"Siyasi partiyalar ölkənin inkişafını təmin edir" - MİLLƏT VƏKİLİ DANIŞDI
"Siyasi partiyalar demokratiyanın əsasını təşkil edir. Ölkənin inkişafını da təmin edən siyasi partiyalar var". SİA xəbər verir ki, bu sözləri millət vəkili Səməd Seyidov YAP-ın ev sahibliyi ilə keçirilən ICAPP-ın xüsusi konfransında qeyd edib.
Millət vəkili bildirib ki, siyasi partiyalar effektiv və inklüziv xüsusiyyətə malik olmalıdır: "Biz dünən YAP-ın 30 illiyini qeyd etdik. Bizim xalqımız üçün sülhün və inkişafın təmin olunması xüsusi faktordur. Müstəqilliyimizi əldə etdikdən sonra xalqımız böyük bir xaosla üzləşdi və gələcəyə heç kim ümid bağlamırdı. Bu məqamda isə Ümummilli lider Heydər Əliyev insanların müraciətinə cavab verərək xalqımızın siyasi ehtiyaclarına uyğun olaraq Yeni Azərbaycan Partiyasını yaratdı. Artıq bundan sonra ölkədə sülhün təmin olunması üçün Heydər Əliyev lazımi addımları atdı. Yeni yaranmış siyasi partiya insanları birləşdirərək, ölkədə sülhün bərqərar olunmasında mühüm rol oynadı. Bununla da xalqımız və siyasi partiyamız vahid şəkildə liderimizin ətradında birləşdi. Heydər Əliyev bütün dünyaya Azərbaycanı tanıtdı. Ümummilli lider informasiya blokadasını qıraraq, demokratiyanı quraraq insan haqlarını təmin etdi. 2003-cü ildə isə İlham Əliyev hakimiyyətə gələrək, Heydər Əliyevin siyasi görüşlərini əsas saxlayaraq Azərbaycanı güclü bir dövlətə çevirdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB