"Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır"
“Yeni Azərbaycan Partiyası zamanın sosial sifarişi idi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etsə də, hələ də siyasi qurumlar Azərbaycanın qarşısında durduğu problemlərin həlli istiqamətində heç bir təcrübəyə malik deyildi”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, keçid dövrünün problemləri ilə yanaşı, Ermənistanın Azərbaycan torpaqlarına iddiası və hərbi əməliyyatları Azərbaycanın problemlərini daha da ağırlaşdırırdı: “Bu vəziyyətdə Azərbaycan cəmiyyəti müstəqilliyimizi əbədi edəcək, eyni zamanda, vətəndaşlarımızın milli maraqlarını qoruya biləcək yeganə lideri Ulu Öndər Heydər Əliyevdə görürdü. Onun Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə Naxçıvanın problemlərinin həll edilərək, ciddi şəkildə islahatların keçirildiyi bir əraziyə çevrilmişdir. Həmçinin buradan Azərbaycan həqiqətləri bütün dünyaya çatdırılıdı. Həmin dövrdə Heydər Əliyev adı ilə bağlı ümumi Azərbaycan partiyasının yaranması barədə təkliflər səslənilirdi. 91 nəfər Heydər Əliyevə müraciət etdilər. Bu müraciət müsbət qarşılandı. 30 il əvvəl 21 noyabr tarixində YAP-ın təsis edilməsi Azərbaycanın həyatında yeni səhifənin açılması demək idi. Yüz minlərlə Azərbaycan vətəndaşı özünün siyasi gələcəyini Heydər Əliyevin siyasi xətti ilə bağlı olduğunu bildirirdi. Qısa zamanda bütün Azərbaycan coğrafiyası üzrə böyü bir təşkilatı struktur yaradıldı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyəti daha da genişləndi. Lakin YAP özünü hakim partiya kimi deyil, Heydər Əliyev ideyalarını ilə fəaliyyət göstərən siyasi təşkilat kimi işləməyə başladı. 30 il ərzində təşkilata yüz minlərlə yeni üzvlər gəldi. Yeni Azərbaycan Partiyası ölkə daxilində olan bütün seçkilərdə qalib gəldi. Onun ideyaları cəmiyyət üçün açıqdır. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Cənab Prezident İlham Əliyevin 2005-ci ildə YAP-a sədr seçilməsi partiyamızın uğurla fəaliyyətini davam etdirməsinə səbəb oldu. Heydər Əliyevin daima yanında olan İlham Əliyev ilk günlərdən Yeni Azərbaycan Partiyasına üzv oldu. Dövlət başçısı daima partiyanın inkişafına və cəmiyyətdə partiyanın nüfuz qazanmasına dəstək olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB