Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirilir - YEBİLƏNİR-FOTO
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilir. SİA xəbər verir ki, tədbirdə YAP Səbail Rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Sadiq Qurbanov, Səbail Rayon İcra Hakimiyyəti başçısının sədr müavini Kəmalə Həşimova, “91-lərin nümayəndəsi Novruz Quliyev, Rayon təşkilatının veteran üzvləri Rizvan Vahabov, Afət Xanbabayeva və YAP Səbaiı rayon təşkilatının fəal üzvü Rüstəm Mehdizadə çıxış edəcəklər.
Tədbirin əvvəlində Ulu Öndərin anım gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB