Çexiya ictimaiyyətində nüvə enerjisinə münasibət müsbət istiqamətdə dəyişməkdə davam edir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, İctimai Rəyin Tədqiqi Mərkəzinin (CVVM) iyun ayı üzrə keçirdiyi son sorğuya görə, ölkə vətəndaşlarının cəmi 9 faizi “Dukovany” Atom Elektrik Stansiyasının genişləndirilməsi çərçivəsində yeni enerji bloklarının tikintisinə qəti şəkildə qarşı çıxır. Ötən il bu göstərici 16 faiz təşkil edirdi ki, bu da əhəmiyyətli azalma deməkdir.
Sorğunun nəticələri göstərir ki, Çexiya əhalisinin 73%-i elektrik enerjisinin istehsalında nüvə enerjisinin istifadəsini dəstəkləyir. Bu, ölkədə atom energetikasına davamlı ictimai dəstəyin olduğunu təsdiqləyir.
Mütəxəssislər bildirirlər ki, ictimai narahatlığın səviyyəsi də ötən illə müqayisədə azalıb. Belə ki, nüvə enerjisindən istifadəyə dair narahatlıq 64%-dən 59%-ə enib. Analitiklər bunu həm enerji təhlükəsizliyinə dair ictimai müzakirələrin, həm də hökumətin məlumatlandırma səylərinin güclənməsi ilə əlaqələndirirlər.
Araşdırmaya əsasən, kişilər, magistr və ya ali təhsilə malik şəxslər, eləcə də böyük şəhərlərdə yaşayanlar nüvə enerjisinə daha çox dəstək verirlər. Ekspertlər hesab edir ki, Çexiyada energetika siyasətinə dair ictimai rəy son illərdə daha realist və təhlükəsizlik yönümlü xarakter alır.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB