Tokayevin seçki qərargahına ziyarət edilib - FOTOLAR

Bu gün Azərbaycan Parlamentinin MDB Parlament Asambleyasındakı nümayəndə heyətinin üzvü statusuyla deputat Jalə Əliyeva və Naqif Həmzəyev, eyni zamanda Azərbaycanın MDB Parlamentlərarası Şurası Baş Katibinin müavini Vaqif Cəfərov 20 noyabr tarixində Qazaxıstanda keçiriləcək prezident seçkilərinin beynəlxalq müşahidəçiləri olaraq ölkənin hazırki Prezidenti və növbədənkənar seçkilərdə prezidentliyə namizəd olan Kasım Jomərt Tokayevin seçki qərargahına gediblər. SİA xəbər verir ki, onlar qərargahın fəaliyyəti, iş prinsipləri, seçki məntəqələri və seçicilərlə yaratdıqları rabitə sistemi ilə tanış olublar.

MDB Parlament Asambleyasında ölkəmizi təmsil edən nümayəndə heyətinin üzvü kimi Prezident seçkisi günü 19 məntəqədə seçkinin gedişatı izlənib. Yerli və xarici mətbuata seçki hazırlıqları və seçki prosesi ilə bağlı müşahidələrimiz haqqında müsahibə verilib.

Qazaxıstanda MDB Parlament Asambleyasının beynəlxalq müşahidəçisi statusuyla Prezidentliyə namizəd Jigulu Dayrabayevin seçki qərargahının rəhbəri və üzvləri ilə görüş olub.

Bütün xəbərlər Facebook səhifəmizdə