Sənətkarın qiyməti vaxtında verilməlıdir FOTOLAR

(Portret cizgiləri)

Hansısa məşhur adamlardan biri belə deyib: " Öz əsərlərini myzeylərdə görmək hər rəssama nəsib olmur". Deməli, Afaq Kərimova xoşbəxt rəssamdır ki, onun bir-birindən maraqlı əsərlər təkcə Azərbaycan yox, dünya muzeylərinin daimi eksponatlarıdır. Onu da vurğulayım ki, məni ədəbiyyat və incəsənət sahəsində təəccübləndirmək elə də asan deyil. Çünki 50 ilə yaxındır bu sahələrdə fəaliyyət göstərirəm. Amma rəssam Afaq Kərimovanin sənət əsərlərinə baxanda çox təəccübləndim. Təəcübləndim ki, niyə bu vaxta qədər belə istedadlı rəssamı yaxından tanımamışam. Və dəfələrlə gördüyüm bu rəsm əsərlərinin məhz Afaq Kərimovanın işləri olduğunu bilməmişəm...

Onu çoxminli oxucularımızla da yaxindan tanış etmək isyəyirəm.

Qısa arayış: Afaq Kərimova Bakı şəhərində anadan olub. Uşaq yaşlarından rəsm əsərləri çəkir. Onun maraqlı işlərini gorən məktəb rəhbərliyi və müəllimləri divar qəzetlərinin, eləcə də məktəbdəki tərtibatları da ona tapşırırdılar. O, sənətlərini 1972-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə verib və bu məktəbə qəbui olub. Elə həmin vaxtdan da onun rəssam ömrü başlayıb. 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1981-85-cı ıllərdə Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekarativ tətbiqi sənət fakültəsində təhsilini davam etdirib. Burada Xalq Rəssamı, xalça sənətimizi dünyaya tanıdan Lətif Kərimovun ən çox inandığı tələbələrindən biri olsa da, Afaq xanim təkcə xalça rəssamı olaraq qalmadı. Rəssanlığın bütün növlərində bir-birindən maraqlı əsərlər işləyib, ortaya çıxartdı. Həmin əsərlərin də çoxu artıq muzeylərdədir. O, 1989-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvdür.

Onun ilk ən böyük işi Üzeyir Hacıbəyovun "Sənsiz" romansına işlədiyi diplom işi 1981-ci ildə artiq mütəxəssislər tərəfindən çox maraqla qarşılandı. Böyük sənətkarların, alimlərin onun haqqında dediyi maraqlı fikirlər ona qol-qanad verdi. Həmin fikirlərdən bəzilərini yazıram: "Afaq xanım əsərləri ilə bir daha təsdiq etdi ki, xalqımızın böyük sənətkarıdır" Fərəməz Maqsudov. Akademik. AMEA-nın prezidenti.

Bunun ardınca Nizami Gəncəvinin yubileyi münasibgəti ilə onun " Yeddi gözəl" əsəri əsasında işlədiyi "Tüküstan gözəli" və "Xosrov və Şirin " xalçaları böyük maraqla qarşılandı. Hər iki xalça da Nizami adına Ədəbiyyat muzeyi və Rüstəm Mustafayev adına Muzey tərəfindən böyük həvəslə alındı. Müəllimi Lətif Kərimov artıq özünün yeni davamçısının yetişdiyini və onun sənətini uğurla davam etdirə biləcək tələbəsinin olduğunu mətbuatda açıq şəkildə yazdı. Bu haqda Afaq xanım belə deyir: " Lətif müəllim bizə belə bir ev tapşırığı vermişdi. Onun bizə verdiyi buta arnamentlərdən bir kompazisiya işləyək. Mən həmin butalardan onun özünün portretini işlədim. Bu işim onun çox xoşuna gəldi və Fransanın "Xalı" jurnalında çap etdirdi. Dünya xalça simpoziumu ərəfəsində də başqa məşhur rəssamların işləri ilə birlikdə bu işi də ayrıca jurnalda çap etdirdi. Beləliklə, müəllimim başqa xalq rəssamları ilə yanaşı mənim bu işimi də üzə çıxartdı".

Sonralar Afaq xanım müəlliminin işlərini uğurla davam etdirdi. Artıq müzeyləri müəlliminin işləri ilə yanaşı onun da işləri bəzədi. Onlardan bəzilərinin adını çəkmək istəyirəm. 2014-15-ci illərdə böyük şairimiz Nizami Gəncəvinin yubileyi münasibəti ilə "Xəmsə" batikləri, Məhsəti Gəncəvini yubileyinə "Məhsəti" xalşası və batiki Heydər Əliyev Mərkəzinin sifarişi ilə UNESCO-nun xətti ilə Fransanın Paris, Reyn, Strasburq şəhərlərindəki sərgilərdə il boyu numayiş olunub və hal-hazırda Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin daini eksponatıdır.

Afaq Kərimova "Azərixalça" İstehsalat Birliyinə baş rəssam təyin olunandan sonra onun yaradıcılığının elə bil ki, yeni dövrü başladı. Hər yubileylər gələdə dövlət səviyyəsində Afaq xanıma müraciətlər, sifarişlər olundu.

Beləliklə, "Dədə Qorqud", Məhəmməd Füzulinin yubileyinə "Füzuli-500", "Şəbu hicran" və "Leyli və Məcnun", " Natəvan", "Hüsey Cavid", "Cavidlər", "Sənəd Vurğun" və başqa xalçaları, Ağabəyim Ağabacının yaradıcılığına həsr olunan parça üzərindəki batika işləri, Turan Cavidin yaradıcılığına həsr olunan "Alin yazisi" batiki və eləcə də ulu öndər Heydər Əliyevə həsr olunan bir-birindən maraqlı bir neçə xalçalar dünya muzeylərində sərgilərdə nümayiş olundu. Bu əsərləri də həmin xarici ölkə vətəndaşları böyük maraqla qarşıladı.

Afaq Kərimovanin Cavidlər muzeyində biri birindən maraqlı çoxlu silsilə işləri var. Onu da vurğulayım ki, bu işlər dünya sərgilərində Azərbaycanı layiqincə təmsil edə bilər.

-Afaq xanim. Sizin yarardığınız əsərlərə baxanda burada Ulu Öndərə, Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycanın birinci xanımı Mehriban xanıma həsr olunan biri birindən maraqlı işləri gördüm. İstərdim ki, bu maraqlı əsərlərin yaranma tarixi haqqında çominli oxucularımıza məlumat verəsiniz.

- Mənim yaradıcılığım təkcə portret, rəngkaliq yox rəssamlığın demək olar ki, bütün sahələrini əhatə edir. Məsələn batikanı Ağabəyim Ağabacı işində sinaqdan keçirdim və gördüm maraqlı alınır. Ona görə də bu sahədə başqa işlər də işlədim. Azərbaycanda bölgələrdə Heydər Əliyev muzeyləri açılanda məni dəvət etdilər və bir neçə yerdə batika üslubunda Ulu Öndərlə bağli sujetli işlər gördüm. Çalışmışam ki, bu sujetli batiklər hər bölgənin özünə uyğun, həm də orijinal olsun.

- Sizin sərgiləriniz təşkil olubmu?

- Resbublika sərgilərində çox iştikak etmişəm. Fərdi sərgim isə üç dəfə təşkil olub. Axırıncı sərgim 2007-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının bigə təşkil etdiyi sərgi oldu. Bu sərgim çox maraqla qarşılandı. Dövrü mətbuatda və televiziyalarda tanınmış sənətkarlar, alimlər maraqlı fikirlər dedilər.

Onlardan mənə elə gəlir ki, akademiklər Bəkir Nəbiyevin, Teymur Kərimlinin və Nizami Cəfərovun dediyi bu fikirlər daha maraqlıdır:

Bəkir Nəbiyev: " Afaq xanımın əsərlərini gördük və inandıq ki, Azərbaycan rassamlığına öz gözəl dəsti-xətti olan, yeni orijinal bir sənətkar gəlir. Mən Azərbaycanda iki belə zirvədə olan yaradıcı qadının sənətini xüsusi qiymərləndirirəm.- musiqi aləmində- Ağabacı Rzayevanın, tətbiqi sənət aləmində isə Afaq Kərimovanın".

Teymur Kərimli: "Afaq Kərimovanın "Füzuli silsiləsi"ndən əsərləri, onun bu böyük sənətkarın yaradıcılığına dərindən bələd olduğunu və incədən-incəyə duyduğunu göstərir".

Nizami Cəfərov: " Afaq xanım əsərlərinin hamısının bu sərgidə olmamasından narahat olmasın, buradakı süjetli xalçalardan təkcə biri fərdi sərgi üçün kifatət edərdi".

Bəli. Nizami müəllim deyən kimi bu sərgilərdə bütün əsərlərim tam olmayıb. Çünki elə işlərim var ki, xarici muzeylərdədir. Dünya muzeylərində sərgilənən əsərlərim həmişə yaxşı qarşılanır. Onu da vurğulayım ki, mənin hazırladığım xalçalar hal-hazırda Amerika Birləşmiş Ştatlarında, Türkiyədə, Fransada, İspaniyada və bir sıra xarici ölkələrda nümayiş olunur. Bu haqda xarici mətbuatda maraqlı yazılar da çap olunur.

- Afaq xanım bu gün öz sənətini cavanlara öyrədirmi?

- Bəli. Mən bir müddət "Azərixalça" İstehsalat Birliyinin, Nizami adına Ədəbiyyat Muzeyinin, Hüseyn Cavid Ev Muzeyinin baş rəssamları işləyəndən sonra, indi Xəzər Universitetində müəllimə işləyirəm. Mən orada işə başladığım gündən özümün, müəllimlərin və tələbələrin əl işlərindən ibarət maraqlı bir muzey- emalatxana yaratdıq. Bu Universitetə tez-tez xarici ölkələrdən qonaqlar gəlir və bu muzeydəki işlərlə tanış olurlar. Bilirsiniz ki, Xəzər Unuversitetində həm də xarici ölkələrdən çoxlu tələbələr təhsil alir və xarici ölkələrdən olan müəllimlər də dərs deyirlər. Onların hamısı bu muzeyə maraqla tamaşa edirlər. Həmin muzeydə tətbiqi sənətin bütün növlərindən- zərgərlikdən, xalçaçılıqdar, rəngkarlıqdan və başqalarından ibarət maraqlı işlər var. Hansı tələbənin istedadı hansı səmtədirsə həmin sahədə də işləyir. Biz də ona köməklik edirik ki, həmin sahədə püxtələşsin.

2016-cı ilin yanvar ayının 29-da Bakıda Xəzər Universitetində Avropa Akademiyasının rəsmi açılışı "Avrasiya əfsanəsi" kubokunun təqdim olunması mərasimi keçirildi. Xəzər Universiteti adından Avrasiya Akademiyasına hədiyyə- Xəzər Universiteti Mədəniyyət Mərkəzininə, mərkəzin direktoru, xalçaçı rəssam Afaq Kərimovanın dizaynı və rəhbərliyi altında tələbə və müəllimlər tərəfindən hazırlanmış "Nizami xalçası" nın qurucu üzvlərinə təqdim olundu. Sonra Avrasiya Akademiyasının yaranmasında xidmətlərinə görə Xəzər Universiteti Direktor və Qəyyumlar Şurasının müşaviri Nailə İsayevaya və Afaq Kərimovaya təşəkkür elan olundu. Əlbəttə, bütün bunlar da Azərbaycan üçün böyük nailiyyətdir.

İnanıram ki, bu yazıdan sonra Afaq Kərimova kimi istedadlı rəssam aidiyyatı təşkilatların diqqətdən kənarda qalmayacaq. Fəxri adlar veriləndə Afaq xanım da rəssam kimi özünün layiqli fəxri adını alacaq. Axı hər bir iş özünün haqqını vaxtında alanda daha yaxşı və maraqlı olur. Ona görə də insanlara vaxtında qiymət vermək lazımdır və vacibdir.

Ağalar İDRİSOĞLU
Əməkdar İncəsənət Xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə