Rusiya sülhməramlılarının hansı fikirdə olmasından asılı olmayaraq, Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısı alınmalıdır. Bunun üçün də Rusiya hərbi kontingentinin nəzarətində olan Laçın yolunun nəzarətə götürülməsi şərtdir.
Düzdür biz üçtərəfli bəyanatla həmin yolda sərbəst gediş-gəlişin təmin edilməsi ilə bağlı öhdəlik götürmüşük. Amma sərhədimizdə gömrük məntəqəsi qurmayacağımızla bağlı bir öhdəlik götürməmişik. Bizin həmin gömrük məntəqəsini qurmaqla sərhədimizi nəzarətə götürməyə tam haqqımız çatır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB