Puqaçovanın Qryazidəki qəsrinin qiyməti iki dəfə ucuzlaşıb

Moskva yaxınlığındakı Qryazi kəndində müğənni Alla Puqaçova və komediya aktyoru Maksim Qalkinə məxsus malikanə VIP müştərilər (...yəni imtiyazlı müştər) üçün satışa çıxarılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əmlak

üzrə ekspert Arina Lats “KP.RU”-ya verdiyi açıalamada Allanın satdığı malikanənin qiymətinin indi iki dəfə aşağı düşdüyünü bildirib.

Xatırladaq ki, əvvəllər bu malikanə bir milyard rubl qiymətləndirilirdi. Amma indi bir milyard rubl qiymətindən danışa bilmərik.

Belə ki, hazırda bu malikanəni 500-600 milyon rubl dəyərində qiymətləndirmək olar.

Amma hazırda bu bahalı daşınmaz əmlaka sərmayə qoymaq istəyən namizədi təsəvvür belə edə bilmirəm, deyə ekspert yekunlaşdırıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə