Seyfəddin Eyvazov,
Azərbaycan Yazıçılar Birliytinin üzvü, Naxçıvan Dövlət Universitetinin dosenti, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi

Seyfeddineyvazov@mail.ru

İsa Nəcəfov “Acı həqiqət” “Qanun” nəşriyyatı 2020

“Ön söz”, 29 fəsil və “Epiloq” dan ibarət olan bu kitabı sənədli siyasi dedektiv roman da adlandırmaq olar. Bu yazıda sənədli dedektivin imkanları, perspektivi nəzərdə keçiriləcək və bu tipli əsərlərin cəmiyyətimizə təsiri, tərbiyəvi mahiyyəti araşdırılacaq. Əsərdə romançılıq üslubu və ənənələri qorunduğundan oxunuş asanlaşır.
Əsər həyəcanlı, cidd xəbərlərin bədii şərhini ehtiva etdiyindən başlıqlar da bu şərhlərə xidmət edir.

“Azərbaycan naminə mübarizə” adlı birinci fəsildə Heydər Əliyevin Azərbaycanı parçalamağa yönəlmiş müxtəlif siyasi qüvvələrə xidmət etmək üçün yaradılmış “Talış-Muğan Respublikası”, “Sadval”, təyinatı dəyişdirilmiş “OMON” və s. kimi seperatçı qrupların mahiyyətini açan mübarizəsi bir fon olaraq verilir. Oxucu his sedir ki, bu mübarizə heç də asan olmayacaqdır. “İntizarla gözlənilən gün”, 1994-cü ilin 20 sentyabr tarixi gəlib çatır və “Gülüstan” sarayında “Əsrin müqaviləsi” adlı neft müqaviləsi imzalanır. Azərbaycana qarşı qısqanclıqların başlanğıcı həmin tarixdir və bu gün də davam edir. Belə şərh vermək hər müəllifə nəsib ola bilməz, bu, hadisələrin mahiyyətinə bələd bir adamın işidir və biz əsərdə bunu hər vaxt hiss edirik. Vəziyyətin gərgin olmasını, dövlət çevrilişinin ola biəcəyini görən Prezidentin xalqa müraciətini o dövrü yaşayan bizim nəsil yaxşı xatırlayır. Bu hadisələrdən qurtarmaq üçün olan tədbirlər əsərin “Çağırış” fəslində detalları ilə verilmişdir.

- Fikrət, komandirə de ki, tapşırıq yerinə yetirildi, Afiyəddin Cəlilovu və sürücüsünü də qətlə yetirdik”.

Burada dinməz-danışmaz bir hal şahidi var: VAZ-2108. Vaxtı gəldikcə bu hal şahidi də cinayətdə günahsız iştirakçı olacaqdır.

Açar vasitə belə başlanır. Burada romanın tam detektiv janra məxsusluğunun ekspoziyası vardır. Qara "Jiquli" OMON-çulara məxsus imiş.

Hamının susaraq qorxduğu bir vaxtda insanlar ümidlərini bir şəxsə bağlamışdılar…

Romançılıq ənələrinə görə, süjet xətti bir neçə istiqamətdə davam edəndə maraqlı olur. Yazıçı, adətən, oxucunu intizarda qoyub, o bir xətti çözür və nəhayət, axırda bütün xətlər birləşir. Burada isə hadisələr həqiqətən bir bir-biri ilə bağlı inkişaf edir.

“Hesabat” fəslində öyrənirik ki, Nəriman İmranov işə gələndə “öyrənir” ki, “gecə istintaq təcridxanasından Arif Paşayev, Əlikram Hümbətov, Baba Nəzərli və Rəhim Qazıyev qaçıblar”. 22 sentyabr 1994-cü il tarixli Prezident sərəcamı ilə Nəriman İmranov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilir.

Romanın “Prokurorluqda” fəslində göstərilir ki, Baş prokuror Eldar Həsənov, onun müavini isə İsa Nəcəfovdur. Elə bu andan başlayaraq romanda daim Baş prokurorun müxtəlif əyintiləri ilə rastlaşırıq. Maraqlıdır ki, romanda “xəyanətkar beşinci kolon” ifədəsi işlədilir. Biz bu ifadəni sonralar daha mötəbər instansiyalarda da eşidəcəyik. Baş prokuror təxminən 20-dən çox qəzetdə, ANS telekanalında İsa Nəcəfova qarşı ardı-arası kəsilməyən hücumlar təşkil etmişdi. Bu fikir romanın sonunda Prezidentin yanındakı müşavirədə mətbuata baxan şöbə müdirinin arayışı ilə də təsdiqini tapır. Burada əsərin tərbiyəvi gücü özünü bariz şəkildə göstərir..

“Kəsişən yollar” fəsli, artıq kriminogen vəziyyətin şərhidir. Bu zaman müəllif vaxtilə istintaqı aparılmış işlər –Əjdər Xanbabayevin, Şəmsi Rəhimovun və Afiyəddin Cəlilovun qətlə yetirilməsi ilə bağlı cinayət materiallarını diqqətə çatdırır.“Kəsişən yollar” - fikir ayrılıqlarının başlanğıcıdır. Müəllif-təhkiyəçi istintaq materiallarını araşdırarkən “bir daha əmin olur ki, cinayət işinin istintaqı heç də obyektiv aparılmır”. OMON-çuları az qala təmizə çıxarmaq Mahir Cavadovun göstərişi ilə baş vermişdir. Bundan sönra İsa Nəcəfov Şəmsi Rəhimov və Afiyəddin Cəlilovun qətlə yetirilməsi işini aydınlaşdırır. Diqqət çəkən məqamlardan biri budur ki, əsərdə MTN işçilərinin adları xidməti təlimata əsasən dəyişdirilmiş şəkildə verilir.

”Ölkədə kriminogen vəziyyət dəyişsə də, prokurorluqda, xüsusilə də Baş prokurorla birinci müavinin münasibətləri sönüb, yenidən püskürən palçıq vulkanına bənzəyirdi”.

... İsa Nəcəfov Prezidentin qəbuluna gələrək Afiyəddin Cəlilovun qətli ilə bağlı məruzə edir. Və bundan sonra istintaq çətinlikləri başlayır. Belə ki, “hər iki şəxs – prokuror da ( İsa Nəcəfov), müstəntiq də (Əli) başa düşürdülər ki, cinayətin Dəyanət Kərimov tərəfindən törədilməsi aydın olsa da, o biri iştirakçılar müəyyən edilməyincə, o danışmayacaq”.

Şəmsi Abdullayev Azərbaycana iki ildən sonra gəlsə də dolaşmış kələfin ucunu istintaqa verir. Məlum edir ki, Afiyəddin Cəlilovu öldürməkdən yayınmaq üçün özünü bıçaqlayır. Amma başqa cinayətlərdə əli olduğunu özü deyir. Beləliklə, bir cinayət o biri cinayətr kələfinin çözülməsinə şərait yaradır.

Kitabın bu hissəsi sırf detektivə xidmət edir.

Cinayət başqa bir cinayətin üstünü açır. Dəyanəti inandırırlar ki, taksi sürücüsünü necə öldürməsini etiraf nəzərə alınacaqdır. Və belə də olur. Dəyanət qəbirin yerini göstərir.(196, 198). Bu işdə şübhəli şəxs kimi onun arvadı Samirə Ələkbərova da dindirilir. (206) Samirəyə verilən suallar əsasında onun Dəyanətə məxsus maşınlardan biri də VAZ-2108 olduğu müəyyən edilir (!).

Bu, artıq, açardır!

Nəhayət, Dəyanət üçüncü şəxsin adını etiraf edir. “Şəmsi Abdullayev özünü bıçaqla vurandan sonra Rövşən Cavadov öz sürücüsü Səxavəti bizimlə göndərdi. Bu, istintaq qrupunun indiyədək əldə etmək üçün yorulmadan can atdığı son məqsəd idi”. (250)

İstintaqlar yekunlaşır, fikir isə yekunlaşmır. Dəyanət bütün hadisələri təfsilatı ilə danışır. O biri cinayətlərini də etiraf edir. Cinayət işi yekunlaşır. İsa Nəcəfovun versiyası düz çıxır – Afiyəddin Cəlilovu məhz bu adamlar Rövşən Cavadovun göstərişi ilə qətlə yetirmişlər. Prezident hüquq-mühafizə işçiləri üçün keçirdiyi müşavirədə Eldar Həsənovun hərəkətlərini “xəyanət” kimi qiymətləndirir. Bu əsər yazılanda Eldar Həsənovun əməllərinə hüquqi qiymət verilməmişdi, rəhbərlik səviyyəsində qiymət verilmişdi. Üstündən bir müddət keçdi, xəyanət edən hüquqi qiymətini aldı.

Biz də bu fikirdəyik ki, siyasi-detektiv janra böyük töhfə verən bu sənədli əsər bir romandır, qızıl kitabdır. Çox asan dillə, anlaşıqlı, bədii ricətlərlə süslənmiş bir kitab. İllər keçdikcə bu kimi kitablar tarixə, ictimai-siyasi mühitə yol yoldaşlığı edəcək, ondan bir tarix kimi istifadə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə