Birinci söhbət: ŞUŞA 2050-ci ildə

2050 -ci ilin payızı olduğu üçün gözəl və qədim Şuşa da məni payız yağışı ilə qarşıladı. Bununla belə, ağacların boz-çəhrayı və sarımtıl yarpaqları insanda xoş duyğular yaradırdı. Yarpaqlar xəfifcə yerə düşür, insan təbiətin bu ecazkar mənzərəsi qarşısında özündən asılı olmadan düşüncələrə dalırdı. Artıq qoz, fındıq və şabalıd yetişmişdi.

Şuşa 5 saylı Uşaq evinin həyətində dayanıb ətrafı seyr edirdim. 1946-cı ildə mərhum babam bu Uşaq evində altı-yeddi yaşlarında olarkən ən ağır günlərini yaşamışdı. Üç yaşından ata-anasız qalan babam yaşla əlaqədar on il müxtəlif şəhərlərdə uşaq evlərində böyümüşdü. Elə bu Uşaq evində də iki il qalmışdı. O, mənə xatirələrindən danışarkən həmişə söyləyərdi: “Şuşadakı Uşaq evinin həyətində çox nəhəng bir qoz ağacı vardı. O zamanlar bu nəhəng qoz ağacı öz xeyirxah budaqlarını o qədər aşağı əymişdi ki, biz-yetim-yesirlər mədəmizi dadlı, ləzzətli qozla doldurardıq. Bu, bizim üçün əvəzolunmaz nemət idi.

İkinci dünya müharibəsi bir il idi ki, qurtarmışdı. Ölkədə quruculuq işləri gedirdi. Xalqımız çox böyük çətinliklərlə üzləşirdi. Şuşa kimi qədim şəhərdə elektrik adlı işıq yox idi. Yalnız neft lampalarından istifadə edilirdi.

Uşaqlarımız əziyyət çəkirdilər. Qidalanma çox pis idi. Yarı ac, yarı tox qalırdıq. Az qala sümüklərimiz qalmışdı...”

Babamın bu acı xatirələrinin təsiri altındaydım. Musiqi beşiyimiz Şuşanı gördüyümə çox sevinirdim. Şuşa gözəl idi. Onun sıldırım qayaları, dağ və düzənləri, yoxuş və enişləri çox xoşuma gəlirdi. Şəhərin saf, təmiz havası, gözəl mənzərəsi məni valeh edirdi. Bu məkanın hər yeri yaraşıqlı və gözəl idi. Babam Cıdır düzü, Daşaltı, İbrahim xanın sarayı, İsa bulağı, Qızıl qaya, Xəlifəli çayı, yollar ayrıcında yerləşən keçmişdə “Zastava” deyilən yer, Topxana meşəsi, Molu kəndi, Qız düzü, yaşıl meşələr, misli-bərabəri olmayan, diş ürpədən soyuq bulaqlar haqqında sağlığında mənə xatirələrindən danışmışdı.

Amma bu gözəl yerlər 30 il erməni işğalçılarının tapdağı altında qalmışdı. İndi isə həmin işğaldan 30 il keçirdi. Babam danışardı ki, yetimliyini Şuşanın 1 saylı Uşaq evində də keçirib. Qərara aldım ki, ora da baş çəkim. Ancaq babamın söylədiklərindən əsər-əlamət belə qalmamışdı. Həmin tikilinin yerində əzəmətli bir müasir bina tikilmişdi. Şuşa turistlər məskəni olmuşdu. Dünyanın hər yerindən bura istirahətə gəlirdilər. İlanvari körpülər lap möcüzə idi. Lakin xatirələr çözülmür. Babamın bu şəhər haqqında söylədikləri elə bil ki, dünənin söhbəti idi. O deyirdi: “ O zamanlar Şuşa hələ erməni faşistləri tərəfindən işğal olunmazdan çox-çox qabaq da turistlərin istirahət etdikləri yer idi. Bura ailəvi gələnlər daha çoxdu”.

Bir gün 1 saylı Uşaq evində olarkən istirahətə gəlmiş bir general öz arvadı ilə bərabər babamı oğulluğa götürmək istəyiblər. Babam rus dilini çox gözəl bilirmiş, həm də gözəl rəsmlər çəkirmiş. Lakin sənədləri uyğun gəlmədiyi üçün bu nəcib fikir baş tutmamışdı. Generala da, arvadına da rus dilini bilən, ağıllı, savadlı, əl qabiliyyəti olan uşaq lazım imiş, onu da əldə edə bilmədiklərindən çox peşman getmişdilər. Babam isə onlarla gedə bilmədiyi üçün xeyli ağlamışdı da... Axı belə bir imkan yetim üçün göydəndüşmə idi...

***

İndi mən qədim, eyni zamanda, 30 il işğaldan sonra inkişaf etmiş Şuşadayam. Bu şəhərdə mənim də babamın uşaqlıq ruhu gəzir. Ermənilər bu dilbər guşəmizdə 30 il ağalıq edərkən murdarlanmış yerləri yağış və qar çoxdan yuyub aparmışdı. Ermənilərin işğalından azad olunduqdan sonra Şuşa dünyanın ən gözəl, yaraşıqlı şəhərlərindən birinə çevrilmişdi. Kovid-19-dan əsər-əlamət belə yox idi. Bu virus faşist erməni kimi tarixin yaddaşında kabus kimi qalmışdı.

Şuşada 30 il öncə canlarını Vətən torpaqları uğrunda fəda edən Azərbaycan əsgərlərinin şərəfinə əzəmətli abidə ucaldılmışdı. Allah şəhidlərimizi rəhmət eləsin. Vətən müharibəsi başlayarkən analarımız döyüşçülərimizi Allaha əmanət etmişdilər. Azərbaycan Ordusu tarixdə görünməyən möhtəşəm qələbəni təmin etmişdi, döyüş meydanında tarixi ədaləti bərpa etmişdi və işğalçılar üzərində zəfər çalmışdı. Ağ atlı oğlanlar torpaqlarımızı işğaldan azad etmişdilər.

Mən ezamiyyətdə olduğum beş gün ərzində Şuşada qəzetimiz üçün bir çox materiallar hazırlamalı idim. Dekabrda da Şuşaya ezamiyyətim gözlənilirdi. Yaşlı şuşalılar danışırdılar ki, 2020-ci ilin 27 sentyabrında xalqımız olum və ya ölüm ərəfəsində özünü itirmədi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciət etdi. Xalq Vətən müharibəsinə qalxdı. Qəfil müharibə və düşmənə layiqli dərs verilməsi, ardıcıl olaraq kəndbəkənd, şəhərbəşəhər rayon və məntəqələrin alınması, strateji yüksəkliklərin ələ keçirilməsi, gorbagor Paşinyanın naəlac qalıb ona-buna telefonla acınacaqlı durumu haqqında müraciət etməsi, daban yalaması, ən nəhayət, işğalçıların ağ bayraq qaldırmaları mənə çox şeyləri xatırlatdı. Fatehləri xatırlatdı. Böyük sərkərdələrin döyüş uğurlarını yadıma saldım. Atillanı, Şah İsmayıl Xətaini, Nadir şahı, Mustafa Kamal Atatürkü, Həzi Aslanovu mənə xatırlatdı. İndi türk dünyası Ali Baş Komandan İlham Əliyevi də böyük sərkərdələr cərgəsinə salıb. O, ağıllı və zəkalı sərkərdə kimi səbr və iradə göstərərək uzaqgörənliyi və strategliyi ilə Vətən müharibəsində tarixi qələbə qazandı. Ölkəyə rəhbərliyi dövründə səbr edərək məqam gözlədi, ordunu gücləndirdi, ən yeni hərbi elektron silahları ilə silahlanaraq işğalçını matda qoydu, şanlı hərb tarixində adını qızıl hərflərlə yazdırdı. Azərbaycan xalqı qəhrəmanlığına, uzaqgörənliyinə, Vətən müharibəsindəki parlaq qələbəsinə görə Ali Baş Komandan İlham Əliyevi Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq gördü və xalq onu özünə ömürlük Prezident seçdi. Bu, həm də ədalətin zəfəri idi! Dəmir yumruğa tuş gələnlər hələ də ayılmırlar, çünki cəhənnəmlik olublar, gorbagor olublar, tarixdə isə işğalçı kimi qalıblar. Eşq olsun Azərbaycan Ordusuna!

***

Ermənilərin patoloji nifrətindən danışmaq istəmirəm. Çünki onlar təkcə özlərini istəyirlər və nifrət etdiklərinin arasında türk və azərbaycanlılar öndə gedirlər, yəni bizləri tarixi düşmənləri hesab edirlər, ona görə ki, biz qələbəmizlə onlara dağ qoymuşuq. Bu dağ əsrlər boyu onların yaddaşından çıxmayacaq. Bu müharibə Azərbaycan əsgərinin necə döyüş əzmində olduğunu bir daha əyani şəkildə düşmənə göstərdi və onu diz çökməyə məcbur etdi. Prezidentimiz qətiyyət göstərərək bütün danışıqların arxasında hiylə və məkrin olduğunu hiss edərək daha uzaqgörənliklə öz mübarizəsini axıra qədər davam etdirdi.

Vətən müharibəsi kişi döyüşü idi. Bu döyüşdə biz qalib gəldik. Bu, tarixi qələbə idi! Bu qələbə şəhidlərimizin qanı hesabına əldə edildi. Eşq olsun Azərbaycan Odusuna və onun Ali Baş Komandanına!

Ermənistanın bütün prezidentləri faşist ideologiyası ilə hakimiyyətə gəliblər, o cümlədən, faşist , adamaoxşamaz Paşinyan da. Azərbaycanla savaşında Paşinyan dişi ilə, dırnaqları ilə çox çarpışdı, yeri cırmaqladı, it kimi zingildədi, çox ölkələrdən imdad, kömək istədi, ancaq mümkün olmadı, sonuncda biabırçıcasına məğlub oldu və ağ bayrağını qaldırdı.

***

Məsələ ondadır ki, erməni xisləti bütün bəşəriyyətə məlumdur. Elə bil ki, Allah-taala insanları xəlq edərkən şeytan vəzifəsini məhz ermənilərə həvalə edib. Bu tayfa dünyada öz şeytan əməlləri və terrorçuluğu ilə ad çıxarıb. Bunu bütün dünya bilsə də, çox təəssüf ki, xarici jurnalistlər, politoloqlar, insan haqlarından ağızdolusu danışanlar ermənilərin işğalçı və faşist xislətli olduqlarından bir kəlmə də danışmır, özlərini kor kimi aparır, reallıqdan qaçır, ikili standartları onların haqsız olduqlarını bir daha aydın göstərir. Bu, ədalətin tapdanılması deyilmi?! Lakin Azərbaycan həm hərbi sahədə, həm də informasiya cəbhəsində qalib gəldi. Bütün qərəzli danışıqlarda Prezidentimizə ünvanlanan suallar rəhbərimizin məntiqi, ağıllı, mühakiməli, qətiyyətli və tutarlı cavabları ilə zərərsizləşdirilmişdi.

Şuşanın uca bir yerində hündürlüyü 60 metr olan yumruq abidəsi şəhərin hər tərəfindən görünürdü. Vətən müharibəsində bu dəmir yumruq işğalçı ermənilərə az dərs verməmişdi. Bu dəmir yumruq rəmzi məna daşısa da, ancaq qələbəmizin 44 gündə ilhamçısı olmuşdu. Yumruğun Ermənistana tərəf istiqamətlənməsi isə mənfur qonşumuzun canına hər gün vəlvələ salır. Bu dəmir yumruq ermənilərə göz dağıdır. Necə deyərlər, qorxularından gorbagor olublar.

İkinci söhbət: Ağ bayrağını qaldır, katalizator!

Mən Vətən müharibəsində qələmimi süngüyə çevirərək vətən övladlarının döyüş yolundan bəhs edən əsərlər, esselər yazaraq döyüşçüləri vətənpərvərliyə, Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə çağırmış, 75 yaşlı ağsaqqal olaraq gənclərin səfərbərlik olunmasında dövlətə dəstək olmuşam. Əlimdən bu gəlib. Cəbhəyə gedə bilməmişəm, ona görə ki, açıq ürək əməliyyatı olmuşam. Baxmayaraq ki, xəstəyəm, ancaq düşmənlə döyüşmək qabiliyyətim var. Vətən darda ikən kənarda qalıb hadisələri seyr etməkdən ləzzət alanlar, bu ali hisslərdən uzaqdırlar. Necə ola bilər ki, Ordumuz işğalçı Ermənistanla torpaqların uğrunda müharıbə apara, hər gün şəhidlər verəsən, analar, gəlinlər, bacılar ağlar, uşaqlar yetim qala, sən isə xaricdə oturub doğulduğun, boya-başa çatdığın doğma vətənin haqqında hərcayi sözlər, böhtanlar söyləyəsən?! Adam gərək o qədər nankor və xain ola ki, onu ermənidən fərqləndirə bilməsinlər. Qələminə qurban olum, ay Mirşahin! Sənin “Xainlər” adlı sənədli filminin misli-bərabəri yoxdur! Mən istərdim ki, bizim hörmətli yazıçılarımız da haqqın carçıları olsunlar, heç nədən qorxmasınlar, çəkinməsinlər. Çünki dövlət bizimdir, qüdrətlidir, basılmazdır! Bu dövlətə Dahi bir şəxsin övladı başçılıq edir. Mən onun hər sözünə inanıram. Əgər bu inam məndə olmasaydı, yaza da bilməzdim, arzularım da gerçəkliyə çevrilə bilməzdi. Çünki Qarabağ məsələsində ona böyük ümid bəsləyirdim. Bu ümid idi məni yaşadan. Hələ sağlığında ikən Ümummilli lider Heydər Əliyev oğlu İlham haqqında demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Elə bu ümid idi ki, Prezident İlham Əliyev ölkə başçısı seçilən gündən Vətən müharibəsinədək ən böyük dərdimiz olan Qarabağın Ermənistan tərəfindən işğal olunmasını və 30 ildən sonra onun işğaldan azad olunması məsələsini Ulu öndərin vəsiyyətləri əsasında həyata keçirmək üçün nə qədər böyük iradə və səbr göstərdi, özü də hər bir çıxışında açıq şəkildə bildirirdi: “Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq”.

Atalar deyib ki, böyük ağacın kölgəsi də böyük olar. Ölkə başçısı Cənab İlham Əliyev həmişə xalqa müraciətində onlara səbr etməyi, çətinliklərə dözməyi, gələcəyə ümid bəsləmələrini, eyni zamanda radikal qüvvələrin dağıdıcı çağırışlarına məhəl qoymamağı tövsiyə edirdi.

Hansı ölkə başçısı istəyər ki, xalqı yaxşı, firavan yaşamasın? Despotların heç bir zaman axırı olmayıb. Mənəm-mənəm deyib ölkəni talayanların aqibəti hamıya məlumdur. Hitler kimi faşistin həyatının sonu faciə ilə bitdi.

Mənim Ulu öndər Heydər Əliyev haqqında “Kövrək bənövşələr” adlı bir hekayəm dəfələrlə müxtəlif qəzetlərdə çap olunub, internet səhifələrində yerləşdirilib və minlərlə baxışları olub. (sia.az mədəniyyət bölməsi) Bu hekayədə Ulu öndər uşaq evində Qarabağda valideynlərini itirmiş uşaqlara deyir: “Əziz övladlarım! Uşaqları qorumaq, düzgün tərbiyə etmək bizim, bütün dünya xalqlarının ən müqəddəs borcu və vəzifəsidir. Fəqət, bəzən bu müqəddəs vəzifələr unudulur. Allahın xofunu hiss eləməyənlər onun əmrini pozmaqla bizim şirin-şəkər balalarımızın da dinc həyatını pozurlar. Bu da müharibənin fəsadlarıdır. Müharibə yaşadığımız dünya üçün həmişə fəlakətlər törədib. Dinc həyatımızı pozub. Dünyada torpaq üstündə dava edən o qədər səltənət sahibləri olub ki, onların aqibətini hamı bilir. Alman faşistləri ədalətsiz müharibələrə görə şöhrət tapmadılar, əksinə, tarixdə həmişə lənətlənirlər. Erməni faşistləri də bu yolla gedirlər. Onlar da işğalçı adlanırlar. Dünya belələrini sevmir, uşaqlar. Gec-tez onlar da cəzalarını alacaqlar!”

Cəzalarını aldılar da!!! Bəs necə?! Çünki Allah hər şeyi görür. Həmişə atəşkəsi pozan Ermənistan ac-yalavac yaşadığından özünün məkrli və xain niyyətlərini bir daha həyata keçirməkdən ötrü elan olunmamış müharıbəyə başladı. Bu müharibədə 44 gün ərzində Müzəffər Ordumuz qələbə qazandı və Şuşada bayrağımızı ucaltdı.

“Adam var-adamların naxşıdır, adam var- eşşək ondan yaxşıdır” Bu atalar sözü Ermənistan hakimiyyətinin başında duranlara aiddir. Çünki onların apardıqları müharibə ədalətsiz müharibə idi və bu müharibədə onlar rüsvay oldular. Ağ bayraq qaldırdılar. Təkbaşına düşmənə qalib gəldi qəhrəman Ordumuz. Torpaqlarımızı işğaldan azad edərək bütün rayonlarda bayrağımızı qaldırdılar. İti qovan kimi qovduq onları. Bunlar tarixi faktlardır! Azərbaycan özünün yeni tarixini yazdı! Bütün dünya Azərbaycan Ordusunun gücünü gördü. Heç kəs bu zəfərimizi inkar etmədi. Amma bizə düşmən kəsilənlər də oldu, istər daxildən və istərsə də xaricdən. Necə deyərlər aləmə it hürürdüsə, bizə də Mazandaran çaqqalları hürməyə başladı. Bu qədər uğurlardan sonra qələbəmizi inkar edən müxalifətin radikal qanadı vay-şivən edir ki, yox, buna qələbə demək olmaz. Bəs qələbə nəyə deyirlər? Hətta bu adamlar ermənilərə havadarlıq edirlər, onların tərəfində dururlar, Azərbaycanı günahlandırırlar. Axı niyə də düşmənimizin tərəfində durmasınlar? Bəs bizə qarşı hədyanlar və böhtanlara görə müqabilində çirkin qonorarlar alanlar bu rəzillər deyilmi?! “Sədəqə qrant” alanlar müharibədən sonra yenə də səslərini qaldırdılar. Elə bil ki, xaricdəki ağaları onların fəaliyyətsizliklərindən narazı olduqlarını bildiriblər, bu yazıqlar da nə etsinlər axı, başqa çarələri qalmadıqlarından yenə də çirkin satqınlıqlarını həyata keçirməyə başlayıblar. Mən onlara üzümü tutaraq deyirəm: “Çox nahaq yerə canfəşanlıq edib dəridən qabıqdan çıxırsınız. Keçmişlərdə dağıdıcı mitinqlər çağırıb ölkəmizdə çaxnaşmalar yaradanlar! Getdi o günlər, gorbagor oldu...İndi xalq öz düşmənini də, dostunu da tanıyır. İndi xalq çox gözəl başa düşür ki, onun müdafiəçisi kimdir. İndi xalq çox gözəl bilir ki, bu dövlətin Vətən müharibəsində Müzəffər Ordumuzla torpaqlarımızı işğalçı ermənilərdən azad edən sərkərdəmiz var - Ali Baş Komandan Cənab İlham Əliyev var. Katalizatorlar nə qədər çalışıb səy göstərsələr də, xalqın Prezidentə olan məhəbbətini qopara bilməyəcəklər! Çünki erməni işğalçılarının başını əzmiş dəmir yumruq bu dəfə xalq tərəfindən onların başını dağıdacaq-xəyanətə, satqınlığa, xəbisliyə, dönüklüyə, Vətən daşı olmadıqlarına görə!

Bizə belə dağıdıcı müxalifət lazım deyil! AXC-Müsavat cütlüyü ölkənin qanunları çərçivəsində fəaliyyətini dayandırmalıdır. Müxalifət dövlətə düşmən kəsilməməlidir.

Mavi ekrana baxanlar yəqin ki, okeanın o tayında Azərbaycana qarşı təxribat aparan Sevinc Osmanqızının Ordumuzun Qələbə, Zəfər günlərində necə həyəcanlandığını, Qələbə sevincimizdən söz düşəndə necə pərt, məyus olduğunu görməmiş deyillər. Əli Kərimlinin az qala ağzının içinə girməyə hazır olan bu xanım Vətənimizə sanki xain kəsilib. Ölkəmizin xoş gününə sevinmir, qələbəmizi tanımır, inkar edir. Ali Baş Komandanın adı çəkiləndə onu sanki ildırım vurur. Qənimət Zahid, Cəmil Həsənli və Əli Kərimlə danışarkən üzündə təbəssümlər peyda olur, onlarla danışarkən xüsusi ironiya ilə danışır, üzünün mimikasını dəyişir, müxtəlif süni jestlər edir. Əsl düşmən xislətli bir qadındır Sevinc Osmanqızı, heç də göründüyü kimi deyil. O, “Osmanqızı” kanalında mavi ekran qarşısında işıq rejissorunun gur işığında özünü nurlu göstərməyə çalışır. Burada mərd və cəsarətli jurnalist Mirşahinin onun haqqında söylədiyi klassik sözləri yada düşür.

Düşmənin dəyirmanına su tökənlərdən Qənimət Zahid, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Əli Kərimli, Tofiq Yaqublu, Fəhmin Hacıyev, Vidadi İsmayılov, Qurban Məmmədov və onlarla başqaları müxtəlif vaxtlarda elə bil ki, uşaqları aldadan nağıllar danışırlar Bunların arasında müharibə gedərkən Fəhmin Hacıyevkimilər ekran qarşısında düşmənlərimizə Azərbaycan xəritəsi üzərində Ordumuzun döyüş koordinatlarını, mövqelərini göstərməklə açıq-aşkar xəyanətkar olduqlarını bir daha sübut etdilər.

Gültəkin Hacıbəyliyə gəlincə, ona azərbaycanlı demək vallah günahdır. Bu qadın başdan-dırnağadək xəyanətkarlıqla yoğrulub. Onun da qəribə şakərlərindən biri mavi ekran qarşısında saçını dəqiqəbaşı yana itələməsidir. Dedilər: “Keçəl qızın nəyi var?” Cavab verdilər: ”Dəmirdən bir darağı.” Gərək ona da bir dəmir daraq alaq ki, ekran qarşısına çıxanda saçları yerində dursun.

Bu Gültəkin Hacıbəyli dövlətimizin qanına susayan bir xanımdır. Adını siyasətçi qoyub, ancaq siyasi mədəniyyətdən uzaq bir adamdır. Halbuki, Azərbaycanda indi siyasi mədəniyyət mövcuddur, lakin bunlar AXC-Müsavat cütlüyünə aid deyil. Ancaq bunların axırıdır. Radikal müxalifətin AXC-Müsavat cütlüyü Vətən müharibəsində özünü çox da səmimi göstərmədi. Qələbəmizdən sonra buynuzları yenə də çıxdı. Açıq-aşkar düşmənçilik mövqelərini yenə də ortaya qoydular. Belələrini təxribatçı çıxışlarına görə ikinci dünya müharibəsində müharibə qanunlarına uyğun olaraq məhkəməsiz-filansız yerindəcə güllələyirdilər. Görünür, bu qaragüruhçular qazanca qalıblar.

Xalq hər şeyi görür və hadisələri düzgün qiymətləndirir. Evin içində düşmən buna deyirlər. Torpaqlarımızın erməni işğalından azad olunmasında qanlarını töküb həlak olan şəhidlərimizin ruhu bizdən inciyər, küsər, ona görə ki, bu qaragüruhçular onların qan bahasına əldə etdikləri qələbələrini kölgə altına alıb şübhə edirlər. Atalar yaxşı deyib: “Küçə iti ev qorumaz.” Paşinyan da küçədən heybəsi ilə hakimiyyətə gəlmişdi. Sonu nə oldu? Erməni xalqının evini yıxdı, 30 il də keçsə, onlar özlərinə gələ bilməyəcəklər. Bu qaragüruhçulara da heç bir zaman hakimiyyət qismət olmayacaq.

Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli həmişə camaata ağıl verirlər. Guya bunlar hamıdan ağıllıdırlar və Azərbaycanın bütün məsələlərini bunlar həll edirlər. Gör ha!!! Bütün dünya bizim qələbəmizdən, döyüş taktikamızdan, hünərimizdən danışır, bir qrup katalizator isə bu qələbəni bəyənmir, inkar edir. Paradoksa bir baxın.

Qarabağdakı reallıqları heç kim dəyişə bilməz! Moskvadakı Azərbaycan, Rusiya və Ermənistan arasında (11.01.2021) imzalanan bəyanat regionda xeyli müsbət dəyişiliklərin olacağına ümid verir. Şübhəsiz ki, Ermənistan müharıbədən öncəki status-kvonu bərpa edə bilməyəcək. Əlbəttə, bundan ötrü Qarabağda qalan terrorçular, yaraqlılar çıxarılmalı və ya məhv edilməlidir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ermənistan rəhbərliyi o qədər həyasızdır ki, sovet dövründəki sərhədlərinin bərpasına qarşı çıxır.

Ermənistan məğlub tərəfdir. Bu ölkədə ciddi ideoloji böhran mövcuddur. Paşinyanın kənarlaşdırılmasını xalq da, kilsə də tələb edir. Ermənistan faşist ideologiyası ilə yaşayır və onun diasporu bu ideologiyanın istiqamətvericisidir. Elə

Ermənistanı məhv edən də bu stereotiplərdir. Bizim azərbaycanlı adlandırdığımız bir yığın katalizatorlar isə xalqımıza, Ordumuza, gələcək nəslimizə dayaq, dəstək olmaq əvəzinə, hər gün mavi ekranda və sosial şəbəkələrdə qalib gəlmiş ölkəmizə qarşı qərəzli çıxışlar edir, düşmənlərimizi mühüm xəbərlərlə məlumatlandırırlar. Üzümü ölkəmizdə və ölkəmizdən kənarda yaşayan bədxahlara, qaragüruhçulara və katalizatorlara tutub deyirəm: “Xoş günlərimizi görməyən, dünya boyda sevincimizə şərik çıxmayan, heç gülməyən, qaraqabaq, qırışları açılmayan, xəbis, qaragüruhçu, böhtançı, qrantbaz-katalizator! Bəsdir ağzını köndələn qoyub karvana hürdüyün! Hələ kor olmamış gözlərinlə ətrafı seyr etsənə; bax, gör ətrafında nələr var? Bu büsatı yaradanlara “Alqış!” de. Vətən müharibəsində qələbəmizin reallığını təsdiq et. De ki, bu Zəfər Ordumuzun zəfəridir. De ki, bu Qələbə Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharətinin uğurlarıdır. Niyə demirsən, niyə!? Çünki xainsən, riyakarsan, namərdsən, bədxahsan, kinlisən, satqınsan, ölkənin uğurlarına sevinmirsən, korsan, Vətən daşı deyilsən, xəstə təfəkkürlüsən!

Bəd niyyətindən əl çək! Səni dinləyən, səni eşidən ancaq sənin niyyətində, sənin əqidəndə olan məsləkdaşlarındır. Nə qədər gec deyil, nə qədər ehtiraslar gərilməyib, əl çək niyyətindən! Əl çək dağıtmaqdan, viran qoymaqdan!

Ya öl birdəfəlik, ya da çıx meydandan!!!

Əgər bunu da bacarmırsansa, ağ bayrağını qaldır. Dünyaya bəyan et ki, bu, sənsən - KATALİZATOR!!!

SƏYAVUŞ SÜLEYMANLI

Yazıçı-publisist, jurnalist, AYB və AJB-nin üzvü,

“Qızıl Qələm”media mükafatı laureatı

Lənkəran rayonu, Ağsaqqallar Şurasının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə