Aİ-nin aparıcı ölkələri Parisdə Ukrayna ilə bağlı yeni sammit keçirəcək

Almaniya, Fransa və Polşa da daxil olmaqla Aİ-nin aparıcı ölkələri, eləcə də təşkilata üzvü olmayan Kanada və Britaniya gələn həftə Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yeni sammit keçirəcək. SİA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Aİ-dəki mənbələrə istinadla məlumat yayıb.

Agentlik iddia edir ki, bu ölkələr martın 20-də Brüsseldə keçirilən sammitdə Rusiya ilə ABŞ arasında Ukrayna ilə bağlı danışıqlara necə təsir edə biləcəkləri müzakirəsini davam etdirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə