İbişi kənddə hamı yetim İbiş şağırırdı.Heç kimi yox idi İbişin.Kasıb komasında başını aşağı salıb, təkbaşına yaşayırdı.Nə atasını xatırlayırdı,nə anasını.Körpəlik-dən yetim qalmışdı. Fatma arvad yetim –yesir anasıydı .O böyütmüşdü İbişi. Kənd camaatı da hərə gücü çatdığı qədər kömək etmişdi. Fatma arvad İbişi sün-nət elətdirəndə demişdi ki,sağlıq olsun böyük toyunu da özüm eliyəcəm. Ancaq əcəl imkan vermədi .Fatma arvad rəhmətə gedəndən sonra İbişin həyatı da də-yişdi, özünə qapıldı. Heç üzü gülmədi. Artıq yaşı da ötürdü. Nə evlənmək ağlın-dan keçirdi, nə də qabağa düşüb evləndirən var idi. Başını aşağı salıb kasıbçılığı- nı eliyirdi. Beş-altı toyuq-cücəsi, iki keçisi,bir çəpişi ,bir də kiçik bağ-bostanı var idi. Allahına sükür edib ,yaşayırdı. Halını -əhvalını soruşanda heç vaxt gileylən-məz, “Şükür, Allah deyib durmuşam “,- deyərdi.
Bİr səhər İbiş İsgəndər kişiyə baltasını itilətmək üçün evdən çıxdı.Bulağın üstündən keçəndə ,bulağa suya gələn qadınlardan biri dolu səhəngi çiyninəalıb,İbişə səsləndi: - İbiş ,sənin sabahın xeyir. - Sabahın xeyir,bajı. İbiş sakit səslə salamı aldı. -Xəbərin var xəbərdən ? -Yox,nə xəbər bajı, nolufdu. İbiş ayaq saxladı. Bir az qorxmuş kimi duruxdu. Qadınlardan biri : -Sən niyə yetimi qorxuzursan, Gülzar. Xeyirdi İbiş, höylənmə.Heş zad,nolajax. Bu səhər kəndin bir dəstə kişisi o başdan yola düzəldi Məşədə ,ziyarətə getdilər. Xəbərin yoxdu bəs? -- Sağ-salamat gedib-gəlsinlər. Danışığından hiss olunurdu ki, məsələdən xəbərsizdi. –Məşədi olub gələcəklər e,İbiş.Sən niyə onlara qoşulub getmədin? Başqa bir qadın ona söz atdı.Sən də getsəydin qayıdandan sonra səni yetim İbiş yox,Məşə--di İbiş çağırardıq. Məşədi İbiş olandan sonra kənddə o qədər evdə qalan qız var birini alardıq sənə.Qəşəng toy çaldırardıq deyib,elə ürəkdən qəhqəhə çəkib gül-dü ki, onun gülüşünə bulaqdakıbütün qadınlar güldülər. Bu deyilənlərin ciddi, ya zarafat olduğunu o qədər də dərk etməyən İbiş bir anlıq çaş qaldı,fikrə daldı. .–Nə fikrə getdin ,İbiş .Bunlara fikir vermə.Səndə o can hardan o uzun yolu payı piyada gedəsən.Yolundan qalma,get işində ol . Bayaqdan dayandığı yerdən tərpəmnəyən İbişin birdən-birə halı dəyişdi.Bədəni- nə bir istilik gəldi,əlləri titrədi.Əlindəki baltanı sinəsinəsıxıb,iti addımlarla ordan uzaqlaşdı. –Bıy ,başıma xeyir buna nə oldu sağolsuz-zadsız getdi,-Gülzar təəccüblə qadın- lara baxdı.
İbiş evə çatıb,həyətin taxta qapısının ipini açdı. Sonra keçib həyətdəki kötüyün üstündə oturdu.Qadınların söhbətini beynində saf-çürük etməyə başladı. On-ların gülüşüi İbişə yaman toxunmuşdu. Qəhqəhələri hələ də qulağında idi. Yaxşı xatırlayırdı Gülzarın dediyini. Səni bundan sonra yetim İbiş yox, Məşədi İbiş çağı-rarıq. Fikri qəti idi. Tez hazırlaşıb çıxmağa qərar verdi. Kəndin kişilərinə çatıb,on- lara qoşulmalı idi.Bir qazan su qoyub ,yuyundu,əynini dəyişdi.Yola götürəçək azu-qələrini heybəsinə yığdı.Ya Allah deyib ,yola düzəldi.
İki-üç gün idi ki,kənddə hamı bir-birinə dəymişdi.Uşaq-böyük bir-birindən İbişi xəbər alırdı.Gördüm deyən olmamışdı.Gülzar oğluyla İbişin evinə gəlib ,həyət-ba- caya da baxmışdı.Toyuq-cücəyə dən,su vermiş ,keçiləri açıb buraxmışdı ki, sürüyəqatsın.Hələ desən qarasınca da deyinmiş, tez də lənət şeytana , bu yetimin başına nə iş gəldi, Allah qorusundemişdi.Bulaq başındakı söhbəti yadına saldıqca onun xətrinə dəyəcək bir söz demədiyinə özünü inandırmağa çalışırdı.
İbiş üz tutmuşdu yola .Heybəsi çiynində payı-piyada neçə gün idi ki ,yol gedirdi. Arada yorulanda ayağını saxlayır,dincini alir,sudan içib, şor- çörəyindən bir tkəye-yib , yoluna davam edirdi. Heç kimə demədən çıxmışdı kənddən. Düşünürdü ki, bulaqdakı söhbətdən sonra kəndin camaatı başa düşər ki,mən də kəndin kişilərilə Məşədə ziyarətə getmişəm.Buna əmin olduqca ürəyinə bir sərinlik gəirdi.Addım- larını yeyinlədir, mənzil başına çatmağa tələsirdi. Artıq günlərin sayını da itirmişdi. Ancaq nə kəndin kişilərinəçata bilirdi,nə də yol qurtarmaq bilirdi.Soraqlaşa-soraq- laşa həftələrlə yol gedən İbişin azuqəsi tükəndikcə ağlı da qarışırdı. Öz-özünə dü- dşündükcə tələsik bu qərara necə gəldiyinə mat qalırdı.Təkbaşına yola çıxanda çox ürəkli idi. Elə bilirdi yolda kəndin kişilərilə qarşılacaq,onlara qoşulacaq. Bu uzun , tanımadığı yolda İbişə yoldaşlıq edəcəklər. Ancaq belə olmadı. İbişin bu yolun so- nuna çatmaq ümüdi tamam qırılmışdı .Ayaqları sözünə baxmırdı. Sanki yerimirdi, ayaqlarını sürüyürdü.Bir himə bənd idi ki, fikrindən yayınsın. Birdən yadına düşdü ki, toyuq-cücə hində,keçilər həyətdə bağlı qalıb.Bunu necə unuda bilərdi. Heyvan- lar acından qırılmasa yaxşıdı. Kənddən xəbərsiz çıxdığına ,nədən Gülzara tapşır -madığına çox peşiman oldu.Yox bunu Allah da götürməz. Sənin toyuq-cücən, hey -vanın acından qırılsın, sən ziyarətə gedəsən.Tanınmaza- biinməzə baş alıb hara gedirsən ,ay İbiş,- deyib ikiəlli başına vurdu.Qulaqlarına səs gəldi. Ona qayıt, bu yol sənlik deyil,kəndə qayıt deyib,səsliyirdi.Yolun kənarına çəkildi. Bir daşın üstün- də oturdu. Bu adı daşımağa hələ tam hazır olmadığına, qınağa boğulub bu yola çıxdığına çox peşiman oldu. Allah gunahımdan keçsin , qayıdım kəndə. Kim nə de- yər desin.Qanan mənə yetim İbiş deyəçək,qanmayan Məşədi İbiş.
Boş heybəsini çiyninə atdı.Gəldiyi yolla geri- kəndədoğru üz tutdu. Gedə-gedə arxaya dönüb, boş yola baxdı .Öz-özünə :- Görəsən kəndin kişiləri Məşədə çatıb? Allah ziyarətlərini qəbul etsin,-dedi.
Fil.ü.f.d. Ofelya Sultanqızı
İstanbul, 2024 –cü il.
Bütün xəbərlər Facebook səhifəmizdə