"İran yeni geosiyasi vəziyyətdən ən çox narahat olan ölkələrdən biridir" - TÜRK SİYASİ EKSPERT AÇIQLADI

"Qarabağda erməni işğalına son qoyulduqdan sonra İranın Azərbaycanla bağlı son bəyanatları və Tehranın sərhəddə keçirdiyi genişmiqyaslı hərbi təlimlər iki ölkə arasında gərginliyə səbəb olub. Qarabağ müharibəsindən iki il keçməsinə baxmayaraq Azərbaycanla Ermənistan arasında problemlər gündəmdədir. Azərbaycanın işğal olunmuş torpaqlarını azad etdiyi müharibədən sonra yaranmış vəziyyət bəzi regional gücləri narahat edirdi. İran isə regionda yaranmış yeni geosiyasi vəziyyətdən ən çox narahat olan ölkələrdən biridir". Bu sözləri SİA-ya açıqlamasında türk siyasi ekspert Hakan Aktürk deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ regionu uğrunda iki ölkə arasında 44 günlük müharibəyə faktiki son qoyan atəşkəs sazişinin bir hissəsi kimi Ermənistan Qərbi Azərbaycan və Naxçıvan arasında nəqliyyat dəhlizinin tikintisinə razılıq verib. Ermənistan isə “Zəngəzur dəhlizi” adlanan bu nəqliyyat əlaqəsinin onun suverenliyinə və dolayısı ilə İran sərhədinə təsir edəcəyindən narahat olduğu üçün müxtəlif bəhanələr gətirərək indiyədək razılaşmanı yerinə yetirməkdən boyun qaçırıb. Tehran bu dəhlizin özü üçün iqtisadiyyat və təhlükəsizlik sahəsində müxtəlif geosiyasi risklər yaradacağını nəzərə alaraq Ermənistanı bu məsələdə də dəstəkləyib. Avqustun 10-da Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında İran prezidenti İbrahim Rəisi “Hər hansı ölkəsinin regionun siyasi coğrafiyasını dəyişdirəcək təşəbbüsünü qəbul etməyəcəyik” deyib. İranın Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri sentyabrın 22-də etdiyi çıxışda deyib ki, “Əvvəllər dəfələrlə dediyimiz kimi, region ölkələrinin sərhədlərinin dəyişməsini heç vaxt qəbul etməyəcəyik. Biz Azərbaycan və Ermənistana problemlərini dialoq yolu ilə həll etməyi məsləhət görürük”.

Bu açıqlamalardan sonra İran İnqilab Keşikçiləri Ordusunun Azərbaycan-Ermənistan sərhədində hərbi birləşmələr qurmağa başlaması xəbəri gündəmə gəlib, İranın Azərbaycanda sərhəd təlimi Ermənistana dəstək kimi qəbul edilib.

Hakan Aktürk sözlərinə belə davam edib: "İran Naxçıvanla Azərbaycanı birləşdirərək Zəngəzur dəhlizinin reallaşmasının mümkünlüyü ilə bağlı Ermənistanla danışıqları davam edən Zəngəzur dəhlizinə alternativ kimi gördüyü “Şimal-Cənub dəhlizi”ni aktivləşdirmək üçün hərəkətə keçib. Bu çərçivədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan oktyabrın 21-də Ermənistana səfəri zamanı Fars körfəzini Qara dənizə birləşdirməyi planlaşdıran tranzit dəhlizi üçün İran, Hindistan və Ermənistan arasında üçtərəfli mexanizm yaratmaq istədiklərini bildirib. Proqnozlaşdırılan marşrutun yaxınlığında isə konsulluq açılıb.

İranın sərhəd təlimlərindən sonra Azərbaycan Ordusu da noyabrın 2-də İran sərhədində təlimlərə başlayıb. Təlimdə hava qüvvələri, raket və artilleriya bölmələri iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Şuşada Qarabağ Qələbəsinin 2-ci ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışında "Burada əsas söz və güc bizimdir. Ordumuz qəhrəmanlıq göstərib. Lazım gələrsə, biz bunu bir daha göstərib istədiyimizə nail olacağıq. Bunu edəcəyik. Bunu hamı bilir. Ermənistanı dəstəkləmək üçün sərhədimizdə hərbi təlim keçirənlər də bilməlidir. Bizi heç kim qorxuda bilməz" ifadələrindən istifadə etmişdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bir gün sonra cənab İlham Əliyevin açıqlamalarına cavab verib. Kenani iddia edib ki, "Azərbaycanın Tehran və İrəvan arasında qonşuluq səviyyəsində adi danışıqlarla bağlı narahatlığı başa düşülən deyil.

Son olaraq qeyd edim ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünün Türkiyə ilə birlikdə olduğunu, torpaqlarının təhlükəsizliyinin Türkiyə ilə eyni olduğunu, Azərbaycana qarşı ediləcək istənilən sanksiyaların və hücumların həm də Türkiyəyə qarşı qəbul edəcəyini qətiyyətlə vurğulamışdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə