Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 75-ə yüksəlib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, son məlumatlara görə 76 nəfər, o cümlədən 11 yanğınsöndürən xəsarət alıb, 279 nəfər itkindir. Ölənlərdən biri də yanğınsöndürəndir. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir. Hadisə yerinə 300-dən çox yanğınsöndürmə və xilasetmə avtomobili, eləcə də 1200-dən çox yanğınsöndürən cəlb olunub.
Qeyd edək ki, noyabrın 26-da günortadan sonra dünyanın ən sıx məskunlaşılan və ən çox hündür binaların olduğu şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir. Yanğınla əlaqələr yüzlərlə insanın taleyindən xəbər yoxdur.
Binada yeniləmə işləri aparan tikinti şirkətinin iki direktorunun və məsləhətçi mühəndisinin həbs olunduğu bildirilir. Bu gün şirkətin ofisində axtarış aparılıb və sənədlər müsadirə olunub.
Binaların qoruyucu tor və yanğın təhlükəsizliyi standartlarına cavab verməyən plastiklə örtülməsi, eləcə də bir illik təmir işləri zamanı tikinti şirkəti tərəfindən quraşdırılmış penoplast ilə zədələnməmiş binanın bəzi pəncərələrinin bağlandığı aşkar edilib.
Honkonqun sığorta sektorunun son 70 ildə ən güclü olan Tay Po yanğını ilə əlaqədar rekord məbləğdə - 2,6 milyard Honkonq dolları (334 milyon dollar) məbləğində iddialarla üzləşəcəyi gözlənilir. Yanğın yeddi binaya ciddi ziyan vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB