(Əvvəli bu linkdə: https://sia.az/az/news/literature/820720.html)

Qadınların ağızları bağlı olsa da inildəyir, baş verənləri göz yaşları ilə izləyirdilər. Mürsəl onlara tapançasını tuşlayıb, - sakit olun, - əmrini verdi. Elə bil, qurbağa gölünə daş atdılar. Ermənilər susdular.

İlkin dilləndi:

- Biz quldur deyilik, biz insan cəlladı da deyilik. Sadəcə bilin ki, qisasa qisasla cavab veririk. Bir qədər əvvəl Samvel Xaçaturyan mənim ailəmi dağıdıb, kəndimi, elimi-obamı viran qoyub. Neçə-neçə qız-gəlini əsir aparıb.

Talıb da əsəbi formada bu evə basqın etmələrinin səbəbini onlara başa salmağa çalışdı:

- Samvel elimizə, obamıza basqın edib, ailələri məhv edib. Anaları gözü yaşlı, ataları gorsuz, kəfənsiz edib. Mənim atamı, bacımı öldürüb, qardaşımla, anamı isə girov aparıb. Nişanlımı və onun ailə üzvlərini qətlə yetirib. Ona görə də biz bu gün burdayıq. Sabah və ya birisi gün sizləri girov götürülən yaxınlarımızla dəyişəcəyik.

Alı Məmmədovun isə xəbərdarlığı eşidildi:

- Özünüzü sakit aparsanız, kiməsə xətər dəyməyəcək. Əmrlərimizə riayət etməyənlərə güzəşt olunmayacaq, necə ki, Xorenin əl-qol atmasını ona bağışlamadıq. Fikrini tamamladıqdan sonra bayaqdan tərcüməçilik edən erməniyə təpindi - mənim dediklərimi də bu ermənilərə tərcümə elə, - deyə bildirdi. Üz-gözündən qorxaqlıq və iradəsizlik açıqca sezilən bu erməni Alının dediklərini dərhal yerinə yetirdi.

Geyim-keçimdən sonra Talıb İlkinə tapşırıq verdi:

- Ətrafa nəzər yetir. İkinci və birinci mərtəbənin hər tərəfinə neft tök. Necə ki, o bizim evləri yandırıb, bizdə onun evini yandıraq.

İlkin birinci mərtəbənin girəcəyində neft dolu çəni görmüşdü. Dərhal iti addımlarla irəliləyib, onu götürdü. İkinci mərtəbəyə çıxdı. Aşağı enib, bir-bir otaqlara neft səpdi. Zirzəmiyə neft səpmək üçün taxtadan düzəldilmiş qapını qaldırıb aşağı boylandı. Nefti ora səpəndə səs eşitdi, təəccübləndi. Üzünü Talıba tutub dedi:

- Burda kimsə var. Aşağıdan səs gəlir.

Karen də təəccübləndi, narahat və təşvişlə bayaqkı dolu bədənli erməniyə baxdı. Həmin erməni Talıba - aşağıda sizlərdən üç nəfər var- deyincə, Mürsəl dayandı.

- Necə?

Oruc Muradov oturduğu divandan ayağa durub, birinci mərtəbənin döşəməsindən aşağı enmək üçün qoyulan qapıya yaxınlaşdı, başını aşağı salıb, - burada azərbaycanlı varmı, varsa gəlin bəri, - deyə haray çəkdi. İki-üç dəqiqə sonra üç Azərbaycan əsgəri qorxaq baxışlarla, həmin qapının yanında göründülər. Oruc Muradov əl verib, onları bir-bir yuxarı qaldırdı. Ayaqyalın, nazik paltarda olan bu əsgərlər ermənilər tərəfindən əsir götürülənlər idi. Talıb və digər dəstə üzvləri əsirlərlə görüşüb onlara ürək-dirək verdilər, azad olunduqlarını bildirdilər. Hələdə təəccüb içində olan azərbaycanlı əsgərlər çaşqın halda nə baş verdiyini aydınlaş-dırmağa çalışırdılar.Talıb onları intizardan qurtarmaq üçün dedi:

- Qardaşlar biz bura Samvelin axırına çıxmaq üçün gəlmişik.Yaxşı ki, biz zirzəminin qapısını açıb, aşağıya nəzər yetirdik. Yoxsa, siz də burada qalıb məhv olardınız.

Əsirlərdən arıq, saqqallı, qıvrım saçlı 26-27 yaşı olan gənc nəhayət dilləndi:

- Bu cəhənnəmdən qurtula biləcəyimizi heç düşünmürdüm.

- Sizin adınız nədir? - Oruc Muradov onlara sual etdi:

Danışan gənc:

- Mənim adım Arifdir Qusar rayonundanam.

23-24 yaşlarında olan qarayanız gənc:

- Adım Salehdir İmişlidənəm.

Balaca boy, nisbətən kök gənc isə - mənim adım Qiyasdır Gəncədənəm.

Oruc Muradov - yaxşı keçin mətbəxə yeyin, için qarnınızı bərkidin, yola çıxırıq - deyincə Azərbaycan əsgərləri mətbəxə keçdilər. Bu müddətdə isə Mürsəl ilə Karen evin önündə qarovul çəkən mühafizəçini həyətə çağırıb, zərərsizləşdirmişdilər. Nəzarət altına alınan ermənilər maşının kuzovuna mindirilmişdi. Azərbaycan əsgərləri olan Arif, Saleh və Qiyas da qarınlarını bərkidib, ayaqlarına isti corab, ayaqqabı, yun jaket və dəri gödəkcə geyinib, başlarına da papaq qoymuşdular, sevinirdilər. Onlar evdəki silah-sursatdan da götürüb, maşına mindilər. Həyətdən çıxanda artıq evin birinci mərtəbəsinin zirzəmisindən başlayan alov tədricən Samvel Xaçaturyanın mülkünü ağuşuna almaqda idi.

Maşın çətinliklə də olsa qarı yara-yara təpələri keçib, Qara qayanın yanına çatanda dayandı. Artıq burdan o yana maşınla getmək mümkün deyildi. Talıbın göstərişi ilə erməni girovlar maşından düşdülər. Havanın soyuğu ilə yanaşı qorxu erməni girovlarını mənən və ruhən məhv etmişdi. Onlar ayaqüstə titrəyirdilər. Buna əhəmiyyət verməyən Talıb nisbətən balaca, qarda yeriməyə çətinlik çəkən bir oğlan və bir qız uşağının erməni kişilərinin belinə mindirilməsi göstərişini verdi. Bayaq əsirlikdən azad edilən əsgərlərin köməkliyi ilə 5-6 yaşlı oğlanı uzun, saqqallı erməninin, 3-4 yaşlı qızı isə atasının belinə mindirib, yun yaylıqla bağladılar. Samvelin balaca qızını isə anasının kürəyinə sarıdılar. Talıb tərcüməçi vasitəsi ilə yenidən girovlara xəbərdarlıq etdi:

- Azərbaycan tərəfinə gedəcəyik, özü də piyada. Kim yolunu azsa, cızığından çıxsa, öldürüləcək.

Xudahafizləşmək məqamında Karen Talıbı və Orucu bir tərəfə çəkib, onlarla ayaq üstü söhbət etdi. Onun gözləri gülürdü. Çünki Samveldən qisasını almışdı. Özüdə azərbaycanlıların gücü, qüdrəti hesabına. Bu baxımdan o təşəkkürünü dilə gətirir, köməyə, dəstəyə görə minnətdarlıq edirdi. Hər zaman Azərbaycana xidmət etməyə hazır olduğunu və onu görmək istəsələr Gürcüstanın Cavaxetiya rayonuna gəlmələrini bildirdi. Orada yaşayan bacısının ünvanını və öz evinin telefon nömrəsini də kağıza yazaraq Talıba verdi. Qısa söhbətdən sonra Karen azərbaycanlı dəstəyə yaxınlaşıb, onlarla da bir-bir əl uzadıb, görüşdü. Gedərkən Talıba - hər zaman sizlərə kömək etməyə çalışacağam, mənə inana və güvənə bilərsiniz - deməyi də unutmadı. Mürsəl isə yerə tüpürüb - şərəfsiz, öz marağı xatirinə sıramıza qoşuldu. Başqa vaxt olsa idi, bizi məhv edərdi, - deyə artıq onlardan aralanıb, qar-çovğunda gözdən itməkdə olan Karenin arxasınca baxdı…

Oruc maşının qayadan aşağı buraxılması barədə göstəriş verdi. Dəstə köməkləşib Orucun dediyi kimi də maşını dərədən aşağı buraxdı. Maşın sürətlə aşağı gedib, dərəyə düşdü. Yol ağır, üzücü olsada, dəstə səhərə yaxın Ballıca qayasına çatdı. Artıq səkkiz-doqquz kilometr yol arxada qalmışdı. Təqribən bir -iki kilometr sonra cəbhənin neytral ərazisində olacaqdılar. Oradan Sarıcallı kəndinin ərazisi başlayır. Deməli, qarşıya qoyduğumuz məqsədin əsas hissəsi yerinə yetirilmişdir, - deyə Talıb

düşündü. Qar isə yağmaqda davam edirdi. Çovğunun sürətlə sovrulan qarı üzlərinə-gözlərinə vurması, dəstənin irəliləməsinə çətinliklər yaradırdı. Talıb bəlkə yüzüncü dəfə çevrilib, Erkiş istiqamətinə baxdı. Sakitlikdi, heç nə gözə dəymirdi. Öz-özünə - görən Samvel artıq ailəsinin faciəsindən xəbər tutubmu, bilirmi ki, Talıb qisasını almaq üçün evinə basqın edib? – deyə fikirləşdi. Ürəyindən keçirdi ki, kaş Samvellə üz-üzə gəlib, onun indi hansı vəziyyətdə olduğunu görəydi. Baxaydı ki, acı xəbəri eşidincə Samvelin beli necə bükülür. Ailənin son yadigarı olan bir yaşlı qızı Katrinanın azad edilməsi üçün diz çöküb, ona və dostlarına yalvarır. Talıbda anasının, qardaşının və bütün əsir alınan sırxavəndlilərin azad edilməsi, eləcə də, yurdlarında qalan atasının, bacısının və əmisinin canazələrinin gətirilməsini tələb edəydi... Onu bu xəyaldan İlkinin acıqlı səsi ayıltdı. İlkinin bığ yeri təzəcə tərləmişdi, simasına, qara gözlərinə diqqətlə baxanda deməzdin ki, bu adam qəddar və amansız gəncdir. Onun tay-tuşu hazırda sakit, təhlükəsiz bir yerdə gənlik çağlarını yaşayır, o isə, ermənidən qisas almaq üçün müharibədədir. Adam öldürür, həm də qəddarlıqla, Ona "dur" deməsən, burdakı erməni komandirinin ailə üzvlərinin hamısını öldürərdi. İlkin deyəsən Talıbın ona diqqət etdiyin sezmişdi. Ona görə də təpiklədiyi muzdlu erməni əsgərinin belinə bir təpikdə vurub, Talıba baxdı:

- Əmioğlu, deyəsən, məndən narazısan?

Talıb yaxınlaşıb İlkinin sağ çiyninə əlini qoydu, mehribanlıqla dedi:

- İlkin sən adam öldürə bilməzsən. Qəddarlıqda sənlik deyil.

- Bunlar adam deyillər, itdirlər, küçükdürlər əmioğlu - deyib, arxada asta addımlarla yeriyən Vardana bir təpik vurdu. Bununla ürəyi soyumadığından, Vardanın keçəl başına bir şillə də, ilişdirdi. Zərbənin təsirindən, səntirləyən Vardan yıxılmamaq üçün bir anlıq dayanıb, sonra yolunu davam etdi. İlkin yenidən, ona bir təpikdə vurmaq istəyəndə, Talıb mane oldu.

- Bizə onlar ölü deyil, diri lazımdır.

- Başa düşürəm, amma erməni əsgərlərinin yaxınlarımıza etdikləri vəhşiliklər gözlərim qarşısında canlananda özümə nəzarət edə bilmirəm.

Talıb, - çalış bir az səbirli ol, İlkin - deyib, üzünü dəstəyə tutub, tapşırıq verdi:

- Təhlükəsiz bir yerdə daldalanıb gecəni gözləməliyik.

Əsirlikdən azad olunan Asif, Saleh və Qiyas isə sanki, evlərinə, ailələrinə qovuşmaq üçün tələsdiklərindən bu yerlərdən uzaqlaşmağa çalışdırdılar. Ona görə də təklif etdilər.

- Qardaşlar, burda qalmaq qorxulu olar, artıq ermənilər nə baş verdiyini dərk ediblər. Arxamızca gəlib, maşını tapacaqlar, izimizə düşüb, bizi yaxalaya bilərlər. Oruc Muradov əsirlikdən azad olunanların narahatçılığını başa düşdüyündən onlara təskinlik verməyə çalışdı.

- Qardaş, izimizə düşə bilməzlər, çünki yeridikcə qarın sovrulması, çovğunun güclü olması izlərimizi silir.Ona görə də onlar bizi tapa bilməzlər.

Mürsəl də Talıbın fikri ilə razılaşdı:

- Hə, yerimək çətindir. Şaxta iliyimizə işləyir, bir az dincəlmək və yer tapıb, ocaq qalayıb, isinmək lazımdır. Bu müddətdə qaranlıqda düşər.

Arif, Saleh və Qiyas onları ilanın ağzından xilas etmiş dəstənin tapşırığı, sözləri ilə razılaşmaqdan başqa çarə görmədilər. Ona görə də - necə məsləhətdir, elə də olsun, - deyə bildirdilər.

- Ancaq harada daldalanaq? - deyə Mürsəl arxasını küləyə tərəf çevirib, əllərini ovuşdura-ovuşdura Talıba sual verdi:

Talıb, tövrünü pozmadan - bir yer taparıq - deyə, dəstəyə ümid verdi.

Alı Məmmədov da dostunun fikri ilə razılaşmalı oldu:

- Hə, düz deyir Oruc, bu qar, çovğun və gecənin şaxtası, bu zibillər cəhənnəmə bizi dondura bilər.

Alı fikrini deyib, əlini qar topasında ilişib qalan, Samvelin arvadı Mane Xaçaturyana uzatdı, ona düz yerə çıxmasına kömək etdi. Sonrada qadının kürəyinə bağladığı körpənin üzünə qar tökülməməsi üçün başına bükdüyü yun jaketi bir az da onun üzünə sıxdı.

Dəstə yavaş addımlarla da olsa, Azərbaycan tərəfinə doğru irəliləyirdi. Yol boyu, dəstə ciddi problemlə qarşılaşmamışdı. Ermənilər cərgədən geri qalmır, çətinliklə də olsa, qarı yarıb, irəliləməyə çalışırdılar. Başa düşürdülər ki, ermənilərə qarşı qəzəbli və hiddətli olan silahlı azərbaycanlılar geri qalacaqları təqdirdə bu ucsuz-bucaqsız, kimsəsiz yerdə onları öldürə bilərlər.

Bu məqamda Oruc Muradov Talıba üzünü tutub, kəsik-kəsik sözlərlə dedi:

- Talıb daldalanmaq üçün bir yer aramaq lazımdır.

Talıb qulağına çatan sözə cavab vermək üçün üzünü ona tərəf tutub - bu ucsuz-bucaqsız yerdə inanmıram ki, daldalanmaq üçün bir yer tapa bilək - dedi.

İlkin də Talıbın ümidsiz formada dediyi sözlərinə sanki dəstək oldu:

- Hə qardaş, çətin ki, buralarda qardan, çovğundan daldalanmaq üçün yer olsun. Qışın bu şaxtasında donub, öləcəyik.

Bu zaman artıq acı taleyi ilə barışmalı olan, tərcüməçi erməni üzünü Oruc Muradova tutub, söz demək üçün onun gözlərinin içinə baxdı. Oruc erməninin ona diqqətlə baxdığını görüb, acıqlı səslə dedi:

- Nə demək istəyirsən, sözün var?

Erməni Orucun qəzəbli, hiddətli sözündən qorxsada, özünü o yerə qoymadı. Ona yaxınlaşıb, uca səslə dedi:

- Bu təpənin aşağı hissəsində bir mağara var. Burdan təqribən 100-150 metr məsafə olar. Ora daldalanmaq üçün məsləhətli yerdir.

Oruc Muradov onun çiynindən itələyib, - yeri-yeri harada daladalanmaq lazım olduğunu biz bilərik - deyib, ona acıqlandı. Əsəbi səslə də - sən o qadınlara kömək elə, - deyə tapşırıq verdi. Tərcüməçilik edən erməni qorxusundan başını aşağı salıb, çətinliklə addımlayan Samvelin bacısı Bellanın qolundan tutub, irəliləməsinə kömək etdi. Ancaq təklif Oruc Muradovu tutmuşdu. Cərgənin yanı ilə irəliləyən Talıba yaxınlaşıb, tərcüməçi erməni Movsesin təklifini ona bildirdi. Talıb Oruca baxmadan - yaxşı olardı, gəl ora gedək - deyib, əlavə etdi:

- Fikir verirəm erməni uşaqları ölüm ayağındadırlar. Bizə isə onların ölməsi deyil, yaşaması lazımdır. Çünki bizim ailənin, eləcə də kənd camaatının əsirlikdən xilas olması onlar vasitəsilə baş tuta bilər.

Oruc Muradov:

- Hə, düz deyirsən. İstəməsək də, onları qorumalıyıq.

Bundan sonra Oruc Movsesi acıqla yanına çağırdı. Görkəmindən və davranışından iradəsiz və qorxaq birisi olan Movses Bellanın əlini buraxıb, iti addımlarla qarı yara-yara Oruc Muradova yaxınlaşdı. Müti görkəm alıb, sakit səslə - nə lazımdır? - deyə, müraciət etdi.

Oruc Muradov ona ikrah dolu nəzərlərlə baxıb, yeriyə - yeriyə dedi:

- O nişan verdiyin mağara təhlükəli deyil ki? Birdən hansısa erməni köpəyi bizim yerimizi müəyyənləşdirə bilər, ha, nəsə hiss etsəm, həmin an səni məhv edərəm.

Soyuqdan titrəyən Movses Orucu razı salmaq üçün əmin səslə dedi:

- Mən bu yerlərin bir zaman kənd icra nümayəndəsi olmuşam. Hə bir cığırı və yamacı, dağ-dərəni, mağaraları çox yaxşı tanıyıram. Deyə bilərəm ki, qalacağımız mağarada heç kim bizi tapa bilməz.

Oruc Muradov – yaxşı, bizə o yeri göstər - deyib, artıq önə keçən Movsesin arxasınca addımladı.

İlkin sıranın səmtinin dəyişdiyini görüb, təəccüblə Talıba üzünü tutub, dedi:

- Əmioğlu biz niyə yolumuzu dəyişdik?

Talıb İlkinin narahatlığını görüb onu sakitləşdirmək üçün dedi:

-Burada yaxınlıqda mağara var. Gecənin qaranlığı düşənə qədər, orada qalacağıq.

İlkin narazılıq etdi:

-Bu təhlükəlidir. Yəqin ki, artıq Samvel və onun dəstəsi axtarışa çıxıblar. Yaxşı olardı ki, vaxt itirmədən, yolumuza davam edək.

Talıb etiraz etdi:

- İlkin, başa düş, yerimək mümkün deyil. Qar, çovğun bu bədbəxtlərin axırına çıxacaq.

İlkin ikrah dolu nəzərlərlə ermənilərə baxıb, üzünü əmisi oğluna tutdu:

- Cəhənnəmə ölsünlər, qara da gora.

- Yox, İlkin, səhvin var, onda bizim bu qədər yolu dəf edib, həyatımızı riskə atmağımız nəyə lazım idi ki?

-Axı, dayanmaq vaxt itkisidir.

- Narahat olma. Mağarada tonqal yandırıb, qızınacağıq, bir qədər dincəldikdən sonra, yolumuza davam edəcəyik.

Bundan sonra dinmədilər. Dəstə Movsesin nişan verdiyi mağaraya doğru addımladı. Təpənin sağ hissəsinə çatanda Movses - məncə, buradır,-deyə yenidən Oruc Muradova üzünü tutdu.

Oruc Muradov Movsesə bir təpik vurub, qəzəblə onun üstünə qışqırdı:

- Səncə, buradır, yoxsa həqiqətən də buradır?

- Movses bir daha ətrafa diqqətlə nəzər yetirib, əminliklə - hə, buradır, - deyə israr etdi. Doğrudan da 15-20 metr irəlilədikdən sonra kol-kosun arasından balaca bir deşik diqqəti cəlb etdi. İlkin iri addımlarla irəliləyib, həmin o deşiyin ağzına yığılmış qar lopalarını təmizlədi. Fənərinin işığını içəri tuşlayıb, sağa-sola nəzər yetirdi. Geri çevrilib, Oruc Muradova - hə çox yaxşı yerdir, burada 2-3 saatlıq dincəlmək olar, - deyə söylədi. Bundan sonra erməni girovlar içəri daxil olub, göstərişə əsasən qadın və uşaqlar bir səmtdə, kişilər isə başqa bir səmtdə yerə oturub, həyatlarının necə olacaqlarını gözləməyə başladılar.

Mürsəl və İlkin əl -ayağa düşdülər. Heç olmasa bir odun parçası tapmaq və ocaq qalamaq ümidi ilə fənərin işığında mağaranın ucqarlarına boylandılar. Movses yenə köməyə çatdı:

- Mağaranın yuxarı hissəsində daş var, o daşın yanında ağac parçaları olmalıdır.

Oruc Muradov təəccüblə, ona sual etdi:

- Hardan bilirsən ki, orada odun var?

- Çünki iki il öncə biz bura ova gələndə, özümüzlə ağac, taxta parçaları gətirmişdik. Niyyətimiz ovladığımız ovdan burada özümüzə yemək bişirmək idi. Ov olmadığından taxtalar da lazım olmadı.

Oruc Muradov Movsesin dediklərini yoxlamaq üçün özü nişan verilən yerə doğru addımladı. Burada həqiqətən də taxta və ağaclar var idi. İlkini səslədi:

- Qardaş gəl, kömək elə bunları aparaq.

İlkin tez-tələsik Orucun dediyi yerə yaxınlaşdı. Onlar birlikdə ağacları və taxta parçalarını götürüb, yenidən mağaranın içinə qayıtdılar. Odun parçalarını bir yerə yığdıqdan sonra yandırmaq məqamında Alı Məmmədov etiraz etdi:

-Mağaranın ağzın örtmək lazımdır, çünki bizi artıq izləyirlərsə buranın işıqlı olduğunu görüb, üstümüzə hücum çəkərlər.

Oruc Muradov da razılaşdı. Təklifə əsasən erməni kişilərinin əyinlərindəki, paltoları çıxarıb, mağaranın girişini bağladılar. Daha sonra çətinliklə də olsa ocağı yandırdılar.

Alı Məmmədov soyuqdan titrəyən uşaqlara, daha sonra qadınlara ocağa yaxın gəlmələrini tapşırdı. Erməni qadınları və uşaqları qorxa-qorxa göstərişə əməl edib, yanan ocağın ətrafına toplaşdılar. Bir an sonra Oruc Muradov erməni kişilərini də ocaq başına dəvət etdi. Dörd mülki və iki əsgərdən ibarət olan erməni kişiləri ocağın başına toplaşdıqdan sonra bağlı əllərini yanan ocağın üstünə tutub, qızınmağa çalışdılar. Təqribən 17-18 yaşında olan Lola sağına-soluna boylandı, sonrada ağzını anası Bellanın qulağına söykəyib nə isə dedi. Bu, Talıbın gözündən yayınmadı.

Sərt səslə Movsesə pıçıltı ilə danışan qadınların nə demək istədiklərini öyrənməyi tapşırdı. Mövses erməni dilində qadınla danışdıqdan sonra Oruca üzünü tutub, - Lola tualetə getmək istəyir, - deyə bildirdi.

Oruc Muradov Lolaya kömək etməsi üçün Mürsələ ərkyana göstəriş verdi. Mürsəl tapşırığı yerinə yetirmək üçün oturduğu yerdən ayağa durdu, ilk öncə əlavə problem yaşanmaması üçün Lolanın belinə təqribən 8-10 metr uzunluğu olan ip bağladı. Sonra ona qabağına düşüb mağaranın uzaq küncündəki daşın arxasına doğru addımlamaq göstərişini verdi. Dolu bədənli, ağ simalı girdəsifət Lola addımladıqca Mürsəl iştahalı nəzərlərlə arxadan onu süzdü. Ürəyindən namusuna əl uzatmış Samvelden və onun qaniçən əsgərlərindən qisas almaq keçdi. Bir anlıq fikirləşdi.- Lola ilə münasibətdə olsunmı? Ürəyində verdiyi suala özü də tez cavab verdi. - Yox, olmaz.Talıb və dostları onun hərəkətini qınayarlar, hətta danlayarlar da. Lola daşın arxasına keçib, yerə oturduqdan bir qədər sonra ayağa durub, ucaboylu, gözəl simalı, Mürsələ yaxınlaşdı. Əsil erməni qadınısayağı şirindillə onun qılığına girməyə çalışdı. Mürsəl etiraz etsə də, qız əl çəkmədi, onu öpüşlərə qərq etdi. Şalvarının qabağını açıb, münasibətdə olmaq istədiyini bildirəndə Mürsəlin əzalarına ilıq bir hərarət yayıldı. Birinci dəfə idi ki, o qadın nəfəsi, qadın istiliyi duyurdu. Özündən asılı olmadan, Lolanın tələblərinə tabe oldu. Onu qucaqladı, yerə uzatdı. İşini bitirib, ayağa duranda başının üstündə, İlkini gördü, utandı. Tez şalvarını geyinib, Lolaya ayağa qalxmaq göstərişini verdi. İlkin gülə-gülə əlini Mürsəlin çiyninə vurub,- ayə, küncə çəkilib, xımır - xımır erməni fahişəsini əlləşdirirsən, - deyib, onun nə cavab verəcəyini gözləmədən Lolaya yaxınlaşdı, ona bir şillə vurdu. Qız nə baş verdiyini analmadığından, çaşqın nəzərlərlə, İkinə baxdı. İlkin - rədd ol qancıq-deyib, qızı əsəbi şəkildə itələdi...

Lola öndə, arxada isə İlkin və Mürsəl daşın arxasından çıxıb, ocaq ətrafında oturan dostlarına yaxınlaşanda, hamı çevrilib onlara baxdı. Bella Lolaya əli ilə yanında oturmaq işarəsi verdi. Lola anasının yanında oturub, baş yaylığını düzəltdi. Sonrada, heç nə olmamış kimi, qızınmaq üçün əllərini yanan ocağın alovlarına tərəf uzatdı. Az sonra Petrosun arvadı Arşalos da tualetə getmək istəyini işarə ilə tərcüməçi Movsesə bildirdi. Oruc Muradov razılığını bildirincə, erməni qadınları ayağa durdular, Petros və Movsesdə tələbatlarını ödəmək üçün onların arxasınca addımladılar. Su başına çıxanlar geri qayıdıb, ocağın ətrafında oturunca, Oruc Alı və Talıba erməni qadınlarından bəhrələnmələrini məsləhət gördü. Talıb istəmədiyini söylədi. Soyuqqanlı şəkildə, gözləri qarşısında qətlə yetirilmiş nişanlısından sonra heç bir qadınla münasibət qurmayacağını, ona xəyanət etməyəcəyini bildirdi. Oruca da "bu bizə yaraşmaz, əxlaqımıza və aldığımız tərbiyəyə ziddir" deməklə onu da fikrindən daşındırmağa çalışdı.

Bu kimi məsələlərdə bir qədər təcrübəsiz olan Oruc israr etdi:

- Bilirsənmi, erməni kişiləri əsir aldıqları azərbaycanlı qadınlara qarşı necə vəhşiliklər ediblər, qəddarlıqlar törədiblər. Onlar 6-7 yaşlı qız uşaqlarını valideynlərinin gözü qarşısında zorlayıblar. Hamilə qadınları zorladıqdan sonra qarınlarını süngü ilə yarıb, qətlə yetiriblər…

(Ardı var)

İlham Əliyev,

Yazıçı-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə