Arif Ərşad hekayələrinin hekayəsi!

Ruha şarkı söylüyən kitablar silsiləsindən

Düşünürəm ki, zehnimizi olumlu düşüncələrlə bəsləmənin ən etkin yollarından biri də Ruhi və psixoloji gəlişimə hizmət edən kitabları oxumaqdır...
Əziz oxucu mən də Sizə, dünya görüşümüzdə, insana münasibətdə doğru yönə doğru fərqlilik yaradan bir kitab haqqında söz açmağı əfdal sayıram.
Çünki kitabların genel anlamda məramı düşüncə ilə duyğunu birləşdirərək aydınlıq yaratmaqdan ibarətdir. .. (Bilgimizi və bilgəliyimizi artırdığı üçün kitablara borcluyuq. Borcumuzu ödəmək istədiyim kitablardan biri çağımız içində kitaba könül verən oxucu dəstəsinin könüllü olaraq tanıdığı və oxuduğu yazıçı tərcüməçi Arif Ərşadın çox tərəfli və çox maraqlı hekayələr toplusudur... Nübarnamə siftəliyində yazılıb ki, əsərlərin hər birində oxucu özünü, qələmə alınan hadisələrin içində bulub doğruların tərəfini tutmağa çalışırıq çünki, insan taleyi, günümüzün reallığı və təzadları içində bəlirlənir...
Və Birdə texnolojinin “Kaplumbağı ayaqları” üstündə işıq sürətini ötən, hızla gəlişən informasiya vasitələrinin sosiallaşan şəbəkələrindən çoxumuz bu əsərləri oxumuşuq...
Birdaha oxumaq, yaddaşımızı təzələmək heç nəyi heçliyə düşürməz!..
“Babamın xalçası” hekayəsi ilə oxucu ilə üz-üzə qalan hekayələr kitabı çox qaranlıq məqamlara işıq tutub ta “Büllur külqabı” əsərinə qədər yol gəlir...
31 hekayənin vətəni olan bu kitab “babamın ölümünü yaxşı xtırlayıram”. Onda heç məktəbə də getm irdim xatirə-təsüüf hissi ilə başlayan “babamın xalçası” hekayəsi müəllifinin dayanaqlı hafizəsindən söz edir.
Unutmadan onu vurğulamaq istəyirəm ki, Arif Ərşadın qələmindən doğulan hər bir yaradıcılıq nümunəsinin içindən Nasirin (onun) vətəndaşlıq mövqeyi boy göstərir. Əsərlərini birər-birər oxuduqca qismətinin yar fəslinə ayrılığın misafir gəlməsinə müti baxışları ilə seyirci qalan xanım-xatun qızları, yaşıl meşələri “Hırka” yelək kimi geymiş dağlarının köksünü dağlayan intizarı hənirtisi ilə yurda lay-lay çalan nehirlərin (çayların) ağı səsini, tavanından sallanan hörümçək torunun tələsinə düşən əsir kəpənəyin qurumuş cəsədini və bir də yurdun girov ruhunu görürsən. Qələminin dili eldən gələn, elindən gələn söz-söhbətin şətti-şirəsindən bəs deyincə qədər alıb... (ona görədir hekayələrini bir nəfəsə oxuyub qurtarmamaq günah olur)... Arif Ərşad əsərlərinin insanizm mahiyyəti cəhalətin qaranlığından, aydınlanmasının işığına doğru gedilən həzz və sevgi yolçuluğunun elə özüdü!..
Çünki o qismətə çox inanır və “qismətdən qaçmaq olmaz” hekayəsində yazır ki; -“onlar məktəbdə də eyni sinifdə oxumuşdular. 10 il bir parta arxasında əyləşmişdirlər. 8-ci sinifdən etibarən isə bir-birinə biganə olmadıqlarını artıq bütün sinif yoldaşları da hiss etmişdirlər”..
Əsəri oxuduqca Qəmərə rəfiqəsini yalandan Zaurun evli olması barədə verdiyi məlumat, onların bir-birindən aralı ayrı-ayrı ölkələrdə keçirdiyi iztirab, çilə və sonda Qəmərin atasının uçaqda qəzaya düşməsi və. S. Qismətdən qaçmağın mümkün olmamasının kanıtı kimi təzahür etməklə oxucunuda olayın iştirakçısına çevirir...
Beləcə həm bütün sadəliyi, həm də Fövqaladə boyutda ruhun səyahətini görə bilirik...
Çoxumuz bəyazı rəng yoxluğu olaraq alqılayırıq. Əslində isə yazıçının bizə anlatmaq istədiyi elə koşulsuz sevgi bəyazın rənglərlə ilişkisi həqiqəti idi. Bəyaz var olan bütün rənglərin birləşimidir. Arif Ərşadın əsərlərində hisslərinin boyutu onun gərçək sevgisinin ölçüsünü göstərir. Oxucu zamanına duyduğum sayqıdan dolayı bəzi məqamalrı qısa-qısa yazdığım üçün əsərlərin ölçüsünü səciyyələndirmək zorunluq yaradır, amma yenə də ümumi bir cümlə ilə demək istəyirəm ki, bütün insan davranışları ən dərin boyutda iki duyqudan biri ilə motivə edilir: Qorxu yada sevgi. (Bu duyğular yazıçıya görə evrənin, (aləmin) və dünyamızın ortaya çıxışından (yaran masından) yaradılan polaritenin iki zidd ucudur...)
Əslində qələm adamına qorxu sevginin başlanğıcıdır.
Mənim düşüncə tərzimə görə elmin vətəni yoxdur, fəqət onu yaradan alimin vətəni olur. Bu həqiqit elə əslində şair və yazıçılara da aiddir. Arif Ərşad əsərlərini oxuyan bu anlamda mənə haqq qazandırar.Ona görə əsər oxucusuna ən gözəl hissləri təlqin etməlidir. Bir özəllikdə var ki, Arif Ərşad yaradıcıllığnda təşbeh cığallığı, poetik məntiqə, yazı yüzərgahına mənfi təsir etmir... Əksinə qəhrəmanın milli iftixarı və düşüncə sürgünlüyü özünü təsdiqən qorxmur...
Bir danılmaz faktda ondan ibarətdir ki, onun yazılarında dağ adları, kövşən adları, çay adları toponim kimi öz anomastikasını tapır...
Arif Ərşad əsərlərini əks etdiyi onun yazıçı inadının, yaradıcıllğ imanı ilə dostluğudur. Qələm adamını öz oxucusuna sevdirən əsas şərtlərdən biridə onun əsərlərinin xalq dilinə yaxınlığı, qacaraqlığı, yığcamlılığı və yükümlülüyüdür...
Əgər yaradıcı zat fikirlərində ulusalçılıq və insançılıq fəlsəfəsinə pürçüm gətirmirsə, təbii ki, mütaləçinin könlündə taxt quracaq... Bu anlamda Arif Ərşadın bəxt köhləni yprğunluq bilmir.
Məni əslində Arif əfəndi haqqında bu yazını yazmağa məcbur edən onu ilk dəfə oxuduğum “büllur külqabı” hekayəsi oldu. Əsərdə nəql olunan hadısələr əslində hər birimizin çevrəsində var olan “ qeybət ustalarının” menyusunda olan hadisələrindəndir... Amma Arif Ərşad bu hekayədə sevgi və sevgiyə münasibəti o dərəcədə məfkurəmizə doğma olan geyimlə geyindirir ki, ona sahib çıxmaya bilmirsən...
Təbii ki, böyük tərbiyəvi əhəmiyyətə malik olan , yüksək ideyalı bədii əsər yaratmaq üçün, sənətkarın özünün vətəndaşlıq mövqeyi xalqına bağlılığı, öz xalqının tarixindən, ənənələrindən qidalanması az rol oynamır.Qələm adamı nə qədər öz xalqının tarixinə ruhuna, kök atarsa bir oqədər ucalar Arif Ərşadın yaradıcıllığında təqlidə yer yoxdur.
Düşünürəm ki, yazıçı özünü xalqına borclu biləndə, vətən, millət üçün çırağa dönəndə “mən”ini “biz”inin içində əritməyi bacaranda əsl vətəndaş kimi öz xalqının yaddaşında əbədi yaşamaq hüququ qazanır. Onun əsərlərindəki mövzu müxtəlifliliyi daim axtarışın bəhrəsi kimi təzahür edir. Müntəzəm olaraq yerəl və ölkə ölçülü mətbu orqanlarda çap olunması onun qələminə olan oxucu tələbatının göstəricisidir...
Ciddi ədəbiyyata münasibətinin göstərgəsi olaraq Fransız yazıçı Emil Zolyanın “FEREZARAKEN”, “Naturalizm” və amerikan yazıçısı Karlos Kostanedanın ”Don Xuanın təlimi” əsərlərinin dilimizə tərcüməsini göstərə bilərik. “Ömür qatarı” adlı kitabı ilə 2014-cü ildə oxucusuna mərhaba deyən yazıçı çalışqanlığından bir qətrə də taviz vermir...
Arif Əfəndinin “Tənha ağac”, “gözlər yalan danışmır”, “Qurbanlıq quzu”, “torpağa qarışan qan” və “iydələr çiçəkləyəndə” hekayələri sabahın qarantı olan gənclər jenarasyonun kamil-insan kimi yetişməsində fəal rol oynamasını əminliklə deyə bilərəm. Əsərləri ilə vətənə, millətə məcnun yetişdirən yazıçı vətən faydası təltifini haqq edənlər sırasında yerini hər zaman tutur. Çünki vətən, millət sevgisinin müddəti ömürün o tərəfinə keçir.
Bir məqamında altını cızaraq söyləyim ki, Arif Ərşadın əsərlərinin leymotivində “mənə nə?” fəlsfəsinə yer yoxdur.
Təbii ki, qeyd etməliyəm ki, hekayə yaradıcılığı özünün “intibah” dövründə uzaqda olmasına baxmayaraq, onun müəllifinin fərdi yaradıcılıq dəsti-xətti, yazı monerası, həyatı təsvir üsulundakı özünəməxsusluq haqqında təsəvvür yaradır. (Hər hekayə qəhrəmanının özünün özünə özgü xüsusiyyətləri var. Bu haqda gələcəkdə geniş analiz yazmaq fikrindəyəm)
Digər ədəbi janrlardan fərqli olaraq hekayədə sujet xətti qəhərmanın düşüncələri yönündə davam etsə də, vəziyyətə qarşı özünün etirazları formasında baş verir... Arif Ərşadın hekayələrindəki qarşıdurma daha çox “mənlər” arasında baş verir...
Mənim düşüncə tərzimə görə Arif Ərşadın yaradıcılığı, istedadı və səmimiliyi əkizdi.
Ulu bir gərçəklik var ki, hər qələm adamı yaşadığı əsrin tərcümeyi halının onun ömürlük uzunluğunda olan bir fəslinin rəsmini sözlə çəkir...Hər kəsin yanaşması fərqlidir.
Məsələn Arif Ərşad vətən uğrunda Şəhid olan səma qəhrəmanlarmızın valideyinlərinin borcundan çıxma cəhdinin rəsmini, “ata xeyir –duası” hekayəsində belə çəkib: -Marif Şəhidlər xiyabanından çıxıb, bir az aralanmışdı ki, bəzədilmiş bir bəy-gəlin maşının Şəhidlər Xiyabanının qarşısında dayandığını gördü. Bəli yanılmamışdı onalr idi- axşam toylarına gedəcəyi bəy və gəlin. Onlar əllərində qərənfil gülləri tutaraq Şəhid atadan halallıq almaq, onun lal tutaraq Şəhid atadan halallıq almaq, onun lal xeyir-duasını “eşitmək” üçün gəlmişdilər...
Müəllif lal duanın savaşa qarşı olan etiraz kimi işlədərək insanlığa fəlakət gətirən hər türlü davaların əlehinə olduğunu ortaya qoyur. Haqqında söz açdığım həzrəti zatın yaradıclığı çox cəhətli və rəngarəng olmaqla bərabər mövzu orijnallığı və təbiiliyi ilədə seçildiyindən oxunaqlıdır. (Hekayələrdə hekayətlər nəql edilir və...)
Hekayələrdə adət-ənənələrimizin köhnəliyindən doğan “bamazə” durumlar oxucunun dodaqlarında həfif gülüş yaradır. Məsələn “səylərin qırılsın” əsərində Müzəffər kişi ilə “eşşək alının” dialoqu...
Adam məmur olsa belə ehsanı qaçırdığından çox qızır, təbii ki, Müzəffərdə ona səylərin qırılsın deyə sitəm edir. Əsərin həcminin kiçikliyi, onun adət-ənənəyə münasibətinə dəlalət etmir. Az szölə çox mətləbə işıq tutmaq yazıçının ustalığını göstərir.
Ulularımız deyib ki, söz vaxtdan, zamandan ucadır və bu ucalıqda qalmağı dəyərli qələmdaşım Arif Ərşada canı-könüldən diləyirəm.
Mənim bu kiçik yazımı qələmdaşından mübarəknamə duası kimi qəbul etmənə, sevinəcəyimi bilməni istərdim!

Hörmətlə: Xəqani Abbasəli Öztürk
Şair –tənqidçi
AYB-nin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə