(Əvvəli bu lingdə: https://sia.az/az/news/literature/819398.html)

Polkovnik Məmməd Cavadzadə özü istəməsə də döyüş yoldaşlarının və icra nümayəndəsinin təkidindən sonra razılaşmalı oldu.

- Yaxşı get, Allah amanında. Amma bil ki, bu heç də asan əməliyyat olmayacaq.

Talıb razılığa görə, polkovnikə təşəkkür etsədə, acılarını da dilə gətirməyi unutmadı:

- Cənab polkovnik, mən onsuzda cismən də, ruhən də ölmüşəm. Amma istəyirəm ki, heç olmasa bir neçə ermənini öldürüm və ya onlara zərər yetirim. Bununla, bir qədər mənəvi, ruhi rahatlıq taparam.

Polkovnik artıq, danışmağın nəticəsiz olduğunu başa düşdüyündən Talıba üzünü tutub dedi:

- İndi məndən nə istəyirsən?

- İki təcrübəli əsgər və silah-sursat.

Polkovnik Məmməd Cavadzadə üzünü Bəşirova tutub göstəriş verdi:

- İki könüllü əsgər ayır, Talıba yoldaşlıq etsinlər. Silah-sursat da yaddan çıxmasın.

Polkovnik Məmməd Cavadzadə sözünü bitirib ayağa qalxdı. Bu o demək idi ki, artıq söhbət yekunlaşır. Masa ətrafında olanlar da ayağa qalxıb, sağollaşmaq üçün polkovnikə yaxınlaşdılar.

Otaqdan çıxan zaman polkovnik Məmməd Cavadzadə Bəxtiyar Hacıyevə - siz qalın - deyə bildirdi.

Bəxtiyar Hacıyev Bəşirova əlini toxundurub asta səslə:

- Siz gedin birazdan səngərdə görüşərik.

Məmməd Cavadzadə stulunda oturduqdan sonra Hacıyevə - əyləşin - deyə ona oturmaq üçün qarşı stolu göstərdi.

Hacıyev polkovnikin qayğılı olduğunu hiss etdiyindən, burda nə isə ciddi mətləbin olduğunu düşündü. Bu xəyal içində var - gəl etdiyi vaxt polkovnik dilləndi:

- O əsir götürdüyümüz Jozef Marko haqqında nə məlumatın var?

Hacıyev verilən sualdan bir anlıq tutulduğundan, nə cavab verəcəyini, bilmədi. Udqundu, sonra özünü toparlayıb müəmmalı tərzdə dedi:

- Cənab polkovnik, kimdir ki, Marko?

- O, Arabu batalyonunun komandir müavini olub. Əskəranda əsgərlərimiz tərəfindən əsir götürülüb.

- Cənab polkovnik, bilirəm ki, 150-yə yaxın erməni əsgəri və zabiti əsir düşüb, amma onları şəxsiyyəti ilə bağlı mənim məlumatım yoxdur.

- Hə, məlumatın olsun ki, onların arasında Meksikada doğulan, Amerika vətəndaşı olan Jozef Marko adlı bir erməni də var.

Hacıyev qeyri-ixtiyari - nə olsun ki, erməninin ağına da, qarasına da lənət, - deyə bildirdi. Sonra əlavə etdi:

- Mənlik olsa idi, bütün erməni əsirlərinin hamısını bir dəqiqənin içində güllələyərdim.

- Yox, Hacıyev səhvin var.

Hacıyev təəccüb dolu nəzərlərlə, polkovnikə baxıb dedi:

-Niyə?

- Hacıyev, biz zərərsizləşdirdiyimiz erməniləri güllələmək yox, onlara başa salmalıyıq ki, bu torpaqlar Azərbaycana, azərbaycanlılara məxsusdur. Biz insanlığımızı, bəşəri dəyərlərə hörmət bəslədiyimizi, kamil və böyük xalq olduğumuzu onlara başa salmalıyıq.

- Cənab polkovnik, ermənilər yalnız öldürməyi, barbar həyat yaşamağı, başqalarının torpağına göz dikməyi bilirlər. Onlar belə öyrədilib, belə təlimat alıb, belə təlim keçiblər.

Polkovnik Məmməd Cavadzadə - nə isə - deyib, bayaqkı söhbətinə qayıtdı:

- Əsirlər arasında Marko deyilən bir əsirlə bağlı çox ciddi problemimiz var.

- Nə problemdir ki?

- Bayaq MTN-in əməkdaşı Qələndərli gəlmişdi, onu tələb edirdi.

- Cənab polkovnik, MTN-in o əsirlə nə əlaqəsi ola bilər?

- Var, Hacıyev var. Deyir ki, Moskvadan tələb edirlər həmin əsiri.

- Moskvadan?

- Bəli-bəli Moskvadan. Onun deməyinə görə, Moskvadanda Vaşinqtondan xahiş olunub.

- Başa düşmədim, cənab polkovnik, əsirlər arasında üç rus əsgəri və bir zabit də var. Niyə Moskva öz vətəndaşlarını deyil, Amerika vətəndaşını tələb edir?

- Mən də heç nə başa düşmürəm. Amma bu reallıqdır ki, Mosvadakılar öz vətəndaşlarını deyil amerikalını istəyirlər. Qələndərli də yanıma Markoya görə, gəlmişdi.

- Xahiş etdi, yoxsa tələb etdi?

- Hələ ki xahiş edir, söz arası hədələməyi də unutmadı.

- Elədirsə, ciddi tədbirlər görməliyik.

- Sənə bir tapşırığım var. Markonu daha təhlükəsiz bir yerdə gizlədin. Qələndərlidən nə desən çıxar. Birdən basqın təşkil edər.

- Narahat olma, cənab polkovnik biz əsirləri Goranboydakı hərbi bazamıza göndərmişik. Hazırda onlar orada saxlanılırlar.

- Yaxşı, çalış onların aradan çıxarılmasına imkan verilməsin. Bir də demişəm, indilərdə o Markodu, nə zibildi yanıma gətirməlidirlər.

- Nəyə lazımdır ki?

- Bəzi məlumatları dəqiqləşdirmək istəyirəm.

- Necə istəyirsiniz, cənab polkovnik.

- Sən də qal, onunla bir danışaq görək, bizə daha nələr deyə bilər.

- Olsun cənab polkovnik, siz necə istəyirsiniz.

Az sonra qapı döyüldü. İki əsgər qara, hündür, saqqallı, göygöz, qolları bağlı bir nəfəri içəri gətirdilər.

Polkovnik əsgərlərə əsiri pəncərənin yanındakı stulda oturtmağı əmr etdi. Əsgərlər əmri yerinə yetirmək üçün Markonu sürüyə-sürüyə pəncərənin yanındakı stulda əyləşdirdilər.

Polkovnik ayağa durub əsirə yaxınlaşdı. Onun üzünə diqqətlə nəzər yetirdi. Üzü-gözü qaralmışdı, dodağı partlamışdı. Görünür, əsgərlər onu o ki, var döymüşdülər.

Polkovnik Məmməd Cavadzadə ironiya ilə onun sifətinə baxıb, sərt formada dedi:

- Sən kimsən və buralarda nə qələt edirdin?

Marko dillənmədi. Başını aşağı salıb, fısıldadı.

Polkovnikin yenidən sərt səsi eşidildi:

- Sən buralarda neyləyirsən? Nə vaxtdan Qarabağdasan və hansı döyüşlərdə iştirak etmisən?

Markonun yenə dillənmədiyini görən Hacıyev yaxınlaşıb, onun başına bir yumruq vurdu və əsəbi tərzdə dedi:

- Ayağa qalx və suallara cavab ver küçük!

Deyəsən, Marko döyüləcəyindən qorxduğundan dərhal əmri yerinə yetirdi. Ayağa qalxıb yazıq görkəm aldı. Bir az sonra ağlamağa başladı. Göz yaşlarını pencəyinin ətəyi ilə silib, sakit şəkildə dayandı.

Markonun hıçqırtısını dinləyən Hacıyev özünü saxlaya bilməyib, onun üzünə tüpürdü.

- Şərəfsiz , alçaq, tülkülük edirsən, göz yaşı tökənə bir bax !

Hacıyev əlini qaldırıb, ona yumruq vurmaq istədi.

Məmməd Cavadzadə - dayan Hacıyev, burada yox, - deyə ona məsləhət verdi.

Sonra da bayaqkı sualını təkrarladı.

- Səninləyəm, nə vaxtdan buralardasan?

Əsir pokovnikin qəzəbli üzünə baxmadan titrək səslə dedi:

- Bir il səkkiz ay olacaq.

- Haradan gəlmisən?

- Amerikadan.

- Yəqin ki, erməni lobbisi və yaxud da hansısa erməni milyarderi səni göndərib bura, eləmi?

- Elədir ki, var. Məni aldatdılar.

- Kim aldatdı ki, səni? Bu nə nağıldır danışırsan? Neçə yaşın var?

- 57

- Ay tula, 57 yaşındasan, uşaqsan ki, səni aldadalar? Ağlın harda idi bəs?

- Ağlım olmayıb. Ağlım olmadığına görə də burdayam.

- İmkanlı ailədənsən, vəzifəli şəxslərin yaxınlarındansan. Amerika hakim dairələrinə bağlı bir insansan, düzdür?

- Bəli, elədir ki var. Mənim əmim oğlu ABŞ Dövlət Departamentində işləyir, tanınmış adamdır, Olbert Kvant. Bacım Soros Fondunun sahibi Corc Sorosun müşaviridir. Başqa qohumlarım da siyasi hakimiyyətdə təmsil olunurlar.

Polkovnik təəccüblə, onun sifətinə baxıb, ironiya ilə dedi:

- Belə çıxır ki, səni onlar təlimatlandırıb, bura göndəriblər?

- Xeyir, mən ABŞ Konqresində təmsil olunan erməni dostum Levon Artisuninin xahişi ilə Qarabağa gəlmişəm.

- Niyə məhz sən?

- Çünki mən müasir silahlarla davranmaq üzrə kifayət qədər bilik və savadı olan mütəxəssisəm. Raketlərin atılmasında, tankların hədəfləri dəqiq vurmasında mənim kifayət qədər bilik və bacarığım var. İstəsəniz sizə erməniləri vurmaqda kömək edə bilərəm…

Hacıyev özünü saxlaya bilməyib, onun ağzının üstündən bir şillə vurdu. Zərbənin təsirindən Marko Jozef yerə yıxıldı. Əsgərlər yaxınlaşıb, onu ayağa qaldırdılar.

Marko yenidən göz yaşları tökdü. Yalvarışlı səslə dedi:

- Xahiş edirəm, döyməyin, bir də acmışam, mümkündürsə mənə yemək verin.

Susqunluğu görüb, yenidən ağlar səslə dil tökməyə başladı:

- Səhv etmişəm. Etdiyim əməllərə görə çox peşmanam.

İstəyirsiniz mən mətbuat və ya televiziyalar vasitəsi ilə sizlərdən, Azərbaycan xalqından üzr istəyim.

Hacıyev sərt, kinayəli nəzərlərlə onu ayaqdan başa qədər süzüb, dedi:

- Tülkü, bilmirsən ki, sonrakı peşmançılıq fayda verməz?

- Bilirəm, başa düşürəm. Amma mənim başqa çıxış yolum yox idi. Öldürsəniz də haqlısınız. Bir neçə dəfə bu ərazilərdən getmək istəmişəm, amma məni buraxmayıblar. Gizli qaçmaq imkanlarım da olmayıb, çünki sərhədi keçəndə mütləq məni saxlayıb, cəzalandıra bilərdilər.

Məmməd Cavadzadə əsgərlərə üzünü tutub əmr etdi:

- Buna yemək verin.

Hacıyev mane olmaq istədi.

Polkovnik:

- Biz insanlığımızı yerinə yetiririk. Bu tarakanlar başa düşməlidirlər ki, nəyinsə və kimisə təlimatı ilə buralara gəlmək və döyüşmək onlar üçün dəhşətli sonluqla nəticələnə bilər.

Bəxtiyar Hacıyev bir söz demədi, Markonun sinəsindən tutub silkələdi:

- Şərəfsiz, alçaq, etdiyin vəhşiliklər cavabsız qalmayacaq, indi sənə yemək gətirərlər, ye, ancaq səni cəzalandıracayıq.

Məmməd Cavadzadə də Hacıyevə ani nəzər yetirib, Markoya üzünü tutdu:

- Sən məhkəmə qarşısına çıxacaqsan. Nə qərar verilsə, o cəzanı da alacaqsan.

Marko başını aşağı salıb, hıçqırtı ilə ağladı. O vəziyyətdə də kəsik-kəsik sözlərlə dedi:

- Nə cəza verilsə, qəbulumdur. Yetər ki, ermənilərin yanında olmayım. Artıq mənim kimi neçə-neçə gəlmə erməni Qarabağdan qaçmağa fürsət axtarır.

Hacıyev söz atdı:

- Alçaq, şərəfsiz sənin sayəndə neçə-neçə azərbaycanlı qətlə yetirildi, həyatlarını itirdi, bilirsənmi bunu?

- Bəli, bilirəm. Üzr istəyirəm, bağışlayın.

Az sonra əsgər sinidə çörək və kasada ət şorbası içəri daxil oldu. Polkovnikin göstərişi əsasında sinini masaya qoyub, gəldiyi kimi də sakitcə, otağı tərk etdi.

Məməd Cavadzadə qeyri-ixtiyarı söyləndi:

- Çörəyini ye, amma bil ki, bu çörək sənə halal edilmir.

Marko bir söz deməyib, axsaya-axsaya masaya yaxınlaşdı, oturub, acgözlüklə çörəkdən kəsib, kasadakı şorbanı yeməyə başladı.

Polkovnik Məmməd Cavadzadə Hacıyevə üzünü tutub dedi:

- Hacıyev, bunu lazım bildiyin yerdə saxla.

Bəxtiyar Hacıyev polkovnikin narahatlığını başa düşdüyündən, əminliklə - cənab polkovnik, ən münasib yer Goranboy hərbi bazasıdır, ora bizim güvənli yerimiz ola bilər, - deyə bildirdi. Məmməd Cavadzadənin - olsun - sözünü eşidincə, əlavə etdi:

- Bu zibil mənim nəzarətim altında olacaq, buna əmin olun.

- Yaxşı, inanıram sənə - deyən polkovnik sözünü bitirdikdən sonra sağollaşıb otağı tərk etdi.

***

Plana uyğun aparılan uğurlu hərbi əməliyyatdan sonra, döyüşən ordunun əsgər və zabit heyəti geriyə - hərbi hissələrinə qayıtmış, onları arxa cəbhədəki ehtiyatda olan hərbi briqadalar əvəz eləmişdi. Bu gün qalib ordunun heyəti istirahət edirdi. Hərbi hissənin həyətində qələbəlik idi. Valideynləri də övladlarının görüşünə gəlmişdi. Qucaqlaşıb, öpüşən valideyn və əsgərlər bir-biri ilə şirin söhbət edirdilər. Bu məqamda bəzi valideynlərin öz övladlarını soraqlaşması, bir-bir əsgərlərə yaxınlaşıb - Mahiri, Cabiri, Elşəni, Firuzu… gördünmü oğul?, - ağır, gərgin vəziyyət yaradırdı. Əsgərlər isə susur, - komandanlığa müraciət edin, - deməklə şəhid əsgər yoldaşının sorağını valideynə verməkdən çəkinirdilər. Valideynlər də əsgərlərin sus-masından nə isə hiss etsə də "ümid sonda ölər" məsəlinə uyğun olaraq komandanlığa doğru yol alırdılar.

Gənc əsgərlər Alı Məmmədov, Şakir Quliyev, Cavid Axundov və Oruc Muradov Qismət İsmayılzadənin onlara gətirdiyi azuqəni hərbi hissənin həyətində qurulmuş dəmir masanın üzərinə qoyub yeyir, içir və hərdəndə dillərini dinc qoymadan uğurlu əməliyyat zamanı erməni dığalarının necə qaçmasından, əsir düşən zaman alçalmalarından, yalvar- yaxar etmələrindən danışb, gülürdülər. Qismət İsmayılzadə bu qoçaq oğlanların şirin-şirin söhbətlərini dinlədikcə, onlara qibtə ilə baxırdı. Hərdən də, - kaş məndə bunlarla döyüşdə olaydım, - deyə düşünürdü. Qismət İsmayılzadə Oruc Muradovla Rusiyada hərbi xidmətdə bir yerdə olmuşdu. Bir yatıb, birgə durmuşdular. O qədər mehriban, bir-birinə yaxın olmuşdular ki, hərbi hissə komandanlığı onların əkiz qardaş olduğunu düşünmüşdü. Hərdən bununla bağlı onlara sualda verilmişdi. Onlar isə sadəcə, biz bir - birimizə bağlı olan və qardaşdan da artıq dostlarıq demişdilər.

(Ardı var)

İlham Əliyev,

Yazıçı-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...