Şərəfli yol keçmiş partiya - ŞƏRH

Hər kəsə məlumdur ki, bu il Yeni Azərbaycan Partiyasının təsis olunmasından tam 30 il keçir. Bu münasibətlə noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə əlaqədar konfrans keçirilmişdir. Konfransda Prezident İlham Əliyev çıxış etmiş,Yeni Azərbaycan Partiyasının, Azərbaycan Respublikasının 30 illik tarixi inkişaf, bundan sonra atılacaq addımları, gələcəyi, Azərbaycanı bundan sonra gözləyən yeniliklər haqqında ətraflı məlumat vermişdir. Dövlət başçısı öz nitqində bir çox məsələlərə toxundu. Möhtərəm Prezident partiyanın yaranmasının şanlı tarixindən danışaraq bir çox önəmli məsələlərə toxundu.

30 il əvvəl- 1992-ci il noyabrın 21-də gənc Respublikamızda çox əlamətdar hadisə baş verdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Həmin gündən başlayaraq gənc dövlətimiz üçün dönüş nöqtəsi oldu. Çünki müstəqilliyimizin ilk aylar, ilk illəri hamımızın xatirəsində keşməkeşli və faciəvi bir dövr kimi qalmışdır. 1992-ci ildə hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün hakimiyyəti özünün bədnam idarəçilik fəaliyyəti ilə xalqın bu günə və gələcəyə ümidini, qürurlu millət kimi yaşamağa inamını öldürmüşdü. Hakimiyyətdə bu boşluğu görən erməni təcavüzkarlarının işğalçılıq siyasətini daha da güclənmiş, respublikanın ayrı-ayrı bölgələrində qanunsuz silahlı birləşmələr cövlan etməyə başlamışdı. Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında idi. Məhz belə bir vəziyyətdə xalqı təlaşdan çıxarmaga,onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin —partiyanın yaranması zamanın tələbi idi. Ölkədə geden xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlikdemək olar ki, müstəqilliyimizə böyük zərbələr vurmuşdu. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə muraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi.

Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının müraciəti ”Səs”qəzetində dərc olundu. Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümumilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfrasını orada keçirməyə nail oldular. Dövlət başçısı çıxışı zamanı bildirmişdir ki, “Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt, bir daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi”. Təsis konfransının Naxçıvanda keçirilməsi onunla əlaqədar idi ki, o vaxtkı iqtidar bu tədbirin Bakıda keçirilməsinə imkan yaratmadı. Bu gün özünü demokrat adlandıran, ancaq demokratiyanın nə olduğunu anlamayan o vaxtkı iqtidar imkan vermədi ki, adi demokratik proses paytaxtda həll olunsun.

Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmış lakin daha sonra iqtidar partiyasına çevrilmişdir.Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəlmişdir. Təsadüfü deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. Yeni Azərbaycan Partiyası tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, onun lideri partiya yarandıqdan cəmi 6 ay keçdikdən sonra ölkənin prezidenti seçildi. Bu hadisənin özü Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda YAP-ın yaranmasında ifadə olunan tarixi zərurətə və partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra haqq qazandırmasını əks etdirirdi.
​Yarandığı gündən etibarən partiya çox böyük şərəfli və uğurlu yol keçmişdir. Yeni Azərbaycan Partiyasının daxili və xarici əlaqələri güclənmiş Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilmişdir. Partiya cəmiyyətin bütün təbəqələrini özündə birləşdirir. Yeni Azərbaycan Partiyası sözün əsl mənasında ümumxalq partiyasıdır. Yeni Azərbaycan Partiyası Azərbaycanda sabitliyin qorunması, demokratik siyasi münasibətlər sisteminin bərqərar edilməsi, bazar iqtisadiyyatı modelinin yaradılması, tarixi ənənələrə və müasir dünyanın təcrübəsinə əsaslanan milli dövlətin qurulması kimi bir sıra mühüm vəzifələri uğurla yerinə yetirərək ölkənin siyasi həyatındakı yerini müəyyən etmişdir.

​Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.

Məmləkət Qaraçobanova

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə