Əvvəli bu linkdə: (https://sia.az/az/news/literature/821108.html)

Talıb danışdıqca daha da əsəbi görkəm alan Orucu sakitləşdirmək üçün dedi:

- Qardaşım, bizim zəngin, qürürverici tariximiz var. Ermənilər axı kimdir? Bu yerlərə gəlmə, soy kökü bilinməyən toplum. Onlardan nə yaramazlıq desən çıxar.

Alı da Talıbın sözlərinə dəstək üçün dedi:

- Talıb düz deyir, biz hisslərimizin qurbanı olub, adımızı ləkələyə bilmərik.

Oruc Muradov fikrindən geri çəkilmək istəmədi:

- Axı özləri yaxınlıq etmək, münasibət qurmaq istəyirlər.

Talıb:

- Bu başqa məsələ, zorla isə olmaz.

Alı:

- Fahişəlik erməni qadınlarının qanındadır. Amma burada, biz onların xidmətlərindən istifadə edə bilmərik.

Deyəsən, Oruc məsləhətdən nəticə çıxarmışdı. Ona görə də, sakit səslə dedi:

- Hə, düz deyirsiniz, bu tarakanlarla vaxt itirməyə dəyməz.

- Biz kişiyik, kişi kimi də hərəkət etməliyik - deyən Alı ayağa durdu. Mağaranın küncünə qoyulmuş çantalarına yaxınlaşıb, ağzını açdı, İlkinə səsləndi:

- Süfrə açın yemək yeyəyin.

Tapşırığı eşidən İlkin və Mürsəl əl-ayağa düşdülər. Süfrə açıb, oraya konservləri, kartof və toyuq soyutmalarını düzdülər. Erməni girovlarına da yemək ayırıb, onları süfrəyə dəvət etdilər. Girovlar süfrə arxasında toplaşıb, toyuq soyutmasından yeyib, sudan içdilər. Balaca uşaqlar isə yemək istəmirdilər. Xüsusi ilə də, Karenin zorladığı 12 yaşlı qız dəli kimi sağa-sola boylanıb, anası Arşalosun və atası Petrosun çörək yemək tələblərini qətiyyətlə rədd edirdi. Arşalos qızı ilə bacara bilməyəcəyini görüb, ondan əl çəkdi, beş yaşlı oğlunu yedizdirməyə çalışdı. Balaca uşaq könülsüzdə olsa, anasının istəyinə tabe oldu. Bir neçə dilim balıq konservindən yeyib, bir stəkanda su içdi.

Nahar bitdikdən sonra yır-yığış edildi. Ermənilər çox qəmgin və bədbəxt durumda olsalarda, azərbaycanlı dəstənin, xüsu ilə də, əsirlikdən azad olunan Qiyasın, Salehin və Arifin kefləri kök, damaqları saz idi. Tələsirdilər,

ən qısa vaxtda evlərinə çatmaq və yaxınları ilə görüşmək istəyində idilər. Elə hey yaxınlarından, qohumlarından, Gəncədən, Qusardan söhbətlər açır, o yerlərin gözəlliyindən bəhs edirdilər. Arada bir ermənilər də söhbətlərə qoşulub, yaşayışları, dolanışıqları barədə danışırdılar. Samvelin qardaşı Petros, eləcə də muzdlu əsgərlər olan Akop, Vardan və Qreqori hər vəchlə sübut etməyə çalışırdılar ki, onlar Qarabağa gəl-mək, döyüşmək istəməyiblər, məcbur ediliblər. Azərbaycan əsgərləri isə onların qorxudan özlərini müdafiə etmək üçün hiyləgərlik etdiklərini başa düşürdülər. Bəzən əsəbləşən Mürsəl, erməniləri söyür, təhqir edir arada bir Akopa və Petrosa şillə-təpik də vururdu. Bəlkə də Talıbın sərt səsi, etirazı olmasa idi, Mürsəl qadınlı, kişili, uşaqlı bütün erməniləri öldürərdi. Söhbətlər bir xeyli çəkdi. Qaranlığın düşməcinə az qalmış Alı ilə Mürsəl silahlarını götürüb, sakitcə mağaranın giriş qapısına yaxınlaşdılar. Başlarını çölə çıxarıb, snayperin tüfənginin durbinindən uzaqları müşahidə etdilər. Bununla kifayətlənməyib, çölə çıxdılar. Onlar 15-20 dəqiqə sonra geri qayıdıb, - sakitlikdir, yaxşı olardı ki, çıxaq, - deyə təklif etdilər.

Oruc Muradov hərəkət etmək üçün yır-yığışa başlayanda yenidən nəzarət altında saxladıqları ermənilərə xəbərdarlıq etdi:

- Əmrləri və göstərişləri yerinə yetirməyən, qaçmağa və yaxud da dəstədən geri qalanlar öldürüləcəklər.

Ermənilər isə ölmək istəmirdilər, bu baxımdan hər bir tapşırığı, göstərişi müti qul kimi yerinə yetirirdilər. Artıq yol getmək, hərəkət etmək üçün bir qədər özlərinə gəlmişdilər. Yaxşıca isinmiş, bir qədər də yemək yemişdilər. Mürsəl onların yedirdilib, içirdilməsinə də etiraz etmişdi. Demişdi ki, ermənilər indi Azərbaycan əsgərlərinə və girovlarına qan uddururlar. Nəinki, yemək, heç bir qurtum su da onlara vermirlər. Ac-yalavac saxlayırlar, əyin-başlarını əllərindən alıb, soyuqdan donmalarına baxıb, zövq alırlar. Biz isə ermənilərin naz-qəmzəsi ilə oynayır, onları yemək-içməklə təmin edir, yaxşı-ca isinmələri üçün yanan ocağın başında oturduruq. Dediklərini Saleh, Arif və Qiyas da təsdiqləmişdi. Əsirlikdə qaldıqları 7 ay ərzində başlarına gətirilən çoxsaylı vəhşilikdən, qəddarlıqdan danışmışdılar. Samvelin evinin zirzəmisində saxlanıldıqları zaman Petrosun və Bellanın onlara verdikləri çoxsaylı işgəncələrdən söz açmışdırlar. Saleh deyirdi ki, Bella onlara qabaqlarından qalan yemək qırıntılarını, sür-sümükləri atıb, - siz itsiniz yeyin, - deyib, təhqir edirmiş. İndi isə Bella gözlərini döyə-döyə, qorxu içində əsirlikdən azad olunan əsgərlərə baxırdı. Bəlkə də azərbaycanlı keçmiş əsirlərin ona toxunmamalarından, dindirib, danışdırmamalarından

təəccüblənmişdi. Fəqət, bu, reallıq idi, azərbaycanlı gənclər ona gözün üstə qaşın var, belə demirdilər…

Dəstə mağaradan çıxanda artıq qaranlıq düşmüşdü. Talıb ara vermədən yağan qara baxdı. Gözlərini ucsuz-bucaqsız göylərə dikdi. Aydınlaşdırmağa çalışdı ki, görən gecə hansı rəngdədir. Çox baxdı. Beynində çox götür-qoy etdi, amma gecənin hansı rəngdə olduğunu müəyyənləşdirə bilmədi. Acizliyinə özünü qınadı. Rəngləri seçə bilmədiyinə görə içində onu acı gülüş bürüdü. Baxışları ilə, göydə ulduz aradı, niyyəti ulduzlarla söhbət etmək, ürəyini sıxan, qəlbini göynədən suallara cavab tapmaq idi. Ancaq bu soyuq qış günündə, gecənin hansı rəngdə olduğunu müəyyənləşdirə bilmədiyi kimi, söhbət etmək üçün ulduzlarda gözə dəy-mirdi. Yadına Səməd Vurğunun "Komsomol" poemasından bir bənd düşdü:

Yerlərə baxıram baxçalı, bağlı,

Göylərə baxıram, qapısı bağlı,

Kainat ixtiyar sirli-soraqlı,

Əzəldən yaranıb, tamaşa dünya...

*** *** ***

Şamil Bakıdakı əlaqələrindən istifadə etməklə, ömür-gün yoldaşı Məsmənin ailəsi ilə bağlı xəbər almağa çox cəhdlər göstərmişdi. Azərbaycanın Əsir və Girovlarla iş üzrə Dövlət Komitəsindən Ermənistandakı Qırmızı Xaç Komitəsinə istinadən yalnız o deyilmişdi ki, Sırxavəndin işğalı zamanı 94 nəfər insan əsir götürülüb və onların arasında Çimnaz və Azər Şükürovlarda var. Siyahıda Talıbın adının olmaması, Məsmənin dərdinin üstünə dərd gətirmişdi. Baş verənlərə görə, Məsmə Şamili bağışlamaq istəmirdi. Onu qınayır, ünvanına müxtəlif iradlar səsləndirirdi. Şamil isə - vəziyyətə uyğun hərəkət etdiklərini, bir an geciksə idilər onların da öldürülə və ya əsir alına biləcəklərini - deyirdi.

Məsmə gecə-gündüz bilmədən hər gün özünü qarğıyır, ah-nalə çəkib, - kaş mən də atamla, bacımla bir yerdə öləydim. Kaş mən də əzizlərim kimi qara torpağa gömüləydim - deyib üzünü cırır, saçlarını yolurdu. Şamilin gücü ancaq həyat yoldaşına təskinlik verməyə çatırdı. Çox çalışırdı ki, Məsmənin balaca qardaşı Azər və anası Çimnazla bağlı bir məlumat əldə etsin, Talıbın taleyi ilə bağlı nəsə bir şey öyrənsin. İndidə Müdafiə Nazirliyində işləyən dostu Qaçayın yardımı ilə korpus komandiri Məmməd Cavadzadə ilə görüşə gəlmişdi…

Əsgər Şamilə yaxınlaşıb, - komandir sizi gözləyir, keçə bilərsiniz, - deyə onu və həyat yoldaşı Məsməni otağa keçməyə dəvət etdi.

Şamil qapını döyüb, içəri girəndə korpus komandiri Məmməd Cavadzadə ayağa durub, hörmət-izzətlə onlara yaxınlaşdı. Əl verib görüşdü, xoş gəlmisiniz dedi, oturmaq üçün yer göstərdi. Gəlişlərinin məqsədini bildiyindən çox sual-cavab etmədi, sadəcə - Qaçay müəllim mənə sizinlə bağlı danışıb - deməklə kifayətləndi.

Şamil müəllim korpus komandirinin qayğılı, narahat simasına baxıb, dedi:

- Cənab polkovnik, əsirlərin azad edilməsi üçün hansısa bir iş görülürmü?

Məmməd Cavadzadə başını aşağı salıb, bir anlıq fikrə getdi. Ürəyində erməniləri o ki, var küçə söyüşləri ilə söydü. İstədi açıq etiraflar etsin, desin ki, onlarla dil tapmaq çox çətindi. Amma başını qaldıranda başqa sözlər söylədi:

- Hə, hazırda qarşı tərəflə əsirlərin azad edilməsi üzrə iş gedir. Bu gün-sabah yəqin ki, əsirlərimiz azad ediləcəklər.

Şamil müəllim ağzını açıb, danışmaq istəyərkən Məsmə ağlamaqdan qızarmış gözlərini əl dəsmalı ilə silib, başındakı qara örpəyini düzəldib, ağlar səslə dedi:

- Atam və bacım gözlərimizin qarşısında öldürüldü. Anam və balaca qardaşım gavurların əlindədir. Yarlı-yaraşıqlı böyük qardaşımdan isə xəbər-ətər yoxdur. Komandir, başına dönüm, balalarına qurban olum, bizə kömək elə.

Məmməd Cavadzadə qadını sakitləşdirməyə çalışdı:

- Biz bütün əsirlərimizin azad edilməsinə çalışırıq. Artıq bizdə olan 100-yaxın erməninidə dəyişdirmək üçün ön cəbhəyə gətirmişik. Sadəcə, bizdən fərqli olaraq onlar öz vətəndaşlarına sahib çıxmaq istəmirlər.

Məsmə yenidən yalvar-yaxar etdi:

- Dərdimizi kimə deyirik, yalan, boş vədlərlə bizi başlarından edirlər. Ümidimiz, pənahımız sizədir, kömək edin komandir.

Məmməd Cavadzadə bu kimi xahişlərlə onun yanına gələn insanların qarşısında həmişə çıxılmaz vəziyyətdə qalmışdı. Yalan danışmaq, qeyri-səmimi olmaq da istəməmişdi. Sadəcə, - narahat olmayın, hər kəsə, o cümlədən sizin yaxınlarınıza da kömək olunacaq, - deyə çətinliklə də olsa vəziyyətdən çıxmağa çalışmışdı. İndi də belə idi. Ciyərləri dolusu nəfəs alıb, dili topuq vura-vura dedi:

- Sabah günortaya qədər gözləməkdən başqa çarəmiz qalmır. Səbirli olun, özünüzü də fəda etməyin. Başa düşün ki, bəla ellə gəlib. Biz yalqu-zaqların hücumuna məruz qalmışıq. Amma inşallah onları məhv edəcəyik. Hər kəsin, hər bir şəhidin qisasını alacayıq. Sadəcə, bir az dözmək, səbirli olmaq lazımdır.

Məsmə yanaqları aşağı süzülən göz yaşlarını əl dəsmalı ilə silib, - sabah günorta deyirsiniz, yəni əzizlərimizdən bir xəbər eşidə biləcəyik?- deyə ümid dolu nəzərlərlə komandirə baxdı.

Korpus komandirinə onu qırmaq çətin gəldi. Bu baxımdan sakit səslə ded:

- Bəli, yəqin ki, sabah günortaya qədər sizə bir xəbər deyə biləcəyik.

Şamil söhbətin artıq bitdiyini başa düşdüyündən ayağa durdu. Korpus komandirinə onları dinlədiyinə görə təşəkkür etdi. Xudahafizləşmək məqamında Məmməd Cavadzadə üzünü Şamilə tutub, dedi:

- O uşaqla, ananın adını bildim, 3-cü şəxsin, yəni Məsmə xanımın böyük qardaşının adı nədir?

- Talıbdır, Şükürov Talıb.

Talıb sözünü eşidən kimi korpus komandiri ayağa durdu,- hündür, dolu bədənli, sarışın oğlan? Həm də cüdo idman növü ilə məşğul olur hə, - deyə sual etdi.

Şamil komandirin təəccüblə onlara sual ünvanlamasından duruxdu, narahat oldu:

- Bəli, cənab komandir, nə isə olub?

Korpus komandiri artıq getməyə hazırlaşan qonaqlarına yaxınlaşıb, onlarla üzbəüz dayandı. Məsməyə üzünü tutub, dedi:

- Doğrudan Talıb sizin qardaşınızdır?

- Bəli, onun toyu olacaqdı. El-oba onun şənliyinə-şadlığına yığışacaqdı. Amma gavur ermənilər toyumuzu qara gətirdi. Şadlığımızı, şənliyimizi qəm gölünə qərq etdi. Atamı, bacımı öldürdülər. Talıbın nişanlısını, ailəsini məhv etdilər…

- Talıb salamatdır. Onun kimi oğullar bu vətənə, bu torpağa çox lazımdır. Onların gücü, qüdrəti ilə biz erməniləri yerində oturdacağıq.

- Siz onu tanıyırsınız? İndi hardadır, - deyə Məsmə korpus komandirinə sual etdi.

Korpus komandiri Məsmənin qardaşının sağ olmasını eşidincə bir qədər sevincək olduğunu hiss etdiyi üçün ona daha bir ümid verdi.

- Talıb mənim tapşırığımla bir əməliyyatda iştirak edir, vacib əməliyyatdır. Amma xahiş edirəm ki, bu barədə heç kimə heç nə dəməyin. Yanıma gələn kimi, sizə xəbər verəcəyəm.

- Olsun, mən getməyəcəm. İcazə versəniz elə buralarda, hansısa, uçulub, dağılmış erməni xarabasında, daxmasında qardaşımı gözləyərəm.

Korpus komandiri etiraz etdi:

- Yox, olmaz. Siz Ağdama gedin, orda qalın. Talıb gələn kimi dərhal onu sizin yanınıza göndərəcəyəm. Xahiş edirəm, dediyim kimi edin.

Şamil Məsmənin əlindən tutub, özünə tərəf çəkdi. Getmək üçün qapıya tərəf addımladılar. Məsmə isə getmək istəmirdi. Elə hey istəyirdi ki, komandir qardaşından ona nə isə desin, daha bir xəbər söyləsin. Aralarında olan danışıqlarını, söhbətlərini bir-bir dilə gətirsin.

Şamil yenidən onun qolundan tutub - Məsmə komandirin işi-gücü var, gedək, - deyə ona otaqdan çıxmağın vacibliyini başa salmağa çalışdı.

Məsimə komandirin işi-gücü var, sözünü eşidəndə ayıldı:

- Hə, düz deyirsən, gedək.

Qapını açıb, otağı tərk edərkən geri çevrilib - Sağ olun komandir. Biz Ağdama gedib Talıbı gözləyəcəyik - deyə onunla xudahafizləşdi.

Korpus komandiri nəzərləri ilə onları qapıdan çıxana qədər izlədi, daha sonra yerinə qayıdıb əyləşdi. Bu zaman alay komandiri Fərəc Ağayev hövlanak içəri daxil olub, salam verdi. Sonra yaxınlaşıb, Məmməd Cavadzadə ilə əl verib görüşdü.

Məmməd Cavadzadə Fərəc Ağayevin saqqal basmış üz cizgilərinin titrədiyini, saraldığını hiss etdiyindən, burada çox ciddi mətləblərin olduğunu düşündü.

- Nə baş verir, Fərəc müəllim?- Nə olub, təngnəfəssiniz, ermənilər hücum edib?

Fərəc Ağayev stul çəkib oturduqdan sonra komandirə baxmadan dedi:

- Öz qılıncımız, özümüzü kəsir, cənab polkovnik.

Sözlərindən bir şey başa düşmədiyindən Məmməd Cavadzadə sərt şəkildə səsini qaldırdı:

- Ağayev, bir danış görək nə olub?

- Bu gecə səhərə yaxın hərbi hissəyə hücum olunub, Jozef Markonu aparmağa çalışıblar.

Məmməd Cavadzadə dik ayağa qalxdı:

- Necə-necə, hücum olunub?

- Bəli, cənab komandir, ölən və yaralanlar var.

Məmməd Cavadzadə sağ əlini əsəbdən şişən boyun damarına sürtüb, gicgahına əl gəzdirdi. Yenidən stulda oturub başını əlləri arasına aldı:

- Kimlər ölüb?

- Qələndərli və onunla gələn iki nəfər ölüb. Amma Bəşir Hacıyev və üç əsgərimiz də həyatlarını itiriblər.

Məmməd Cavadzadə yumruğu ilə stulu döyəclədi. Ayağa durub otaqda sağa-sola addımladı. Yaxınlaşıb, Fərəc Ağayevlə üzbəüz əyləşdi:

- Bəs Jozef Markodan nə xəbər var?

(Ardı var)

İlham Əliyev,

Yazıçı-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə